İldırımın ən çox vurduğu
Digərləri 06 Okt 2024 18:39:00 105 0
Virciniya ştatının Ceyms Madison Universitetinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, havanın çirklənməsi ildırım çaxmalarının tezliyini artırır. Tədqiqatçılar Vaşinqton, D.C və Kanzas-Siti şəhərlərində 12 il ərzində baş verən 500.000-dən çox ildırımdan əldə edilən məlumatları təhlil edərək, PM2.5 və PM10 kimi kiçik hissəcikli hava çirkləndiricilərinin ildırım vurma sayına təsir etdiyini aşkar ediblər.
Bu xəbəri də oxu: Damarları bu məhsullarla
Son.az lent.az-a istinadən bildirir ki, çirklənmə bulud əmələ gəlməsi üçün nüvə rolunu oynayır.
Buluda yuxarı hava axını ilə daxil olarkən, çirkləndirici hissəciklər buluddakı elektrik yükləri ilə birlikdə ayrılır və nəticədə daha çox ildırım çaxır. Lakin havadakı hissəciklərin konsentrasiyası çox yüksək olduqda, tufan daxilində enerji itkisi səbəbindən ildırımların sayını azalda bilər.
Alimlər həmçinin müəyyən ediblər ki, hər iki şəhərdə cümə axşamı tufan aktivliyi daha yüksək olub və tufanlar üçün ən sakit günlər fərqli olub: Vaşinqton üçün bazar ertəsi və Kanzas Siti üçün cümə günü.
Tədqiqat havanın çirklənməsinin meteoroloji hadisələrə necə təsir göstərə biləcəyini daha yaxşı anlamağa kömək edir və gələcəkdə alimlər dünyanın müxtəlif yerlərində havanın çirklənməsinin tufan və şimşək çaxmasına necə təsir etdiyini öyrənmək üçün tədqiqatı dünyanın digər regionlarına da genişləndirməyi planlaşdırırlar.
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Müasir sabun reseptlərində bir çox əlavə maddələr olsa da, əsas sabunu
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunda kadr dəyişikliyi olub. Genera
Şou aləmində son zaman trendə çevrilən göz rəngi dəyişmə əməliyatı
Türkiyənin Çanaqqala şəhərinin sahilində 4,2 maqnitudalı zəlzələ olub
Əksər insanlar həyatlarında bir dəfə evlənməyə üstünlük verir, sonra
Sosial şəbəkələrdə bulvara ərazisində maraqlı görüntü qeydə alını
Rusiya prezidenti Vladimir Putin ad günü planlarından danışıb.
Kiçik itlərə maraq həmişə var. Çünki kiçik ev heyvanlarının üstünl�
Dağıstan Respublikasının (Rusiya) Kaspiysk şəhərində yerləşən "C
Hazırda "Yalı çapkını" serialında rol alan aktyor Emre Altuğ ek
Duman səbəbindən magistral avtomobil yollarında görünüş məhdudlaşacaq.
Gürcüstanda məhbusların sayı 2014-cü ilin göstəricisini keçərək yeni