Auditorlar Palatasının 3 vəzifəli şəxsi 717 minlik mənimsəmədə ittiham olunur


Digərləri 26 Yan 2024 22:30:00 178 0

Auditorlar Palatasının 3 vəzifəli şəxsi 717 minlik mənimsəmədə ittiham olunur

Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşının cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda ittiham aktı elan olunub.

İttiham aktında deyilir ki, 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, siğorta ödənişləri, vergi ödənişləri, mal-materialların siyahıllaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ödəniş cədvəllərində, illik hesabatlarda öz qohumları adına onların xəbəri olmadan "Azərbaycan Beynəlxalq Bankı"nda kart hesabı açılıb və həmin karta pul köçürülmələri edilib.

Daha sonra həmin kartlara köçürülən ümumilikdə 717 min 311 manat məbləğ nağdlaşdırma yolu ilə mənimsənilib.

İttiham aktına münasibət bildirən təqsirləndirilənlər - Fəridə Novruzova və Gövhər Əhmədova ittiham edildikləri maddələr üzrə özlərini qismən təqsirli biliblər.

Digər təqsirləndirilən Vəli Rəhimov isə bu maddələr üzrə özünü təqsirli bilməyib. O, sadəcə, öz işində ciddi səhlənkarlığa yol verdiyini bildirib.

Təqsirləndirilən Gövhər Əhmədova çıxışı zamanı öz vəzifəsinə ciddi yanaşmadığını və bu iş üzrə əmrləri Vəli Rəhimovdan aldığını deyib.

Təqsirləndirilən Fəridə Novruzova ehtiyacı olduğu üçün bunu etdiyini və bu barədə Gövhər Əhmədovaya dediyini bildirib. Daha sonra təqsirləndirilən Vəli Rəhimovun vəkili vəsatətlə çıxış edib. O, ittiham aktında mənimsənilən pulun hansı bankların bankomatlarından, hansı saatda, hansı ünvanda, kim tərəfindən çıxarıldığının əks olunmadığını və bu barədə banka müraciət edilməsi barədə vəsatətlə çıxış edib.

Təqsirləndirilən Gövhər Əhmədova vəsatətlə bağlı hakimin kartlara məbləğlərin necə yüklənməsi barədə ünvanladığı sualı cavablandırıb. O, övladlarının adına olan kartlara məbləğlərin internet üzərindən köçürüldüyünü deyib.

Məhkəmə vəsatəti təmin edib.

Prosesi fevralın 23-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzovadır. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Kişilər üçün 3 ən vacib vitamin açıqlandı like
  • 26 Yan 22:25  
Digərləri Kişilər üçün 3 ən vacib vitamin açıqlandı

Kişi sağlamlığı üçün vacib vitamin D vitaminidir.

arrow Ətraflı
Astarada ana və qızı dəm qazından boğularaq ölüb like
  • 26 Yan 22:23  
Digərləri Astarada ana və qızı dəm qazından boğularaq ölüb

Astarada ana və qızı bədbəxt hadisə nəticəsində ölüb.

arrow Ətraflı
Sahibə Qafarova parlament sədrlərinə məktub ünvanladı like
  • 26 Yan 22:12  
Digərləri Sahibə Qafarova parlament sədrlərinə məktub ünvanladı

Yanvarın 26-da Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Avropa Şura

arrow Ətraflı
Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var like
  • 26 Yan 22:10  
Digərləri Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

Şəmkir rayonunun Düyərli kəndində yol-nəqliyyat hadisəsi zamanı 3 nəf�

arrow Ətraflı
Füzulinin 530 illiyi Özbəkistanda da qeyd olunacaq like
  • 26 Yan 22:03  
Digərləri Füzulinin 530 illiyi Özbəkistanda da qeyd olunacaq

Məhəmməd Füzulinin 530 illik yubileyi Özbəkistanda da qeyd olunacaq.

arrow Ətraflı
Stəkanı 20 manata olan eşşək südü qızılcanın dərmanıdır? – like
  • 26 Yan 21:56  
Digərləri Stəkanı 20 manata olan eşşək südü qızılcanın dərmanıdır? –

Stəkanı 20 manata satılan, qədimdən nənələrin öskürək dərmanı eşş

arrow Ətraflı
Sumqayıtda evdən 61 yaşlı kişinin meyiti tapıldı like
  • 26 Yan 21:53  
Digərləri Sumqayıtda evdən 61 yaşlı kişinin meyiti tapıldı

Sumqayıt şəhərində evdən 61 yaşlı kişinin meyiti tapılıb.

arrow Ətraflı
Ermənilərin separatçı keşişi Hakob öldü like
  • 26 Yan 21:49  
Digərləri Ermənilərin separatçı keşişi Hakob öldü

Qarabağ ermənilərinin separatçı keşişi Ata Hakob -Karen Apesiyan ölüb.

arrow Ətraflı
Hikmət Hacıyev Fəxrədddin Altuna təşəkkür edib like
  • 26 Yan 21:38  
Digərləri Hikmət Hacıyev Fəxrədddin Altuna təşəkkür edib

"Dəyərli və əziz Qardaşım, daim Azərbaycana verdiyiniz dəstəyiniz�

arrow Ətraflı
“Cənab Şvabe, “qaçqın” erməniləri Qarabağdan çıxmağa Azərbaycan məcbur etməyib” like
  • 26 Yan 21:30  
Digərləri “Cənab Şvabe, “qaçqın” erməniləri Qarabağdan çıxmağa Azərbaycan məcbur etməyib”

Heç kimə sirr deyil ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) daxil

arrow Ətraflı
25 yaşlı qızın ölüm səbəbi like
  • 26 Yan 21:21  
Digərləri 25 yaşlı qızın ölüm səbəbi

25 yaşlı qız yediyi şirniyyat səbəbindən ölüb.

arrow Ətraflı
Qaribaşvili: AzərbaycanErmənistan dialoquna böyük nikbinliklə baxırıq like
  • 26 Yan 21:11  
Dünya Qaribaşvili: AzərbaycanErmənistan dialoquna böyük nikbinliklə baxırıq

Gürcüstan Ermənistan və Azərbaycan arasında sülhə töhfə verməyə haz�

arrow Ətraflı
Azərbaycanda qəbiristanlıqda silahlı İNSİDENT like
  • 26 Yan 21:06  
Digərləri Azərbaycanda qəbiristanlıqda silahlı İNSİDENT

Tovuz rayonu Rəhimli kəndində yerləşən qəbiristanlıqda silahlı insident

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxsin 14 yaşlı qızı vəfat etdi  FOTO like
  • 26 Yan 20:57  
Digərləri Azərbaycanda vəzifəli şəxsin 14 yaşlı qızı vəfat etdi FOTO

Sumqayıtda vəzifəli şəxsin yeniyetmə qızı vəfat edib.

arrow Ətraflı
Paşinyandan sülh müqaviləsi ilə bağlı like
  • 26 Yan 18:28  
Digərləri Paşinyandan sülh müqaviləsi ilə bağlı

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionda

arrow Ətraflı