"İmarət" Kompleksi Azərbaycanın kollektiv yaddaşı üçün çox vacibdir
Digərləri 17 Yan 2024 14:36:00 327 0
Ağdamda yerləşən "İmarət" Kompleksi Azərbaycanın kollektiv yaddaşı üçün çox vacibdir.
Bu xəbəri də oxu: Bu şəxsi görənlər dərhal POLİSİ YIĞSIN FOTO
Son.az Trend-ə istinadən bildirir ki, bunu bərpa və müharibədən sonrakı beynəlxalq ssenarilər üzrə ekspert Alessandro Bianki Ağdamda yerləşən "İmarət" kompleksinin restavrasiyası üzrə işlərlə tanışlıq zamanı deyib.
"Ermənilər işğaldan sonra buradan heyvanlar, o cümlədən donuzlar, inəklər və s. üçün tövlə kimi istifadə edib və bütün məzarlıqları xaraba qoyublar. Azərbaycan əraziləri işğaldan azad olunandan qısa müddət sonra biz buraya gələndə abidənin dağıdıldığını, təhqir olunduğunu və təyinatı üzrə istifadə olunmadığını aşkarladıq. İndi isə məsələ Azərbaycanın kollektiv yaddaşı üçün çox mühüm olan bu kompleksi necə bərpa etməkdən ibarətdir", - deyə o bildirib.
Onun sözlərinə görə, "İmarət" Kompleksinin restavrasiyası üzrə işlər iki əsas hissəyə ayrılıb.
"Birincə hissəyə restavrasiyadan, yəni binanın fiziki bərpasından ibarətdir. Kompleks iki əsas binadan və beş mavzoleydən ibarətdir. İşlərin ikinci hissəsi tamamilə dağıdılmış məzarlığın bərpasından ibarətdir", - o deyib.
Bianki işğal müddətində əksər qəbirüstü daşların yerinin dəyişdirildiyini və qəbirlərin yerləşməsinə dair məlumatın itdiyini qeyd edib.
Qeyd edək ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də işğalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.
Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi "İmarət" Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Kompleksin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Naxçıvanda 8 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Dünyanın ən zərərli qidası insanın orqanlarını çürüdə bilər.
Qeydə alınmış prezidentliyə namizədlərin siyahısının dərc edilməsi �
Göygöl rayonunun Üçtəpə kəndində uzun müddət elektrik təsərrüfatın
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz komandoları Türkiyədə keçi
Ali Məhkəmədə dələduzluq, dələduzluğa cəhd və rüşvətə təhrik etm
Yaponiyanın İşikava prefekturasının Noto bölgəsində baş verən zəlzəl
Bakının Səbail rayonunda güllələnmə hadisəsi baş verib.
Növbədənkənar prezident seçkilərində "exit-poll" keçirmək niy
Məşhur aktrisa Suki Uoterhaus dekoltesi ilə "Emmi" mükafatlandırm
Amerika xalqı növbəti prezidenti seçmək üçün noyabrda seçkiyə gedəcə
Bakıda "Şamaxinka" körpüsü qəzalı vəziyyətdədir.
Ötən həftəsonu Azərbaycana qar yağdı. Beləliklə, bu qış mövsümünd�
ABŞ büdcə vəsaiti olmadığına görə Ukraynaya yeni silah tədarükü haz�
Naxçıvanda vətəndaşların məlumatlarından qeyri-qanuni şəkildə istifad