“Atamı itirəndə yeniyeni dil açırdım...” FOTO
Şou-biznes 09 Okt 2024 14:19:00 155 0
Mərhum Xalq artisti, görkəmli sənətkar Hacıbaba Bağırovun qızı Şölə Bağırova atası ilə bağlı xatirələrini bölüşüb.
Bu xəbəri də oxu: Tanınmış aktyor jurnalistlərə hücum etdi FOTO
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Ankarada təhsil alan 22 yaşlı Şölə Medianews.az-a bildirib ki, atasının anım günü səbəbilə Bakıya gəlib:
"Atamın çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatra getdim. Bir neçə tamaşaya baxmamışdım, onlara gedib baxdım. Teatrda Üzeyir Hacıbəyli həftəsi idi. "Məşədi İbad", "Leyli və Məcnun" və s. tamaşalara baxdım. Teatrda atam haqqında danışıb onu yad etdilər".
İllər əvvəl atasını itirən Şölə ona çox ehtiyacı olduğunu bildirib: "Hər qız övladının atasına ehtiyacı olur. Mənim də bu gün atama çox ehtiyacım var. Sözsüz ki, anam heç vaxt mənə atasızlığı hiss etdirməyib. Atamdan sonra anamı arxamda özümə dağ kimi görmüşəm. O, həm təhsilimlə maraqlanıb, həm də bütün ehtiyaclarımı ödəyib. Amma atanın yeri tam başqadır. Onun üçün bir gözüm hər zaman arxada qalıb. Əlbəttə ki, elə sözlər olub ki, mən onu heç kimlə bölüşməmişəm, kimsəyə deməmişəm. O sözlərin ünvanı atam olub. Təəssüf ki, mən onu erkən itirdim. Atamı itirəndə hələ yeni-yeni dil açırdım".
Mərhumun qızı qeyd edib ki, atasının arzusu onu həkim kimi görmək olub: "Siyasətə bağlı olduğumdan fikrimdən döndüm. Həkimlik və hüquq fakültələrini də qazanmışdım, amma mən siyasəti seçdim. Uşaq olanda aktrisa da olmaq istəyirdim. Lakin sonradan düşündüm ki, bu sənət sonsuzdur. Yəni, ömrünün axırına qədər öyrənməlisən, çalışmalısan. Məni bu qorxutmadı. Sadəcə düşündüm və ehtiyat etdim ki, atam kimi sənətkar ola bilmərəm. Həqiqətən də düz fikirləşmişəm".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
İnsanlar təzyiqin ölçülməsi zamanı bir sıra səhvlər edirlər.
İşlək bir yolla gedirsiniz və birdən avtomobiliniz gücünü itirməyə ba�
Gənc və təcrübəsiz bir qızın diqqətini gözəl danışan bir kişi çək
"Barsa"nın futbolçusu Lamin Yamalın sabiq sevgilisi Aleksia Padilla
"1984-cü ildə "Azərbaycanfilm" kinostudiyasında bir film çə
Hazırda mövsümü olan nar meyvələri və toxumlarında çoxlu bioloji aktiv
Avropa Parlamentinin bəzi üzvləri "bahar havası ilə" Ukraynaya ra
Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışmır.
Bakı "Əmək Şöhrəti Şəhəri" adına layiq görülən ilk şəh�
Bu gün Hadrutun işğalçılardan azad olunmasının 4 ili tamam olur.
İsrailin Suriya paytaxtı Dəməşqin Mezza məhəlləsində yaşayış binası
Müdafiə Sənayesi Nazirliyinin hazırladığı QFAB-250 LG aviasiya bombası T
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə gör