Əliyev İrəvanın qaytarılması xəritəsini irəli sürür 3 variant
Siyasət 11 Yan 2024 21:05:00 337 0
Prezident İlham Əliyevin 10 yanvarda yerli telekanallara müsahibəsində sərhədin delimitasiyası ilə bağlı dedikləri İrəvanın irəli sürdüyü "güzgü prinsipi"nin və 1970-ci illərin xəritələrinin əsas götürülməsi istəyinin Azərbaycan tərəfindən rədd edildiyini təsdiqlədi.
Son.az axar.az-a istinadən xəbər verir ki, Rəsmi Bakı delimitasiya ilə bağlı üç variant irəli sürür:
Birincisi, siyasi metodologiyaya əsaslanır;
Bu, Xalq Cümhuriyyəti dövründə Ermənistana verilən İrəvan da daxil olmaqla bütün Qərbi Azərbaycanın qaytarılmasını aktuallaşdırır. Əliyev bu variantda AXC və sovetləşmə dövrünün xəritələrini irəli sürür.
İkincisi, xronologiyaya əsaslanır;
Bura SSRİ-nin qurulmasından sonrakı xəritələr daxildir və delimitasiya bu xəritələr əsasında aparılarsa, otlaq və əkin sahəsi adı altında Ermənistana bağışlanan ərazilər qaytarılmalıdır. Açıq mənbələrdə Ermənistana bağışlanan ərazilər haqda məlumatlar mövcuddur.
1926-cı ildən 1929-cu ilə qədər Azərbaycanın Qazax qəzasının 82 min hektara qədər əkin, 86 min hektara qədər otlaq sahəsi Ermənistana verilib, bununla Qazax qəzasının əhalisi yaylaqlarının 50 faizini itirib. 1929-cu ildə Qazaxın sahəsi 4 min hektardan çox olan Şınıx-Ayrım meşələri ermənilərə "bağışlanıb". Həmin il Cəbrayıl qəzasının Nüvədi, Eynadzor və Tuğ kəndləri də Ermənistan SSR-yə birləşdirilib.
1929-cu ilin fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qanunsuz qərarı ilə Naxçıvanın 5988 kvdratkilometr ərazisi Ermənistan SSR-yə birləşdirilib. Bura Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxaç, Almalı, İtqıran kəndləri, Ordubad dairəsinin Qərçivan sovetliyinə aid olan Mehri, Buğaker yaşayış məntəqələri, həmçinin Kilit kəndinin əkin və otlaq sahələri daxildir.
1930-cu ildə Naxçıvanın Əldərə, Lehvaz, Astaruz yaşayış məntəqələri Ermənistan SSR-yə birləşdirilib və bir il öncə verilmiş Qərçivan sovetliyinə aid olan Mehri, Buğaker yaşayış məntəqələrinin də daxil olduğu Mehri rayonu yaradılıb. 1938-ci ildə isə Sədərəyin və Kərki kəndinin bir hissəsi də ermənilərə bağışlanıb.
1969-cu ildə SSRİ rəhbərliyinin qərarı ilə Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Ermənistana birləşdirilib.
Azərbaycan SSRİ-nin ilk xəritələrini gündəmə gətirməklə qanunsuz olaraq ermənilərə bağışlanan əraziləri tələb edir.
Üçüncüsü, xəritə məsələsi gündəmdən çıxarılır;
Əliyev bildirdi ki, bu variantda ekspert qrupları yaradılır və qrup sərhədi qarış-qarış müəyyən edir. Ekspert qrupunun işi demarkasiya prosesini həyata keçirmək ola bilər, lakin buna qədər delimitasiya aparılmalı - sərhəd xətlərinin haradan keçdiyi kağız üzərində razılaşdırılmalıdır. Bu variantda Azərbaycan, Prezidentin də dediyi kimi, 44 günlük müharibədən sonra çıxdığı sərhəd xəttindən geri çəkilməyəcək.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Təyyarə havada olarkən sancısı tutan qadın uşaq dünyaya gətirib. Hadis�
Müharibə göstərdi ki, Ukrayna NATO-ya üzvlüyə tam hazırdır.
Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, ölkəsinin həm Rusiya təcavüz
Teleaparıcı Zaur Nəbioğlu növbəti açıqlaması ilə gündəmə gəlib.
Oğuz rayonunda qohumunun 9 və 10 yaşlı iki qızına qarşı seksual xarakter
Naxçıvanda dəm qazından zəhərlənən 17 yaşlı oğlan ölüb.
Bir neçə gün öncə Ermənistan ordusunun Basarkeçərdə yerləşən mövqel
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində yeni nüanslara to
Həyat uğur və uğursuzluqların növbələşməsidir. Hər şey həmişə bir
Elm və təhsil sahəsinə dair müraciətlərin ünvanlanması və cavabların
Azərbaycanın Əməkdar artisti Aygün Bəylər (Hümmətova) 3 gün öncə də
Ermənistanda Qarabağdan könüllü köçən ermənilər üçün yeni proqram t
Biz Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasının
"İnsanlar həyatın hər sahəsində olduğu kimi münasibətlərdə də a
"Başqa insanların həyat tərzinə, geyiminə, şəxsi həyatına burnunu