Bu gün Hadrutun azad olunmasının 4 ili tamam olur
Digərləri 09 Okt 2024 00:08:00 150 0
Bu gün Hadrutun işğalçılardan azad olunmasının 4 ili tamam olur.
Bəli, həmin uğurlu əməliyyata 44 günlük Vətən müharibəsinin dönüş və ya yüksəliş nöqtəsi də demək olar. Bu əməliyyatdan sonra erməni silahlıları sürətlə məğlubiyyətə doğru getdiklərini tam olaraq anladılar.
Burada həm işğalçı tərəfin 18-ci diviziyasının qərərgahının tutulması, həm də bütün rabitə yollarının tam bağlanması Azərbaycana qarşı döyüşən bütün silahlılar arasında böyük təşviş yaratmışdı. Bununla yanaşı Ermənistan ordusu üçün müdafiə xətti daha da böyüdü və Azərbaycan ordusunun manevr imkanlarını artırdı.
Hər tərəfdən dağların əhatəsində yerləşən Hadrut ermənilər tərəfindən əsas yollar və yol güzərgahlarından ciddi müdafiə olunurdu. Qəsəbə ərazi baxımından kiçik olsa da, burada erməni ordusunun böyük qüvvələri cəmləşmişdi. Hadrut həm də onların koordinasiya nöqtəsi - necə deyərlər quldur yuvası idi.
Düşmən üçün Hadrutun strateji əhəmiyyəti böyük idi. Burdakı dağ yüksəkliyinin bir tərəfindən Cəbrayil istiqamətinə digər tərəfindən isə Füzuli istiqamətinə nəzarət etmək olur.
Çətin və qeyri-bərabər döyüşə girən Azərbaycan ordusunun qəhrəman döyüşçüləri düşməndən sayca dəfələrlə az olmasına baxmayaraq qəsəbəni azad edir. Sağ qalmaq üçün müxtəlif dağ yolları və cığırlarla geri qaçan erməni ordusu Hadruta yenidən hücum cəhdləri etməyə cəhd edir. Necə deyərlər ordumuzun qətiyyəti və sayıqlığı düşmənin planlarını suya salır, - gələn canlı qüvvə peşəkarlıqla təşkil edilmiş pusqularda məhv edilir.
Əlbəttə burda movqelənmək asan başa gəlmədi, şəhidlər verilsə də üstünlük və yüksəkliklər əldən verilmədi. Bu isə Şuşanın azad olunması əməliyyatına unikal imkan yaratdı.
Hadrut azad olunduqdan sonra Azərbaycan ordusu Böyük Kirs dağı, Qırmızı bazar, Şuşa və Xocavənd istiqamətində irəliləməyə başladı. Orda üstünlük əldə edərək Füzuli Qarğabazar istiqamətində hələ də ordumuzla döyüşən erməni silahlılarına gedən təchizat yolunu bağlamış oldu. Hadrut əməliyyatı müharibənin ilk ongünlüyündə ordumuzun əldə etdiyi böyük uğurlarından biri Ermənistan ordusunun isə müdafiə səddi ayrıldıqdan sonra növbəti böyük uğursuzluğu idi.
Bir zamanlar qanlı Qarabağ münaqişəsinin başlamasını hazırlayan terrorçu dəstələrin cəmləşdiyi Hadrut qəsəbəsi indi azaddır və öz sahibləri tərəfindən bərpa edilir. Keçmişi qanlı tarixə bürünən Hadrut günü-gündən gülüstana çevrilir. Özü də əzəli və əbədi sahiblərinin nəzarəti ilə.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
İsrailin Suriya paytaxtı Dəməşqin Mezza məhəlləsində yaşayış binası
Müdafiə Sənayesi Nazirliyinin hazırladığı QFAB-250 LG aviasiya bombası T
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə gör
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm
Rusiya hakimiyyəti Ermənistanın ən məşhur iş adamlarından biri, parlamen
Goranboyda küləkli hava şəraiti bəzi fəsadlara yol açıb.
Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Sevda Ramiz qızı Rzayeva
İsrail Hərbi Hava Qüvvələri Dəməşqin Mazze rayonunda yaşayış binasın
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytax
Türkiyəli aktrisa Melisa Sözenin "Fer" serialındakı tərəf müqa
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası əsaslı şəkild
Buzadırmanma üzrə Rusiya çempionu Alyona Vlasova gənə dişləməsi nətic�
Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-1" telekanalına müsah
Milli Məclisin bu gün keçirilən plenar iclasında elektrik mühərriki ilə