Dünyamızı qorumaq üçün gəlin birgə antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliyə YOX deyək!


Digərləri 28 Yan 2024 21:47:00 113 0

Dünyamızı qorumaq üçün gəlin birgə antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliyə YOX deyək!

HOLOKOST -YƏHUDİ XALQININ YADDAŞINDA ƏBƏDİ HƏKK OLUNMUŞ DƏŞƏTLİ FACİƏ!

Son.az xəbər verir ki, Holokost faciəsi ilə bağlı ajmedia.info-ya fikirlərini bölüşən "Ümumİsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin" rəhbəri, "Magen David Azərbaycan"nın direktoru David Seliverstov - Holokostu dünya tarixinin ən faciəvi səhifələrindən biri qeyd edib. O deyib: Holokost -yəhudi xalqının yaddaşında əbədi həkk olunmuş dəşətli faciə və işgəncələrə, əzab-əziyyətlərə, alçaldılmağa və təhqirlərə məruz qalmış yəhudi xalqının kütləvi şəkildə məhv edilməsi və dərin bir ağrıdır. 27 yanvar tarixi bu dəhşətli faciənin, dünyanın ən böyük soyqırımlarından hesab olunan Holokostun beynəlxalq anım günüdür. 1945-ci ilin bu günü SSSR ordu generalı Pavel Kurotçkin tabeliyində olan 60-cı Ordu nasistlərin ən böyük ölüm düşərgələrindən sayılan Osvensim-ə daxil olaraq sağ qalanları xilas edib.

Holokost (yunanca: holokauston), "holos" (bütün) və "kaustos" (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir və tamamilə yanmış, yanıb kül olmuş mənasını verir - Yəhudi soyqırımı ya da Ha-Shoa (ivritcə: fəlakət) - Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon nəfərin sistemli şəkildə öldürüldüyü qətliama verilən bir addır. Bu qətliamda yəhudilər başda olmaqla sintlər, romanlar və digər "qaraçı" kimi qəbul edilən insanlar, döyüş əsirləri bu qətliamın qurbanı olmuşlar. Faşistlər Holokostu "yəhudi probleminə son həll" olaraq görürdülər. Bütün Holokost qurbanları hesaba alınarsa, həyatını itirənlərin sayı 17 milyon nəfərə qədər arta bilər. Onu da qeyd edim ki, öldürülməsi planlaşdırılan Avropa yəhudilərinin sayı 11 milyon nəfər idi.

1933-cü il 1 aprel tarixində Adolf Hitler alman xalqını yəhudi dükanlarına qarşı boykota dəvət edib və bu boykot yəhudi dükanlarının sökülməsi, qarət edilməsi və sahiblərinin döyülməsi ilə nəticələnib. 1935-ci ildə yəhudilərin həkimlik, əczaçılıq, əsgərlik və bir çox işlərdə çalışması qadağan edilib. 15 sentyabr 1935-ci il tarixində qəbul olunan "Nurnberg qanunları"na görə ali irqdən olmayanlar "aşağı sinif" insanlardır və onlarla ailə qurmaq yasaqlanıb. 1936-cı ildə Berlində keçirilən olimpiya oyunları ilə dünyanın diqqətinin Almaniyaya yönəlməsi sayəsində bir müddət yəhudilərə nifrət, antisemitizm tətbiqetmələri arxa planda qalır. Amma 1938-ci ildən etibarən antisemitizm əvvəlkindən daha şiddətli şəkildə geri dönür. 1938-ci ilin yanvarından etibarən yəhudilərin yalnız yəhudi adlarından və soyadlarından istifadə etməsi haqqında yeni qayda qəbul olunub. 1 sentyabr 1939-cu ildə yəhudi soyqırımına start verilib. 20 yanvar 1942-ci ildə isə Adolf Eichmann tərəfindən idarə olunan yüksək dövlət məmurlarının Yəhudi probleminin son həllinin təşkil edilməsinin detallarının müzakirə olunduğu Wannsee Konfransı reallaşmış və bu protokola görə öldürülmələri planlaşdırılan Avropa yəhudilərinin sayı 11 milyon nəfər idi. İlk ölüm düşərgələri 1933-cü ildən Daxauda inşa olunmuş, daha sonra isə siyahıya Auschwitz-Birkenau (1941), Chelmno (ya da Kulmhof) (1941), Varşava (1942), Lublin (1942), Belzec Lublin yaxınlığında düşərgə (1942) əlavə edilmişdi. Bu ölüm düşərgələrində 6 milyon günahsız insan qətl edilmişdi.

Faşizm dövründən qalma Holokostun layihə şəklini sübut edən yazılı sənədlərin sayı çox az qalıb və faşizm rəhbərliyinin gələcəyə sübut saxlamamaq üçün sənədləri şüurlu olaraq yox etdikləri barədə məlumatlar da qalmaqdadır. Holokostun layihə şəkli dövlət sirri olaraq dəyərləndirilmiş və Holokostu hazırlayan rəhbərlik bu işdə əli olan digər insanlara bu mövzunu kənara çıxarmamaq əmrini vermişdi. Beləliklə, Holokostu hazırlayanlar etdiklərinin insanlıqdan kənar olduğunu dərk edirmişlər.

Holokost qurbanlarının xatirəsi hər il bütün dünyada qeyd edilərək anılır. Bu dəhşətli qətliam dünya üçün bir siqnaldır. İrqi ayrı-seçkilik, yalnız bir din və ya bir millətə məxsus olduğu səbəbilə bu kimi dəhşətli bir soyqırımın həyata keçirilməsi yolverilməzdir.

Təəssüf ki, Holokost bu mənada son faciə olaraq qalmadı. XX əsrin sonunda ermənilərin Xocalı şəhərində həyata keçirdiyi soyqırımı faktı da Holokostun təkrarı kimi idi. Yalnız azərbaycanlı olduğu üçün öldürülən 613 nəfər dinc insanın 63 nəfəri uşaq, 106-sı qadın, 70-i isə qocalar idi. Bir neçə saatın içində milli zəmində amansızlıqla qətlə yetirilən bu şəxslərlə yanaşı, 487 nəfəri ağır xəsarətlərə məruz qoyuldu, 1275 nəfəri isə girov ermənilər tərəfindən götürüldü. Ermənilər qəddarlıqla vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etdirdilər. Beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələri insanları qətlə yetirmək məqsədilə ən qəddar üsullara əl atmışdılar. Şahidlərin təsdiqlədiyinə görə həmin gecə onlarla qadın, 2 yaşından 15 yaşınadək olan uşaqlar, ahıl qocalar güllələnmiş, insanların başlarının dərisi soyulmuş, müxtəlif əzaları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları yarılmış, adamlar diri-diri torpağa basdırılmış və yandırılmışdı. Güllə yarasından ölməyənlərin başlarına sonradan güllə vurulmuş, meyitlər zorakılığa məruz qalmışdı.

David Seliverstov onu qeyd edib ki, yəhudi xalqına hər zaman Azərbaycanda münasibət yüksək tolerantlıqla müşahidə olunur, dostluq və qardaşlıq müstəvisində birgəyaşayış, multikultural həyat yəhudilərin Azərbaycanda dinc həyat sürməsinə şərait yaradır, yəhudi icması hər zaman Azərbaycanın milli maraqlarının qorunması, sülhün və stabilliyin əldə olunması üçün çalışırd. Azərbaycan xalqı da yəhudi icmasının tarixən yaşadığı çətin anlara çox həssas yanaşır. Hər iki xalqın tarixində soyqırımlar olub. Azərbaycanda yaşayan yəhudi icması Holokost və Xocalı soyqırımı qurbanlarının xatirəsini hər zaman əziz tutur.

"Bu gün bütün Holokost qurbanlarının xatirəsini ehtiramla yad edərək, İstanbulda kilsədə şam yandırdım. Bizim üçün Tanrı birdir- məscid də, sinaqoq da, kilsə də Tanrının evidir. Dünyamızı qorumaq üçün gəlin birgə antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliyə YOX deyək!- David Seliverstov

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bürclər üçün sevgi ulduz falı: hansı tarixlər şanslı olacaq? like
  • 28 Yan 21:45  
Digərləri Bürclər üçün sevgi ulduz falı: hansı tarixlər şanslı olacaq?

Astroloqlar 2024-cü ildə bütün bürclərin nümayəndələrinin Kainatdan ç

arrow Ətraflı
Barmaq izini şəklində ada like
  • 28 Yan 21:39  
Digərləri Barmaq izini şəklində ada

Adriatik dənizində yerləşən və uzunluğu 23 kilometrdən çox olan divarla

arrow Ətraflı
Küçədə qarı əritmək üçün maraqlı üsul like
  • 28 Yan 21:32  
Digərləri Küçədə qarı əritmək üçün maraqlı üsul

Qar çox yağdıqda Yaponiyada müxtəlif təhlükəsizlik tədbirləri görül�

arrow Ətraflı
Şok: İsrail bu ölkəyə irimiqyaslı hücuma hazırlaşır like
  • 28 Yan 21:19  
Dünya Şok: İsrail bu ölkəyə irimiqyaslı hücuma hazırlaşır

İsrail Livanın dərinliklərində genişmiqyaslı hücuma hazırlaşır.

arrow Ətraflı
Dünyanın ilk trilyonerinin meydana çıxma vaxtı AÇIQLANDI like
  • 28 Yan 21:11  
Dünya Dünyanın ilk trilyonerinin meydana çıxma vaxtı AÇIQLANDI

Dünyanın ilk dollar trilyonçusu 10 ildən sonra peyda ola bilər, lakin ən a

arrow Ətraflı
Ərdoğan kilsədəki insidentdən danışdı like
  • 28 Yan 21:06  
Dünya Ərdoğan kilsədəki insidentdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda katolik kilsəsində i

arrow Ətraflı
10 ölkə İsraili Fələstin üçün razı salmağa çalışır like
  • 28 Yan 21:00  
Dünya 10 ölkə İsraili Fələstin üçün razı salmağa çalışır

Ən azı 10 ölkənin yüksək vəzifəli məmurları İsraili və HƏMAS hərə

arrow Ətraflı
Bred Pittin cavanlaşma sirri açıldı like
  • 28 Yan 20:50  
Şou-biznes Bred Pittin cavanlaşma sirri açıldı

60 yaşlı Hollivud ulduzu Bred Pittin illər keçdikcə daha gənc görünməsi

arrow Ətraflı
“Ordu günü” iddiası: Nikol yox, Köçəryan olsaydı… like
  • 28 Yan 20:45  
Digərləri “Ordu günü” iddiası: Nikol yox, Köçəryan olsaydı…

Ermənistanda bu gün qeyd edilən ordu günündə müxalifət təmsilçiləri &

arrow Ətraflı
Mütəxəssislər Marsda göllərin izlərini aşkar edib like
  • 28 Yan 20:30  
Dünya Mütəxəssislər Marsda göllərin izlərini aşkar edib

NASA-nın Perseverance roveri Jezero kraterində nəhəng hovuzu dolduran suyun

arrow Ətraflı
Qurudan ən uzaqda yerləşən ərazi like
  • 28 Yan 20:25  
Digərləri Qurudan ən uzaqda yerləşən ərazi

Sakit okeanda yerləşən Nemo nöqtəsi 1992-ci ildə Hrvoye Lukatela tərəfin

arrow Ətraflı
Nə üçün çörəyi ortadan kəsmək lazımdır? like
  • 28 Yan 20:20  
Digərləri Nə üçün çörəyi ortadan kəsmək lazımdır?

Bir çox insanlar çörəyi yuxarıdan kəsməyə və sonra yavaş-yavaş ortas�

arrow Ətraflı
Kosmonavtları ROBOT əməliyyat edəcək like
  • 28 Yan 20:15  
Digərləri Kosmonavtları ROBOT əməliyyat edəcək

Amerikalı tibbi texnologiya istehsalçısı Virtual Incision uzaqdan əməliyya

arrow Ətraflı
KİV: ABŞ İsrailə silah tədarükünü dayandıra bilər like
  • 28 Yan 20:10  
Dünya KİV: ABŞ İsrailə silah tədarükünü dayandıra bilər

ABŞ prezidenti Cozef Baydenin administrasiyası İsrailə silah satışını l�

arrow Ətraflı
“WhatsApp” yazışmalarınız başqaları tərəfindən oxuna bilər like
  • 28 Yan 20:07  
Digərləri “WhatsApp” yazışmalarınız başqaları tərəfindən oxuna bilər

"WhatsApp" hesabının sındırıldığını dəqiq müəyyən etmək

arrow Ətraflı