Dövlət Xidməti "Whatsapp+"la bağlı məsələyə aydınlıq gətidi
Digərləri 26 Yan 2024 14:48:00 210 0
Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində vətəndaşların üzləşdiyi maliyyə itkisinin və cihazlarının zərərverici proqramlarla yoluxmasının əsas səbəbinin "WhatsApp+" və bunun kimi rəsmi müəllifi tərəfindən yayımlanmayan, eləcə də etibarlı mənbələrdən yüklənilməyən tətbiqlər nəticəsində baş verdiyi müəyyən olunub.
Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən cavab olaraq bildirilib.
Dövlət xidmətindən verilən məlumatda qeyd olunub ki, kiberdələduzlar belə tətbiqlər vasitəsilə vətəndaşların fərdi məlumatlarını oğurlamaq və cihazlarından növbəti kiberhücumları həyata keçirmək məqsədilə istifadə edir.
"Elektron Təhlükəsizlik Xidməti vətəndaşları bu kimi hallara qarşı diqqətlə yanaşmağa çağırır. ETX vətəndaşlara cihazlarına tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyi, tətbiqləri yükləyərkən onlara verilən icazələri mütləq qaydada nəzərdən keçirməyi tövsiyə edir", - deyə qeyd olunub.
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə "Whatsapp+" istifadəçilərinin bank hesablarının ələ keçirilməsi kimi məlumatlar yayılıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
"Yaponiya hökuməti beynəlxalq təhlükəsizlik sahəsində yaranmış ç
Sosial proqramlara ekspert kimi qatılan aktrisa Nəzakət Məmmədova ona elçi
Rusiyanın keçmiş prezidenti Boris Yeltsin 1994-cü il yanvarın 14-də Novo-O
"ATV" telekanalında yayımlanan "Bizimləsən" proqramını
Xəbər verdiyimiz kimi, ADA-nın tələbəsi, 2002-ci il təvəllüdlü Sərxa
Lətifə Soyuöz də xaker hücumlarına məruz qalan sənətçilər sırasına
Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib.
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfə
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq&qu
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Azərbaycan Milli Konservatoriyasın
2023-cü ildə 58 şəxs mina və hərbi sursat partlayışlarının qurbanı ol
"Yeşilçam" filmlərində mənfi obraz kimi məşhur aktyor Hikmet Ta
"Xına məclislərini əldə tutmaq da bir naxışdır. Bunu bacarmışam.