Rusiya bu addımı müsbət qiymətləndirir Zaxarova
Digərləri 18 Sen 2023 18:15:00 401 0
Rusiya Laçın yolu ilə Ağdam-Xankəndi marşrutunun eyni vaxtda açılmasını müsbət qiymətləndirib.
Bu xəbəri də oxu: Qızıl almaq istəyənlər üçün FÜRSƏT
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova özünün "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, ərzaq yüklərinin maneəsiz və mütəmadi keçidini təmin etmək lazımdır.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bakı ilə Qarabağın erməni azlığının nümayəndələri arasında dialoqun başlayacağına, eləcə də 2020-2022-ci illər ərzində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair yüksək səviyyədə üçtərəfli razılaşmaların bərpa olunacağına ümid etdiyini bildirib.
"Cənubi Qafqazda sülhün və sabitliyin dəstəklənməsində bütünlüklə maraqlıyıq", - o yazıb.
Qeyd edək ki, Qarabağa yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadə edilməsi barədə razılıq əldə olunub.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında yüklərin Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolu vasitəsilə də çatdırılması razılaşdırılıb.
Yüklər Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları ilə daşınacaq. Beləliklə, BQXK bu gün həm Laçın-Xankəndi, həm də Ağdam-Xankəndi yollarından istifadə etməklə Qarabağda yaşayan erməniəsilli sakinlərə yük daşıyacaq.
Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşınları Ağdam-Xankəndi yolu ilə paralel, "Laçın" sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçib. "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçən yük maşınlarında yoxlama aparıldıqdan sonra onların sərbəst keçidi təmin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbərini öldürməyə c�
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Tesla" şirkətinin ba�
10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbayca
Prezident İlham Əliyevin 15 avqust 2023-cü il tarixli Fərmanı ilə "D�
Azərbaycan qarşı tərəfin israrla davam etdirdiyi təxribatçı addımlarla
İtkin düşmüş şəxslər problemi barışıq prosesi yolunda əsas maneə ol
Ötən il vəfat edən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalis
18 sentyabr 2023-cü il tarixində, Azərbaycan Respublikası Prezidentinin köm
"Emmy" mükafatçısı akyor Billi Miller 43 yaşında vəfat edib.
Ermənistan və qondarma rejim Azərbaycanın bütün təkliflərini rədd edir.
Bakı-Qazax avtomobil yolunun 114-cü kilometrliyi, Hacıqabul rayonunda yol-nə
"Mən Azərbaycan hökumətinə itkin düşmüş şəxslərin tapılması i
Bakıya səfər edən Şanxay Əməkdaşlıq Təşkilatının Qonşuluq, Dostluq
Son illər həm regionda, həm də qlobal arenada çox şey dəyişib. Azərbayc
"Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayıl