"Ermənistanda ekologiyaya zərər vuran şirkətlərin beynəlxalq tərəfdaşları var"
Digərləri 16 Okt 2024 17:55:00 209 0
Ermənistan BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasına qoşulmayan ölkə olaraq qalır. Ermənistanda dağ-mədən sənayesi sahəsində 26 şirkət fəaliyyət göstərir və onların işi Azərbaycanın və regionun ekologiyasına ziyan vurur.
Bu xəbəri də oxu: Sabah Bakıda 13 dərəcə isti olacaq
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Sahibkarlığa və Bazar İqtisadiyyatına Yardım Fondunun rəhbəri Sabit Bağırov Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərlənməsi barədə brifinqdə çıxışı zamanı deyib.
O qeyd edib ki, BMT-nin məlumatına görə, dünyanın 153 ölkəsi bir neçə digər ölkənin ərazisindən axan çaylar olaraq transsərhəd su ehtiyatlarından istifadə edir.
"Təxminən üç milyard insan birbaşa bir neçə dövlətin ərazisində yerləşən çay hövzələrində yaşayır. Ona görə də transsərhəd su ehtiyatlarından birgə istifadə bütün bəşəriyyət üçün aktual olan məsələdir. Azərbaycan bu Konvensiyanın iştirakçısıdır. Ermənistanın da bu Konvensiyaya qoşulması Azərbaycan ərazisinə axan çayların çirklənmə risklərinin azaldılmasında çox mühim rol oynaya bilər.
Ermənistanın Sünik rayonu cənub-şərq istiqamətində eni təxminən 40 km olan uzunsov zolaqdır. Azərbaycanın Şərqi Zəngəzuruna bitişik olan bu kiçik ərazi isə mədən əməliyyatları ilə boldur və əməliyytların nəticəsində bu bölgədən Azərbaycan ərazisinə axan çayların çirklənməsi yüksək risklərlə müşahidə edilir. Nəzərə alaq ki, buralara on minlərlə məcburi köçkün öz doğma yurdlarına qayıdır. Onların qayıdışı zaman tələb edir çünki bu ərazilərin minalardan təmizlənməsi və bütün yaşayış şəraitinin bərpası hələ də yekunlaşmayıb",- deyə o bildirib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Dünya yeni elektrik enerjisi dövrünün astanasındadır.
Bu ilin fevralında İsmayıllıda 34 yaşlı Nigar Bayramovanın ölümü ilə
Əməkdar artist Gövhər Rzayeva gəlinindən danışıb.
Bu maqnit qasırğası uzunmüddətli və kifayət qədər güclü olacaq və bu
Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkə paylaşımları ilə müzakir
Oktyabrın 17-də Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbula səfər
Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Malatya vilayətində güclü zəl
"iPhone 16"nın bu yaxınlarda təqdim olunmasına baxmayaraq, "i
Müğənni Nadir Qafarzadə illər əvvəl himayəsinə götürdüyü yaşlı qa
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərl�
Allergiya anadangəlmə və ya qazanılmış ola bilən mürəkkəb bir vəziyy�
Xəbərə video əlavə olunub:
Oktyabrın 15-də Belqrad şəhərində Azərbaycan Respublikası və Serbiya Re
İran və Azərbaycan arasında hökumətlərası iqtisadi komissiyanın 16-cı