İlon Mask: "Belə olsa, mən batdım"


Dünya 08 Okt 2024 18:47:00 64 0

İlon Mask: "Belə olsa, mən batdım"

"Əgər Donald Tramp prezident seçkisini uduzsa, mən batdım".

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu amerikalı milyarder, "X" sosial şəbəkəsinin sahibi İlon Mask deyib.

O, məşhur jurnalist Taker Karlsona verdiyi müsahibəsində ABŞ-də qarşıdan gələn prezident seçkisi ilə bağlı bir sıra səs-küylü bəyanat verib.

Milyarder demokratlardan namizəd Kamala Harrisi marionet adlandırıb:

"Heç kəsin Kamalanı öldürməyə çalışmadığı barədə zarafatyana paylaşım etmişdim, sonra sildim. Bununla (Kamala Harrisi öldürməklə) nəyə nail olmaq olar? Başqa bir kukla gələcək", - deyə İlon Mask bildirib.

Maskın sözlərinə görə, amerikalı milyarderlərin bir qismi demokratların namizədi Kamala Harrisi ona görə dəstəkləyir ki, Trampın qalib gələcəyi təqdirdə mərhum maliyyəçi, pedofilliyə görə məhkum edilmiş Ceffri Epşteynin müştəri siyahısının açıqlanacağından qorxurlar.

"Kamalanın arxasında duran bu milyarderlərin bəziləri belə bir nəticədən dəhşətə gəliblər", - deyə "X"in sahibi vurğulayıb.

Mask xüsusilə "LinkedIn"in qurucusu Rid Hoffman və milyarder Bill Qeyts kimi məşhur şəxslərin narahatlığını qeyd edib.

Bundan əlavə, Maskın fikrincə, Harrisin 2024-cü il seçkisində qələbəsi ABŞ tarixində son azad seçki ola bilər. Milyarder hesab edir ki, növbəti 4 il ərzində demokratlar milyonlarla qeyri-qanuni immiqranta vətəndaşlıq verməyi planlaşdırırlar. Maskın sözlərinə görə, bu miqrantlar məqsədyönlü şəkildə seçkidə tərəddüd edən ştatlara yerləşdirərək ki, gələcək bütün seçkilərdə özlərinə qələbə təmin etsinlər.

İlon Maskın özü açıq şəkildə Donald Trampın namizədliyini dəstəkləyir. Bunun əsas səbəblərindən biri ABŞ Ədliyyə Nazirliyinin Maskın "SpaceX" şirkətinə qarşı qeyri-qanuni miqrantları işə götürməkdən imtina etdiyinə görə açdığı iddia olub.

Milyarder Trampın məğlub olacağı təqdirdə demokratların onun sosial şəbəkəsini bağlamağa və həm şirkətlərini, həm də şəxsən onu məsuliyyətə cəlb etməyə cəhd edə biləcəyindən qorxur.

"Daxilən narahatam ki, əgər Tramp uduzsa, mənə qarşı hansısa qisas ola bilər. O məğlub olarsa, məni ciddi problemlər gözləyir", - deyə Mask vurğulayıb.

Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu ildə yetkinlik yaşına çatmayanların cinsi istismar məqsədilə alverində ittiham olunaraq həbs edilmişdi. Onun qeyd kitabçalarında keçmiş prezident Bill Klinton və Şahzadə Endryu da daxil olmaqla bir çox nüfuzlu şəxslərin əlaqələri var idi. 2019-cu ilin avqustunda Epşteyn həbsxana kamerasında intihar etdi. Bəziləri hesab edir ki, onun ölümü yüksəkvəzifəli pedofillərin adlarını gizlətmək məqsədilə qətl ola bilərdi.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

"Məndən istifadə edirdilər, amma bitdi" like
  • 08 Okt 18:40  
Şou-biznes "Məndən istifadə edirdilər, amma bitdi"

Müğənni Elçin Cəfərov ARB Telekanalında "Söhbət var" veriliş

arrow Ətraflı
Ermənistanın çobanyastığı siyasəti – Ştirlis kimi davranan like
  • 08 Okt 18:34  
Digərləri Ermənistanın çobanyastığı siyasəti – Ştirlis kimi davranan

Ermənistan hakimiyyəti çobanyastığı ləçəklərinin "olar, olmaz&quo

arrow Ətraflı
Rusiyada prokuror HƏBS OLUNDU like
  • 08 Okt 18:28  
Digərləri Rusiyada prokuror HƏBS OLUNDU

Rusiya İstintaq Komitəsinin Moskvanın Tverskoy rayonu üzrə İstintaq İdar�

arrow Ətraflı
Hizbullah lidersizdir, kimsə yoxdur... like
  • 08 Okt 18:22  
Dünya Hizbullah lidersizdir, kimsə yoxdur...

Hizbullah artıq lidersiz qruplaşmadır.

arrow Ətraflı
MDBnin regional birlik kimi nüfuzu artır like
  • 08 Okt 18:21  
Digərləri MDBnin regional birlik kimi nüfuzu artır

MDB-nin regional birlik kimi nüfuzu artır.

arrow Ətraflı
İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib like
  • 08 Okt 18:17  
Siyasət İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib

Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçi

arrow Ətraflı
Onlar Afətin oğlunun toyuna GƏLMƏDİ like
  • 08 Okt 18:15  
Şou-biznes Onlar Afətin oğlunun toyuna GƏLMƏDİ

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Afət Fərmanqızı oğlu Hüsey

arrow Ətraflı
Qohumları komaya girən 31 yaşlı ananın like
  • 08 Okt 18:08  
Dünya Qohumları komaya girən 31 yaşlı ananın

31 yaşlı qadın qohumlarının istəyi ilə tənəffüs aparatından ayrılıb

arrow Ətraflı
Səma Abiyevadan maraqlı FOTOSESSİYA like
  • 08 Okt 17:00  
Şou-biznes Səma Abiyevadan maraqlı FOTOSESSİYA

Teleaparıcı, bloger Səma Abiyeva paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Qətl anasının gözü qarşısında like
  • 08 Okt 15:28  
Kriminal Qətl anasının gözü qarşısında

Bu il iyunun 14-də Tərtər rayon sakini 1992-ci il təvəllüdlü Abil Əliye

arrow Ətraflı
Afaq Gəncəli bu kanalda çalışacaq like
  • 08 Okt 15:22  
Şou-biznes Afaq Gəncəli bu kanalda çalışacaq

Bir müddət öncə Xəzər TV-dən ayrılan aparıcı Afaq Gəncəlinin yeni ka

arrow Ətraflı
Sinəsi açıq geyimlərinə görə təyyarədən like
  • 08 Okt 15:15  
Digərləri Sinəsi açıq geyimlərinə görə təyyarədən

İki qadın geyiminə görə təyyarədən qovulub.

arrow Ətraflı
Yük qatarlarında özbaşına gedənlər 50 manat cərimələnəcək like
  • 08 Okt 14:27  
Digərləri Yük qatarlarında özbaşına gedənlər 50 manat cərimələnəcək

Yük qatarlarında özbaşına gedənlər 50 manat cərimə olunacaqlar.

arrow Ətraflı
Bin Ladenin oğlu Fransadan qovuldu like
  • 08 Okt 13:26  
Dünya Bin Ladenin oğlu Fransadan qovuldu

Üsamə Bin Ladenin oğlu Ömər Bin Laden sosial media hesabında terroru təş

arrow Ətraflı