Bu şəxslərə 150 mənzil və fərdi ev verildi
Digərləri 30 Dek 2024 15:47:00 85 0
Lənkəran, Kürdəmir, Yevlax, Ağdaş, Şamaxı, Ucar, Cəlilabad, Tovuz və Ağsu rayonlarında ümumilikdə 150 mənzil və fərdi ev şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.
Bu xəbəri də oxu: Qulağa su dolanda nə etməliyik?
Bu barədə Son.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Lənkəran şəhərində mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini Vüsal Nəsirli və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə iştirak ediblər.
Bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə iştirakçıları ilə əlaqədar icra olunan genişmiqyaslı sosial dəstək paketinin bir istiqaməti də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatıdır. Onlara postmüharibə dövründə 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib.
Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il 90-a yaxın, postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə 7,8 min avtomobil təqdim edilib və növbədə dayanan bu kateqoriyadan olan şəxslərin avtomobillə təminatı yekunlaşıb.
2025-ci il İlan ili astrologiyada xüsusi enerjilərlə zəngin bir dövr olaca
Suriyanın Livan səfirliyi keçmiş prezident Bəşər Əsədlə bağlı yeni i
Amerikalı sahibkar və siyasətçi İlon Mask Marsda birbaşa demokratiya qurma
Hollivud ulduzu Arnold Şvartseneqqer yeni görünüşü ilə diqqət çəkib.
Uzun və sağlam ömür yaşamaq hər kəsin arzusudur. Bunun üçün sağlam qi
Bakıda Dənizkənarı Milli Parkda 31 Dekabr - Dünya Azərbaycanlılarının H
Azərbaycanda yaşanan olay eşidənləri mat qoyub.
Rusiyanın "AvtoVAZ" avtomobil konserni "Lada Aura"nın əyl
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələri
Evdə internetinin sürəti bir çox amillərə görə yavaşlaya bilər.
Kolumbiyalı siyasətçi Keti Juvinao parlamentin səhiyyə sistemində islahatl
İsrailin "El Al" aviaşirkəti "Təl-Əviv - Moskva" reysi
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) 25 dekabrda baş vermiş &qu