"Gürcü Arzusu”nun rəqiblərinin qələbə üçün yalnız bir şansları var, bu da “rəngli inqilab”dır
Digərləri 16 Okt 2024 18:13:00 187 0
Oktyabrın 26-da keçiriləcək parlament seçkilərində "Gürcü Arzusu"nun rəqiblərinin qələbə üçün yalnız bir şansı var və bu da "rəngli inqilab"ın təşkilidir.
Bu xəbəri də oxu: "Suriyaya 500 milyard dollar ziyan dəyib"
Bu barədə Trend-ə Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.
"Gürcüstanda parlament seçkiləri taleyüklü olacaq. Çünki Cənubi Qafqazın bu ölkəsinin gələcəyi faktiki olaraq bu seçkilərdə həll olunacaq. İlk növbədə qeyd etmək lazımdır ki, bir sıra Qərb dövlətləri tərəfindən fəal şəkildə maliyyələşdirilən və dəstəklənən müxalifətin parlamentə daxil olmaq, xüsusən də konstitusiya çoxluğunu formalaşdırmaq üçün heç bir şansı yoxdur. Hələ də hakim partiya olan "Gürcü Arzusu"nun təkcə parlamentə daxil olmaq üçün deyil, onu nəzarətə götürmək üçün də ən yüksək şansları var. Bu baxımdan, "Gürcü arzusu"nun rəqiblərinin istifadə edə biləcəyi yalnız bir şans var: Tbilisidə və Gürcüstanın bir sıra digər şəhərlərində "rəngli inqilab" adlanan hadisələri təşkil etmək, yəni küçə iğtişaşları, hökumət binalarının zəbt edilməsi və qanuni hakimiyyətin devrilməsi cəhdidir", - İqor Korotçenko bildirib.
O əlavə edib ki, hazırda belə bir ssenari ilk növbədə ABŞ və onun digər müttəfiqləri tərəfindən hazırlanır ki, "Gürcü arzusu"nun seçkilərdə qələbə qazanmasına imkan verməsinlər. Əgər o seçkiləri udarsa, bu artıq aydındır, hakimiyyətin legitim ötürülməsinin qarşısını almaq üçün bütün mümkün cəhdlər ediləcəkdir.
"Son aylarda xaricdən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdıran qanunların qəbul edilməsi Gürcüstanda geniş mübahisələrə səbəb olub. Lakin əsas odur ki, bu qanunlar qərb ianələri hesabına fəaliyyət göstərən Gürcüstan müxalifətini kimlərin və hansı şərtlərlə maliyyələşdirdiyini müəyyən etməyin tamamilə legitim bir yoludur. Bu baxımdan, Gürcüstanda baş verənləri narahatlıqla izləyirik, çünki şübhəsiz ki, Gürcüstanda baş verəcək hər hansı bir qeyri-sabitlik Cənubi Qafqazda bütövlükdə geniş miqyaslı qeyri-sabitliyə səbəb olacaq. Gürcüstan və Ermənistan bölgədə əsas qeyri-sabitlik mənbələrinə çevrilə bilər. Bu səbəbdən bütün Cənubi Qafqaz ölkələri üçün 26 oktyabrda keçiriləcək parlament seçkilərinin şəffaf, legitim olması və ən əsası, Qərbyönlü qüvvələrin hakimiyyəti devirmək üçün küçə iğtişaşlarından istifadə etməməsi çox vacibdir", - İqor Korotçenko qeyd edib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Sabah Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasil�
Ötən gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şə
Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən dəhşətli qəzanın
Ermənistan BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin m�
Dünya yeni elektrik enerjisi dövrünün astanasındadır.
Bu ilin fevralında İsmayıllıda 34 yaşlı Nigar Bayramovanın ölümü ilə
Əməkdar artist Gövhər Rzayeva gəlinindən danışıb.
Bu maqnit qasırğası uzunmüddətli və kifayət qədər güclü olacaq və bu
Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkə paylaşımları ilə müzakir
Oktyabrın 17-də Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbula səfər
Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Malatya vilayətində güclü zəl
"iPhone 16"nın bu yaxınlarda təqdim olunmasına baxmayaraq, "i
Müğənni Nadir Qafarzadə illər əvvəl himayəsinə götürdüyü yaşlı qa
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərl�