"2050ci ilədək BMTnin iqlim hədəflərinə nail olmaq üçün olimpiya səyləri lazımdır"
Dünya 03 Fev 2024 15:07:00 345 0
Olimpiya şüarı olan "daha tez, daha yüksək və daha güclü" ümumi iqlim mantramız olmalıdır.
Bu xəbəri də oxu: Sahara səhrası su altında qaldı
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ADA universitetində mühazirəsində deyib.
"Bakıda vacib danışıqlar keçirdim və məmnuniyyətlə ADA universitetinin tələbələrinə mühazirə keçirəm. Biz Bakıda yeni, növbəti iqlim konfransı olan COP29 tədbirinə hazırlaşırıq. Mən yenidən Azərbaycan hökumətini və vətəndaşlarını bu hadisə münasibətilə təbrik edirəm. Bu böyük məsuliyyətdir. Qarşıda xeyli iş var. Lakin Azərbaycan mühüm tədbirlərə ev sahibliyi etməklə bağlı böyük təcrübəyə malik olduğundan, bunun öhdəsindən gələcək", - deyə Stil vurğulayıb.
Tələbələrə müraciət edən Stil qeyd edib ki, qlobal istiləşməni 1,5 dəcərə Selsi həddində saxlamaq və bütün xalqları iqlim dəyişikliyinin nəticələrindən qorumaq mümkün olarsa, 2050-ci ildə dünya çox gözəl görünəcək.
"Ötən ilki COP28 tədbirindəki razılaşma ideal olmasa, cəmi bir neçə il əvvəl ağlasığmaz idi, bu qlobal dekarbonizasiyanın qaçınılmaz olduğuna dair olduqca mühüm siqnaldır", - deyə o bildirib.
Onun fikrincə, bir neçə il ərzində BMT-nin 2030 və 2050-ci ilədək iqlimlə bağlı müəyyən edilmiş hədəflərinə nail olmaq üçün olimpiya səyləri tələb olunur.
"Dünya ölkələrinin hökuməti iqlim üzrə Paris sazişinə vaxtında qoşuldu. Düşünürəm ki, COP28 tədbirində qeyd olunduğu kimi, 2030-cu ilədək istixana qazlarının tullantılarının 43 faiz azaldılması praqmatik və mümkündür.
İstixana qazlarının tullantısının sıfıra endiyi qlobal enerji sistemini görürəm. BMT 25 ildir ki, sənaye sektoru və kənd təsərrüfatında zəruri tədbirlər hesabına ətraf mühitin mühafizəsi məsələsinə yanaşmanı dəyişməyə çalışır. Axı Yer üzündəki bütün insanların sağlamlığı bundan asılıdır", - Saymon Stil deyib.
O hazırda dekarbonizasiyanın dünya iqtisadiyyatının mühüm hissəsi olduğunu əlavə edib.
"BMT 2025-ci ildə iqlim barədə Paris sazişinin icrasının nailiyyətlərinə dair böyük araşdırma təqdim edəcək və səylərimizi aktivləşdirməliyik", - deyə Stil əlavə edib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
2024-cü ildə hər kəs üçün uğurlu olacaq tarixlər açıqlanıb.
Audiovizual Şuranın yerüstü, peyk və platforma yayımçısı lisenziyası v
Azərlotereya ASC-nin mətbuat xidmətinə yeni mətbuat katibi təyin olunub.
Yəmənin ANN informasiya agentliyinin saytında fevralın 7-də Azərbaycanda k
Qlobal maliyyə sistemi BMT-nin dəqiq icra planına malik iqlim keçidi üzrə
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan "Dəm
Azərbaycanda fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçki
Fevralın 14-dü, Sevgililər Günü üçün seçilən ən romantik hədiyyəl�
Çinin Anhoy əyalətindən olan 63 yaşlı təqaüdçü quş qripinin H10N5 və
ABŞ-nin İraqın qərbindəki Ənbar əyalətinə endirdiyi aviazərbələr nə
"Özümə qarşı komplekslərim yoxdur. Məncə, hər kəs kompleksdən uz
Bədxassəli ürək xərçəngi angiosarkoma ən çox 45 yaş və yuxarı kişil
Bütün çətinliklərə baxmayaraq, korsikalılar ölkələrinin azadlığı u�