Hikmət Hacıyev Mövlud Çavuşoğluna təşəkkür edib
Digərləri 26 Yan 2024 22:33:00 315 0
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya ölkəmizə haqsızlığa qarşı qəti və birmənalı mövqe göstərdiklərinə görə təşəkkür edib.
Bu xəbəri də oxu: Qızılın içərisindən qum tökülür
Son.az Hikmət Hacıyevin bununla bağlı X sosial şəbəkə hesabındakı paylaşımını təqdim edir:
"Dəyərli Mövlud bəy, PACE-də (AŞPA - red.) Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə".
Qeyd edək ki, Mövlud Çavuşoğlu AŞPA-da ölkəmizə haqsızlığa qarşı qəti və birmənalı mövqe göstərib. AŞPA-nın Azərbaycana qarşı qərarının qeyri-obyektiv və qeyri-konstruktiv olduğunu bildirən Mövlud Çavuşoğlu yazıb: "Mən çox təəssüf edirəm ki, AŞPA Azərbaycan nümayəndə heyətinin üzvlərinin etimadnaməsini təsdiq etməyib. Bu, həqiqətən də, AŞPA-nın reputasiyasına ağır zərbədir.
Ümid edirəm ki, Avropa Şurasının təsis prinsiplərinə əsaslanan əməkdaşlıq və dialoqa üstünlük verməyən, regionda sülh və sabitliyə xidmət etməyən bu qərar ləğv ediləcək. AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşının cinayət işi �
Kişi sağlamlığı üçün vacib vitamin D vitaminidir.
Astarada ana və qızı bədbəxt hadisə nəticəsində ölüb.
Yanvarın 26-da Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Avropa Şura
Şəmkir rayonunun Düyərli kəndində yol-nəqliyyat hadisəsi zamanı 3 nəf�
Məhəmməd Füzulinin 530 illik yubileyi Özbəkistanda da qeyd olunacaq.
Stəkanı 20 manata satılan, qədimdən nənələrin öskürək dərmanı eşş
Sumqayıt şəhərində evdən 61 yaşlı kişinin meyiti tapılıb.
Qarabağ ermənilərinin separatçı keşişi Ata Hakob -Karen Apesiyan ölüb.
"Dəyərli və əziz Qardaşım, daim Azərbaycana verdiyiniz dəstəyiniz�
Heç kimə sirr deyil ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) daxil
Gürcüstan Ermənistan və Azərbaycan arasında sülhə töhfə verməyə haz�
Tovuz rayonu Rəhimli kəndində yerləşən qəbiristanlıqda silahlı insident
Sumqayıtda vəzifəli şəxsin yeniyetmə qızı vəfat edib.