Türkiyə Mərkəzi Bankının yeni rəhbəri KİMDİR? DOSYE
Digərləri 03 Fev 2024 16:47:00 329 0
Fatih Karahan Türkiyə Respublikası Mərkəzi Bankının prezidenti təyin edilib.
Son.az musavat.com-a istinadən bildirir ki, qərar Prezidentin hökumətin rəsmi qəzeti olan "Resmi Gazete"də dərc olunub.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının rəhbəri Hafize Qaye Erkan dünən istefa verib.
Bəs Mərkəzi Bankının yeni rəhbəri Fatih Karahan kimdir?
Fatih Karahan 1982-ci ildə Əskişəhərdə anadan olub. 2006-cı ildə Boğaziçi Universitetinin Riyaziyyat və Sənaye Mühəndisliyi fakültəsini bitirib. 2012-ci ildə Pensilvaniya Universitetində İqtisadiyyat üzrə magistr və doktorantura pilləsini bitirib. Karyerasına 2012-ci ildə Nyu-York Federal Ehtiyat Bankında iqtisadçı kimi başlayan Karahan 2022-ci ilə qədər sözügedən qurumda Əmək və Məhsul Bazarı Araşdırmaları rəhbəri və pul siyasəti müşaviri vəzifələrində çalışıb. Kolumbiya Universitetində və Nyu-York Universitetində yarımştat müəllim kimi də çalışan Karahan 2022-ci ilin noyabrında "Amazon" şirkətində baş iqtisadçı vəzifəsinə təyin edilib. Karahan 28 iyul 2023-cü ildə Türkiyə Respublikası Mərkəzi Bankının sədr müavini vəzifəsinə təyin edilib. 3 fevral 2024-cü il tarixli qərarına əsasən, Mərkəzi Bankın rəhbəri təyin edilib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Ermənistan ətrafında baş verən hər şey rəsmi Moskvanı ciddi narahat etm
"Ailə qurandan sonra hər gün səhər 8-9-da yuxudan oyanmaq məcburiyyə
Aparıcı Xoşqədəm Hidayətqızı müğənni həyat yoldaşı Doğuşun qarş
Azərbaycanda 2020, 2021, 2022, 2023 illər və 2024-cü ilin yanvar ayında uş
Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı sərhəddə
Dünya Səhiyyə Təşkilatı 2050-ci ilə qədər xərçəng xəstəliyinin hə
"Həyat yoldaşım çox rahat insandır. Bəlkə də mənim bu günə kimi
ADNSU-nun I kurs magistr tələbəsi Mətləb Xankişiyev vəfat edib.
"Azərbaycanda bu il fevralın 7-nə təyin olunmuş prezident seçkilərin
Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika xalqına
İnternetdə qeyri-sağlam qidaların şəkillərinə baxmaq iştahanı artıra
Bakıda kvadratı 17 və 20 min manata mənzillər satılır.
Olimpiya şüarı olan "daha tez, daha yüksək və daha güclü" ümu
2024-cü ildə hər kəs üçün uğurlu olacaq tarixlər açıqlanıb.