“İnarə Quliyeva oteldə yox, kinostudiyada qaldı, incidi, Azərbaycanı tərk etdi”


Şou-biznes 09 Okt 2024 02:02:00 52 0

“İnarə Quliyeva oteldə yox, kinostudiyada qaldı, incidi, Azərbaycanı tərk etdi”

"1984-cü ildə "Azərbaycanfilm" kinostudiyasında bir film çəkilirdi. Mən o filmin adını demək istəmirəm. Çünki filmi çox hörmətli rejissorlardan biri lentə alırdı, rəhmətə gedib artıq. Etik nöqteyi nəzərdən həmin rejissorun adını hallandırmaq istəmirəm. O kişinin heç bir günahı yoxdur. Günah filmin inzibatçılarında idi. Onların laqeyd və məsuliyyətsiz hərəkətlərinə görə İnarə Quliyeva bizdən küsüb incidi"   Son.az bildiir ki, bunu Moderator.az -a açıqlamasında Dövlət Film Fondunun direktoru Cəmil Quliyev deyib. O daha sonra İnarə Quliyevanı Azərbaycandan incik salan səbəblərdən danışıb. "İnarə xanım həmin filmin sınaq çəkilişlərinə dəvət olunmuşdu. Təyyarə təxminən saat 3-də enmişdi Bakıya, İnarə xanım hardasa saat 4-də kinostudiyada idi. Gətirdilər onu, çay falan içdi. 1-2 saat da orada qaldı, artıq iş vaxtı bitirdi. Ona dedilər ki, İnarə xanım, sizin üçün mehmanxana tapmamışıq, heç cür alınmır, bu gecə otaqda qalın, səhər sizi mehmanxanaya yerləşdirərik. İnarə xanım təbii ki, incidi və tələb edərək dedi ki, səhər biletimi alın, Moskvaya qayıdıram. Səhər saat 1-də uçub Moskvaya getdi. O zaman Moskvaya 4-5 reys var idi. Həmin hadisədən sonra İnarə Quliyeva bir daha Azərbaycana gəlmədi. O bu hadisəni ona qarşı hörmətsizlik kimi qəbul etdi və üz döndərdi. Mən bu hadisənin canlı şahidiyəm. Başqaları ola bilsin ki, nəsə deyə bilər, amma mən bu işin içində olmuşam. Hətta İnarə xanıma təklif etdim ki, bizə getsin. Anam o vaxtı sağ idi. O dedi ki, mən prinsipial olaraq getməyəcəm və kinostudiyada qalacam, filmə də çəkilmək istəmirəm" deyə o bildirib. Cəmil Quliyev bildirib ki, İnarə Quliyevadan o illərdən sonra xəbər almayıb.   "Sonuncu dəfə İnarə xanımı elə orada görmüşəm. Ondan sonra görməmişəm, çünki həmin hadisədən sonra gəlməyib. Moskvada olanda onun çalışdığı teatrın tamaşalarına getdim. Həmin gün o səhnədə yox idi, "Silva" tamaşasında onun dublyoru səhnəyə çıxmışdı. Zaman çox keçib. 1988-ci il idi. Mən onun xətrini çox istəyirəm. O da, Səfurə İbrahimova da ömrümün axırına qədər mənim yadımda qalacaqlar. Uzun illər sonra "O üz" verilişinə açıqlama vermişdi. Mənim haqda, babam haqda ürəkdolusu danışmışdı. Hətta mənə o Moskvadan gələndə hədiyyələr də gətirmişdi. Çox xoşbəxtəm ki, onunla birgə "Alma-almaya bənzər" filmində çəkilmişəm" deyə Cəmil Quliyev deyib.

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Narda bu qədər fayda olduğunu bilirdinizmi? like
  • 09 Okt 01:01  
Digərləri Narda bu qədər fayda olduğunu bilirdinizmi?

Hazırda mövsümü olan nar meyvələri və toxumlarında çoxlu bioloji aktiv

arrow Ətraflı
Sevda Kazımova sabah əməliyyat olunacaq like
  • 09 Okt 00:55  
Şou-biznes Sevda Kazımova sabah əməliyyat olunacaq

Müğənni Sevda Kazımova sabah əməliyyat olunacaq.

arrow Ətraflı
Bir raket Brüsselə düşsə, onda anlayarsınız... like
  • 09 Okt 00:39  
Digərləri Bir raket Brüsselə düşsə, onda anlayarsınız...

Avropa Parlamentinin bəzi üzvləri "bahar havası ilə" Ukraynaya ra

arrow Ətraflı
Peskov: Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışmır like
  • 09 Okt 00:30  
Dünya Peskov: Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışmır

Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışmır.

arrow Ətraflı
Bakı “Əmək Şöhrəti Şəhəri” adına layiq görülən ilk şəhər ola bilər like
  • 09 Okt 00:20  
Digərləri Bakı “Əmək Şöhrəti Şəhəri” adına layiq görülən ilk şəhər ola bilər

Bakı "Əmək Şöhrəti Şəhəri" adına layiq görülən ilk şəh�

arrow Ətraflı
Bu gün Hadrutun azad olunmasının 4 ili tamam olur like
  • 09 Okt 00:08  
Digərləri Bu gün Hadrutun azad olunmasının 4 ili tamam olur

Bu gün Hadrutun işğalçılardan azad olunmasının 4 ili tamam olur.

arrow Ətraflı
Günün qoroskopu: Gözlənilməz like
  • 09 Okt 00:01  
Digərləri Günün qoroskopu: Gözlənilməz

Son.az 9 oktyabr üçün bürc proqnozunu təqdim edir:

arrow Ətraflı
İsrail Suriyada yaşayış binasına zərbə endirib, like
  • 08 Okt 23:55  
Dünya İsrail Suriyada yaşayış binasına zərbə endirib,

İsrailin Suriya paytaxtı Dəməşqin Mezza məhəlləsində yaşayış binası

arrow Ətraflı
MSNin hazırladığı bombası ASELSANın lazer dəsti ilə hədəfi yüksək dəqiqliklə vurub like
  • 08 Okt 23:38  
Digərləri MSNin hazırladığı bombası ASELSANın lazer dəsti ilə hədəfi yüksək dəqiqliklə vurub

Müdafiə Sənayesi Nazirliyinin hazırladığı QFAB-250 LG aviasiya bombası T

arrow Ətraflı
Paşinyan Putinə şikayət etdi: Bəzi Rusiya rəsmiləri… like
  • 08 Okt 23:27  
Dünya Paşinyan Putinə şikayət etdi: Bəzi Rusiya rəsmiləri…

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə gör

arrow Ətraflı
Azərbaycanda MSK sədri vəfat etdi like
  • 08 Okt 23:22  
Digərləri Azərbaycanda MSK sədri vəfat etdi

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm

arrow Ətraflı
Rusiya Aleksanyanı ölkəyə buraxmadı, aeroportdan qaytardı like
  • 08 Okt 23:18  
Dünya Rusiya Aleksanyanı ölkəyə buraxmadı, aeroportdan qaytardı

Rusiya hakimiyyəti Ermənistanın ən məşhur iş adamlarından biri, parlamen

arrow Ətraflı
Güclü külək Goranboyda fəsadlar törətdi like
  • 08 Okt 23:04  
Digərləri Güclü külək Goranboyda fəsadlar törətdi

Goranboyda küləkli hava şəraiti bəzi fəsadlara yol açıb.

arrow Ətraflı
Sevda Rzayevaya yüksək vəzifə verildi like
  • 08 Okt 22:55  
Digərləri Sevda Rzayevaya yüksək vəzifə verildi

Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Sevda Ramiz qızı Rzayeva

arrow Ətraflı
İsrail İran səfirliyi yaxınlığına zərbə endirdi like
  • 08 Okt 22:45  
Dünya İsrail İran səfirliyi yaxınlığına zərbə endirdi

İsrail Hərbi Hava Qüvvələri Dəməşqin Mazze rayonunda yaşayış binasın

arrow Ətraflı