Paşinyanın canfəşanlığı: bacaracaqmı? Markedonov
Dünya 26 Yan 2024 23:20:00 292 0
"Ermənistan Respublikasına yeni Konstitusiya lazımdır. Konstitusiya dəyişikliyi yox, yeni Konstitusiya". Paşinyan bu tezisi Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə onlara ünvanlayıb. Bu bəyanat açıq şəkildə korporativ görüş çərçivəsindən kənara çıxır. Dövlətin əsas qanunu təkcə peşəkar hüquqşünaslara və hüquq-mühafizə orqanlarının əməkdaşlarına deyil, həm də bütün ölkə vətəndaşlarına aiddir.
Bu xəbəri də oxu: Təyyarənin şassi hissəsindən 2 meyit aşkarlandı
Son.az axar.az-a istinadən bildirir ki, bunu ermənipərəst rusiyalı politoloq Sergey Markedonov deyib
"Paşinyan ilk dəfə deyil ki, Konstitusiyaya dəyişiklik edilməsinin zəruriliyindən danışır. O, 2018-ci ildə çətinliklə Baş nazir postunu tutaraq bu məsələni dəfələrlə qaldırıb və çoxistiqamətli siqnallar göndərib. Nikol həm prezidentə real səlahiyyətlərin qaytarılmasından, həm də parlament respublikasının qorunub saxlanmasından bəhs edib. Bu ilin yanvarında parlamentarizmin lehinə çıxış edən Nikol onun demokratik istək və strategiyasını nəzərə alaraq, bu idarəetmə formasını Ermənistan üçün ən əlverişlisi adlandırdı. Niyə "burada və indi" Konstitusiya mövzusu Ermənistan hökumətinin başçısı üçün bu qədər vacib oldu? Bunun bir neçə səbəbi var.
Paşinyan "köhnələrin" tərtib etdiyi qaydalar üzrə fəaliyyət göstərməsindən narahatdır. Bəli, o, bu qaydalardan bir-iki dəfə yararlanıb. Amma indiki formada Ermənistanın hökumət modeli Serj Sərkisyanın prezidentliyi dövründə təsdiqlənib. Ermənistanın üçüncü prezidenti onun yeniliklərindən faydalana bilmədi. Paşinyan təkcə simvollarla deyil, həm də praqmatizmlə maraqlanır. Ermənistan hazırda "seçki fasiləsi" dövrünü yaşayır. Hakimiyyətin Qarabağla bağlı qərarlar kompleksi, ağır sosial-iqtisadi vəziyyət və bir siyasi qüvvənin hökmranlığından "banal" yorğunluq ümumilikdə onlara, xüsusən də Paşinyan üçün xeyli çətinliklər yaradır. Növbəti parlament seçkisinin 2026-cı ildə keçirilməsi planlaşdırılır. Heç kim təminat verməyəcək ki, Paşinyan onlara optimal formada yanaşacaq. Ötən il bələdiyyə seçkisi hakimiyyət üçün çətin imtahana çevrildi. Yeni Konstitusiyanın qəbulu, hətta orada bir neçə bəndə düzəliş edilsə belə, mövcud seçki cədvəlini dəyişməyə imkan verəcək. Bu, reytinqlərin mümkün düşməsi, etiraz əhval-ruhiyyəsinin yüksəlməsi və ya digər xoşagəlməz reallıqları gözləmədən seçkini sürətləndirəcək. Ermənistan vətəndaşları dəfələrlə Paşinyanın fövqəladə vəziyyətlərdə öz tərəfdarlarını necə toplayıb səfərbər etməsinin şahidi olublar. Paşinyan ilk dəfə deyil ki, Konstitusiya dəyişiklikləri mövzusunu qaldırır. Onun sözdən hərəkətə keçməyə hazır olub-olmadığını isə zaman göstərəcək", - o bildirib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Kim Çen İnin daha aqressiv bəyanatları fonunda Şimali Koreya yaxın a
Ermənistan etimad tədbiri kimi sərəncamında olan bütün minalanmış xəri
Ermənistan parlamentinin sədri Alen Simonyanın ailəsi avtomobil qəzasına d
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva yeni fotolarını sos
Kembric hersoqinyası Keyt Middltonun qarın boşluğunda keçirdiyi əməliyyat
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı qərar
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti tərəfindən 22 dekab
Bakıda 25 min manat pul qeyri-aşkar şəraitdə oğurlanıb.
Bu gün saat 21:00 radələrində sahildən 30 km aralı, Xəzər dənizinin Bul
Dəm qazından zəhərlənmə hadisələrinin 95 faizi nöqsanlar səbəbindən
Böyük Britaniya kralı III Çarlz xəstəxanaya yerləşdirilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyas
Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşının cinayət işi �
Kişi sağlamlığı üçün vacib vitamin D vitaminidir.
Astarada ana və qızı bədbəxt hadisə nəticəsində ölüb.