2024cü ildə ölkədə baş verən ən AĞIR HADİSƏLƏR


Digərləri 30 Dek 2024 16:33:00 136 0

2024cü ildə ölkədə baş verən ən AĞIR HADİSƏLƏR

Yola saldığımız 2024-cü il ölkə ərazisində geniş rezonans doğuran hadisələr, ağır yol-nəqliyyat hadisələri və səs-küylü məhkəmə prosesləri ilə də yadda qaldı.

Bu xəbəri də oxu: Onlara yüksək vəzifə verildi

Son.az bildirir ki, Oxu.Az ölkə gündəmində təsir gücünə malik olan bir çox hadisələrin icmalını təqdim edir:

2024-cü ilin ilk ən ağır hadisəsi yanvar ayının 9-da Respublika Perinatal Mərkəzində baş verdi.

Baş Prokurorluğun məlumatına görə, yanğın nəticəsində yeddi körpə həyatını itirib, dörd nəfər xəsarət alıb, müəssisəyə ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib.

İlin ikinci ağır hadisəsi yanvar ayının 16-da Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış oldu.

Hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından üçü sağ çıxarılmaqla ümumilikdə 24 nəfər xəsarət alıb, doqquz nəfərin meyiti tapılıb. Ölənlərdən biri Gürcüstan vətəndaşı idi.

İlin ən dəhşətli cinayət hadisəsi isə fevral ayının 13-də baş verib.

1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı atası, 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası, 1977-ci il təvəllüdlü Pikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları öldürüb. Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl isə başqa bir ünvanda bacısı, 1997-ci il təvəllüdlü Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızı Ülviyyə Niftəliyevanı da öldürüb.

May ayının 16-da Bakıda məşhur "Ağ çiçəyim" gül mağazasında baş verən güclü yanğın da 2024-cü ilin rezonans yaradan hadisələri sırasında yer alıb.

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən dəbdəbəli gül dükanında yanğın zamanı xəsarət alan olmasa da, obyekt tamamilə yararsız hala düşdü.

Hadisə ilə bağlı Fövəladə Hallar Nazirliyinin (FHN) yaydığı açıqlamada ümumilikdə 1 450 kvadratmetr ərazinin - ümumi sahəsi 590 kv.m-lik gül mağazası, 50 kv.m olan geyim mağazası, 240 kv.m olan ikimərtəbəli restoranın damına çəkilmiş 30 kv.m tent və bitişik, içərisində su qızdırıcısı quraşdırılmış 5 kv.m sahədə dolab və iki ədəd ötürücü qüllənin yanıb külə döndüyü qeyd olunurdu.

İyun ayının 1-i səhər saatlarında Xəzər rayonu, Mərdəkan körpüsünün yaxınlığında baş verən zəncirvari yol-nəqliyyat hadisəsi üç nəfərin həyatını itirməsinə, bir nəfərin xəsarət almasına səbəb oldu.

Qəzanın baş verməsinə səbəb "Hyundai Santa Fe" "Hyundai Matrix" və "Daewoo Gentra" markalı avtomobillərin toqquşması olub. Ölənlərdən biri "Hyundai Santa Fe" markalı avtomobilin sürücüsü idi.

İyunun 15-i saat 18:30-da Qəbələ Dəmiryol Vağzalının qarşısında turistlər qəzaya düşüblər. Yol-nəqliyyat hadisəsi nəticəsində beş (hər biri qadın cinsli) xarici vətəndaş xəsarət alıb. Onlardan 2005-ci il təvəllüdlü şəxsin yerində ölüm faktı qeydə alınıb. Avtoqəzaya düşən turistlərdən biri isə helikopterlə Bakıya təxliyə edilib.

İyul ayının 22-də Xalq artisti Ağadadaş Ağayevin Binəqədi rayonunda, yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə aralarında yaranmış mübahisə zamanı Bakı şəhər sakini Nurəddin Cəlilova balta atması da ilin ən səs-küylü hadisələri siyahısında yer alıb.

Hadisəyə xəstəlikdən əziyyət çəkən Xalq artistinin halının pisləşdiyi üçün klinikadan yardım istəməsi, mühafizəçinin isə onu klinikaya dəvət etməsinin səbəb olduğu bildirilir. Baş vermiş hadisə ilə bağlı məhkəmə çəkişmələri hələ də davam edir.

Bu uşaq bir həftədir quyuya düşüb, çıxara bilmirlər  FOTO like
  • 30 Dek 16:23  
Dünya Bu uşaq bir həftədir quyuya düşüb, çıxara bilmirlər FOTO

Hindistanın şimal-qərbində yerləşən Racastan ştatında mədən quyusuna

arrow Ətraflı
"Bu qarşıdurma təhlükəli həddə çatıb" like
  • 30 Dek 15:58  
Digərləri "Bu qarşıdurma təhlükəli həddə çatıb"

Yaxın Şərqdə "zorakılıq qövsü" genişlənib və İran-İsrail

arrow Ətraflı
Kavelaşvili qonşu ölkələrlə əlaqələrdən danışdı like
  • 30 Dek 15:57  
Digərləri Kavelaşvili qonşu ölkələrlə əlaqələrdən danışdı

"Gürcüstan Cənubi Qafqazda sülhü dəstəkləməklə yanaşı, Azərbay

arrow Ətraflı
Litva Prezidenti İlham Əliyevə zəng edib like
  • 30 Dek 15:52  
Siyasət Litva Prezidenti İlham Əliyevə zəng edib

Litva Respublikasının Prezidenti Gitanas Nauseda dekabrın 30-da Azərbaycan R

arrow Ətraflı
Təranənin kürəkəninə verdiyi bahalı hədiyyə müzakirələr yaratdı  VİDEO like
  • 30 Dek 15:48  
Şou-biznes Təranənin kürəkəninə verdiyi bahalı hədiyyə müzakirələr yaratdı VİDEO

Məşhur ailənin sosial şəbəkələrdə yayılan görüntüsü marağğa səb

arrow Ətraflı
Bu şəxslərə 150 mənzil və fərdi ev verildi like
  • 30 Dek 15:47  
Digərləri Bu şəxslərə 150 mənzil və fərdi ev verildi

Lənkəran, Kürdəmir, Yevlax, Ağdaş, Şamaxı, Ucar, Cəlilabad, Tovuz və A

arrow Ətraflı
2025ci ildə bəxti gətirməyəcək bürclər – Problem içində üzəcəklər like
  • 30 Dek 15:38  
Digərləri 2025ci ildə bəxti gətirməyəcək bürclər – Problem içində üzəcəklər

2025-ci il İlan ili astrologiyada xüsusi enerjilərlə zəngin bir dövr olaca

arrow Ətraflı
Səfirlik Əsədin qohumlarına saxta pasport verirmiş... like
  • 30 Dek 15:31  
Dünya Səfirlik Əsədin qohumlarına saxta pasport verirmiş...

Suriyanın Livan səfirliyi keçmiş prezident Bəşər Əsədlə bağlı yeni i

arrow Ətraflı
Marsda demokratiya qurmaq istəyir  FOTO like
  • 30 Dek 15:20  
Dünya Marsda demokratiya qurmaq istəyir FOTO

Amerikalı sahibkar və siyasətçi İlon Mask Marsda birbaşa demokratiya qurma

arrow Ətraflı
"Terminator" "Santa Klaus" olarsa... like
  • 30 Dek 15:10  
Şou-biznes "Terminator" "Santa Klaus" olarsa...

Hollivud ulduzu Arnold Şvartseneqqer yeni görünüşü ilə diqqət çəkib.

arrow Ətraflı
112 il yaşayan kişinin sirrini AÇIQLADI like
  • 30 Dek 15:00  
Digərləri 112 il yaşayan kişinin sirrini AÇIQLADI

Uzun və sağlam ömür yaşamaq hər kəsin arzusudur. Bunun üçün sağlam qi

arrow Ətraflı
Bulvarda bayram konserti olacaq? like
  • 30 Dek 14:52  
Digərləri Bulvarda bayram konserti olacaq?

Bakıda Dənizkənarı Milli Parkda 31 Dekabr - Dünya Azərbaycanlılarının H

arrow Ətraflı
18 günlük körpə ÖLDÜ like
  • 30 Dek 14:40  
Digərləri 18 günlük körpə ÖLDÜ

Kürdəmirdə 18 günlük körpə ölüb.

arrow Ətraflı
Dəniz kənarından körpə meyiti tapıldı like
  • 30 Dek 14:20  
Digərləri Dəniz kənarından körpə meyiti tapıldı

Sumqayıtda dəniz kənarından körpə meyiti tapılıb.

arrow Ətraflı