Maliyyə ətraf mühitin mühafizəsi uğrunda mübarizənin həlledici amilidir BMT nümayəndəsi
Dünya 03 Fev 2024 14:39:00 301 0
Qlobal maliyyə sistemi BMT-nin dəqiq icra planına malik iqlim keçidi üzrə hədəflərinə uyğun olmalıdır.
Bu xəbəri də oxu: Hizbullah zərbəsi: Belə hücum görünməyib
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ADA universitetində mühazirəsində deyib.
"İstər tullantıların azaldılması, istərsə iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artması olsun, ətraf mühitin mühafizəsi uğrunda dünyanın mübarizəsində maliyyənin həlledici amil olduğu tamamilə aşkardır. Maliyyə vəsaitini əhəmiyyətli dərəcədə artırmadan 2023-cü ildə COP28 tədbirində iqlim qələbələri tez bir zamanda boş vədlərə çevriləcək heç olacaq. İqlim maliyyələşdirməsi üçün bizə kiçik deyil, böyük axınlar lazımdır", - deyə Stil qeyd edib.
Onun sözlərinə görə, istixana qazlarının tullantılarının azaldılması üçün iqlim tədbirlərinin maliyyələşdirilməsi noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirində əsas məsələlər olacaq.
"Bakıda keçiriləcək COP29 ümumi ambisiyalarımızın əldə edilməsi üçün çox vacib görüş olacaq. Beynəlxalq maliyyə institutları və inkişaf bankları ilə qarşılıqlı fəaliyyət iqlm hədəflərinin reallaşdırılma imkanları baxımından münasibətlərdə etimad yaradacaq", - deyə Stil bildirib.
Onun fikrincə, bərpa olunan enerji mənbələrinin (BEM) inkişafına, dünya iqtisadiyyatını enerji keçidinə adaptasiyasına 2,4 trilyon ABŞ dolları illik yatırım elə də kritik məbləğ deyil, çünki söhbət innovasiya və texnoloji proqressə yatırımdan gedir.
"Sənaye inqilabı gedir, iqtisadiyyatların rəqəmsallaşması böyük imkanlar açır. İqtisadiyyatın hər bir sektoru iqlim dəyişikliyinin qayğısına qalmalıdır, qarşılıqlı fəaliyyət, kollektiv iş lazımdır", - Stil deyib.
Stil 2024-cü ildə özəl banklar və beynəlxalq maliyyə institutlarının iqlim tədbirlərinin dəstəklənməsi üzrə niyyətlərini nümayiş etdirə biləcəyinə ümid etdiyini deyib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan "Dəm
Azərbaycanda fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçki
Fevralın 14-dü, Sevgililər Günü üçün seçilən ən romantik hədiyyəl�
Çinin Anhoy əyalətindən olan 63 yaşlı təqaüdçü quş qripinin H10N5 və
ABŞ-nin İraqın qərbindəki Ənbar əyalətinə endirdiyi aviazərbələr nə
"Özümə qarşı komplekslərim yoxdur. Məncə, hər kəs kompleksdən uz
Bədxassəli ürək xərçəngi angiosarkoma ən çox 45 yaş və yuxarı kişil
Bütün çətinliklərə baxmayaraq, korsikalılar ölkələrinin azadlığı u�
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 2000-ci il təvəllüdlü
Şair Nazilə Səfərli növbəti açıqlaması ilə gündəmə gəlib.
Əməkdar artist Elza Seyidcahanın anası əməliyyat olunub.
"Mənim üçün həyat yoldaşımın bir xoş kəlməsi yetərlidir".
Cari ilin döyüş hazırlığı planına əsasən, yeni tədris dövrü ilə ə
12:09 Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikr
Müğənni Ülviyə Namazovanın arxiv videosu yayılıb.