Bəzi plastik cərrahların tibbi təhsil sənədləri saxtadır RƏSMİ AÇIQLAMA
Digərləri 02 Yan 2025 15:27:00 81 0
Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb.
Bu xəbəri də oxu: Komada olan insanın nə hiss etdiyi AÇIQLANDI
Son.az xəbər verir ki, bu Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, səsləndirilən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib.
"Əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb.
Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Bununla bağlı, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.
Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq", - nazirlikdən qeyd edilib.
Türk Ordusu Suriya və İraqın şimalında da daxil olmaqla son bir həftədə
Polis əməkdaşları ötən gün ölkə ərazisində 30 kiloqrama yaxın narkot
Sumqayıtda mənzildən 51 yaşlı kişinin meyiti tapılıb.
Ağsu rayonunda şəhərdaxili hərəkət (mobillik) planı hazırlanacaq.
24 dekabr 2024-cü il tarixində Kür çayının Zərdab rayonu, Əlvənd kəndi
Bayramdan sonra hazırlanan "Staliçni" salatı (və ya rusiya salatı
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaların�
Tanınmış aparıcı-prodüser İdris Cəfərov 2025-ci ildən fəaliyyətini &
Şirvanda saxta pul dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
2025, Çin astrologiyasına görə İlan ili olacaq. İlan, həm müdrikliyi, h
Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil verilə
Yanvarın 3-nə gözlənilən hava şəraiti açıqlanıb.
Rusiyaya qaçan Bəşər Əsədin Moskvada zəhərləndiyi iddia olunub.
ABŞ yeni ilin ilk günü iki hücum və bir partlayışla sarsılıb.