"Gürcüstanın bugünkü hakimiyyətinin qətiyyətli mövqeyi Qərbin müdaxiləsinin qarşısını alır"
Digərləri 16 Okt 2024 18:37:00 160 0
Qərbin Gürcüstanda seçkilərə müdaxiləsi hər zaman mənfi nəticələr doğurub. Vaxtilə ABŞ-ın Mixeil Saakaşviliyə göstərdiyi dəstək, onun hakimiyyətə gətirilməsi Gürcüstanın istər daxili, istərsə də xarici siyasətində balansı pozmuşdu.
Bu xəbəri də oxu: Sürücülərin nəzərinə Təhlükəsizlik təmin edildi
Son.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professoru Həmid Vəliyev söyləyib. Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcəyini qeyd edən professor Qərbin bu prosesə müdaxilə cəhdlərinin bir sıra problemlər üçün zəmin yaratdığını söyləyib.
"Onlar rəsmi Tbilisiyə qarşı açıq qərəz, sanksiyalar və daxili işlərə müdaxilə strategiyası həyata keçirməyə başlayıblar", - deyən professorun fikrincə, bu müdaxilələrin əsasında ABŞ-ın və Avropa ölkələrinin öz maraqları dayanır. Qərb ölkələri Gürcüstanda cərəyan edən hadisələri nəzarətə alaraq ondan Rusiyaya qarşı istifadə etmək istəyirlər. Bu, eyni zamanda, regiondakı hadisələrə Qərbin nəzarət etmək niyyətidir.
Müsahibimiz qeyd edib ki, Gürcüstanın bugünkü hakimiyyətinin qətiyyətli mövqeyini ortaya qoyması yaxşı haldır və Qərbin müdaxiləsinin reallaşmasının qarşısını alır.
"Qərbin güclü təsirinin olacağına inanmıram. Çünki orada iqtidarı dəstəkləyən, Rusiya ilə münasibətləri normallaşdırmağa çalışan qüvvələr çoxdur", - deyə professor fikrini yekunlaşdırıb.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Əzgil çox faydalı meyvədir. Əzgilin tərkibi olduqca zəngindir. Bu meyvəd
Bir neçə gündür Türkiyə və Rusiyada Antalya hava limanında dünyaya gət
Son günlər yağan yağıntılarla əlaqədar yerli və transsərhəd çaylarda
Oktyabrın 26-da keçiriləcək parlament seçkilərində "Gürcü Arzusu&q
Sabah Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasil�
Ötən gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şə
Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən dəhşətli qəzanın
Ermənistan BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin m�
Dünya yeni elektrik enerjisi dövrünün astanasındadır.
Bu ilin fevralında İsmayıllıda 34 yaşlı Nigar Bayramovanın ölümü ilə
Əməkdar artist Gövhər Rzayeva gəlinindən danışıb.
Bu maqnit qasırğası uzunmüddətli və kifayət qədər güclü olacaq və bu
Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkə paylaşımları ilə müzakir
Oktyabrın 17-də Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbula səfər