"Azərsığorta"nın ləğvi onun öhdəliklərinin yerinə yetirilməsinə mane olmayacaq
Digərləri 03 Fev 2024 17:17:00 342 0
2022-ci ildə Dövlət Sığorta Kommersiya Şirkətinin hərbi qulluqçuların və hüquq-mühafizə orqanları əməkdaşlarının dövlət icbari şəxsi sığortasından ibarət olan əsas fəaliyyəti və səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsindən sonra Şirkətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılsa da onun olduqca yüksək rəqabət mühiti ilə xarakterizə olunan daxili sığorta bazarında xüsusi çəkisi azalmış, özəl sığorta şirkətlərinə münasibətdə xüsusi üstünlüklərə malik olmaması səbəbindən rentabelli fəaliyyətinin təmin edilməsi mümkün olmamış, nəticədə Şirkətin təsisçisi olan dövlətin maliyyə itkilərilə qarşılaşması riskləri artmışdı.
Son.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin və Azərbaycan İnvestisiya Holdinqinin birgə məlumatında bildirilib.
Qeyd edilib ki, yaranmış vəziyyəti nəzərə alan Şirkətin menecmenti tərəfindən Şirkətin Direktorlar Şurasına və Azərbaycan İnvestisiya Holdinqinə (AİH) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq şirkətin könüllü qaydada ləğv edilməsi barədə müraciət olunub. Həmin müraciət AİH və Şirkətin Direktorlar Şurası tərəfindən təhlil edilərək dəstəklənib və AİH-nin Müşahidə Şurasına təqdim olunub.
AİH-nin Müşahidə Şurası təqdim olunmuş təklifə baxaraq Şirkətin könüllü qaydada ləğvi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırıb və Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 31 yanvar tarixli Fərmanı ilə Şirkət ləğv edilib.
Şirkətin könüllü ləğvi ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və AİH-nin nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaradılacaq və sığorta fəaliyyəti üzrə şirkətə verilmiş lisenziyasının ləğvi üçün Mərkəzi Banka müraciət ediləcək. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Türkiyənin Kocaeli vilayətində güclü yanğın başlayıb. Hadisə Gebze ra
Gah küsüb, gah barışan məşhur cütlük Afra Saraçoğlu və Mert Ramazan D
Fatih Karahan Türkiyə Respublikası Mərkəzi Bankının prezidenti təyin edi
Ermənistan ətrafında baş verən hər şey rəsmi Moskvanı ciddi narahat etm
"Ailə qurandan sonra hər gün səhər 8-9-da yuxudan oyanmaq məcburiyyə
Aparıcı Xoşqədəm Hidayətqızı müğənni həyat yoldaşı Doğuşun qarş
Azərbaycanda 2020, 2021, 2022, 2023 illər və 2024-cü ilin yanvar ayında uş
Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı sərhəddə
Dünya Səhiyyə Təşkilatı 2050-ci ilə qədər xərçəng xəstəliyinin hə
"Həyat yoldaşım çox rahat insandır. Bəlkə də mənim bu günə kimi
ADNSU-nun I kurs magistr tələbəsi Mətləb Xankişiyev vəfat edib.
"Azərbaycanda bu il fevralın 7-nə təyin olunmuş prezident seçkilərin
Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika xalqına
İnternetdə qeyri-sağlam qidaların şəkillərinə baxmaq iştahanı artıra