Neandertal insanın genlərini daşıyırsınız?
Digərləri 09 Yan 2024 23:47:00 260 0
Genetika mühəndisi Şebnem Ünlüişler 40 min il əvvəl nəsli kəsilmiş Neandertal insan növünün genlərini daşıyıb-daşımadığımıza dair 6 göstəricinin olduğunu açıqlayıb.
Bu xəbəri də oxu: 18 yaşlı qız itkin düşdü
Son.az lent.az-a istinadən xəbər verir ki, mağara adamı olaraq da adlandırılan Neandertal insan növünün 40 min il əvvəl nəsli kəsildiyi bildirilir.
İndiki müasir insanların (Homo sapiens) əcdadlarının 60 min il əvvəl Afrikadan Asiyaya, oradan da dünyaya yayıldığı elm adamları tərəfindən qəbul edilir.
Homo sapiens və Neandertalların "cütləşdiyi" və beləliklə də Neandertal DNT-sinin 2 faizinin bugünkü insanlarına çatdığı düşünülür.
İngiltərədə çalışan tədqiqatçı və gen mühəndisi Şebnem Ünlüişler Neandertal genini daşıyan 6 göstəricinin olduğunu açıqlayıb. Londonda çıxan "Daily Mail" qəzetinə danışan Ünlüişler deyib: "Neandertal DNT-si müasir insan genomunun yalnız kiçik bir hissəsini təmsil edir və bu təsirlər hər bir insanı unikal edən genetik tapmacanın yalnız bir parçasıdır".
Neandertal DNT-yə sahib ola biləcəyinizin 6 əlaməti bunlardır:
1. Asılılıq
Neandertal DNT-si insanların nikotin asılılığı riskini əhəmiyyətli dərəcədə artırır. Neandertal DNT-yə malik adamlar depressiya, psixiatrik və nevroloji təsirlərlərə daha çox məruz qalırlar.
2. Qalın düz saçlar
Neandertal DNT-si qalın, düz saçlı insanlarda daha çox tapıla bilər. Qırmızı saçla əlaqəli genetik variant da Neandertallarda yüksək idi.
3. Erkən qalxmaq
Qədim insanlardan, o cümlədən Neandertallardan ötürülən genlər erkən yuxudan durmağı "əmr edir".
4. Uzun burun
London Universitet Kollecinin araşdırması 'uzun' burunların neandertal genetik materialından miras ola biləcəyini ortaya qoyub.
5. COVID riski
Neandertal genini daşıyanların ağciyər problemləri də daxil olmaqla COVID-19-a yoluxma riskinin daha yüksək olduğu bildirilib.
6. Çətin qaralma
Əgər günəşə baxmayaraq qaralmaqda çətinlik çəkirsinizsə, bu geni daşımış ola bilərsiniz.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui
Ötən həftə HƏMAS-ın yüksək rütbəli lideri Saleh əl-Aruri öldürülü
Türkiyənin tanınmış ifaçısı Umut Akyürek gözəlləşmək üçün bı
Londonda keçmiş polis məmuru, 64 yaşlı Norman Brennan oğrunu yaxalamaq cə
Çəkilmiş balıq adətən bir-birinə yaxşı yapışmır və tavada asanlıql
Kişi bir məclisdəki bir qərarın həyat yoldaşını, evini və işini itirm
Şirvan şəhəri yaxınlığında neft quyusunda dəlmə işləri aparılan zam
Çində dünyanın ən hündür tərəvəz ferması açılıb. Ferma 20 mərtəb
Yaşıl çayı pəhrizinizə daxil etmək hipertoniya riskini azaldır və yüks
İndoneziyada polis kəsim məntəqəsinə aparılan 226 iti daşıyan yük maş
"Qızıl Qlobus" mükafatına namizəd olan Taylor Svift mərasimin ap
Bakının Baş Planının təsdiq edilməsi sənədsiz evlərin sənədləşməs
Yeni il üçün qadınlara kürk və brilyant hədiyyə etmək lazımdır.
Qərb ölkələri bir neçə il Ukraynaya dəstək verməyə hazırdır.
Cənubi Koreya parlamenti ölkədə it əti ticarətini qadağan edib.