Separatçılar geri çəkildi, Bakının gündəmi isə dəyişmir VİDEO


Digərləri 18 Sen 2023 14:30:00 249 0

Separatçılar geri çəkildi, Bakının gündəmi isə dəyişmir  VİDEO

Qarabağdakı separatçılar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobilləri vasitəsilə yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel şəkildə qəbul edilməsinə razılaşıb.

Son.az axar.az-a istinadən bildirir ki, bu, Ağdam yolundan Rusiya yükünün keçməsindən sonra irəliyə doğru növbəti addım hesab edilə bilər. Lakin açıq qalan sual var:

- BQXK Laçın yolundan Ermənistandan gələn yükləri keçirəcək, bəs Ağdam-Xankəndi yolundan daşıyacağı yüklər Azərbaycan yükləri olacaqmı?

Rəsmi məlumatlarda bu məsələ qeyd olunmur, hərçənd, Rusiyadan gələn yüklər sülhməramlılar tərəfindən aparılıb və əgər BQXK da təkcə rusların yükünü daşıyacaqsa, o zaman komitənin Ağdam-Xankəndi yolunda fəaliyyəti sual altına düşür. Bu baxımdan, beynəlxalq komitənin Ağdam-Xankəndi yolundan Azərbaycan yüklərini Xankəndiyə aparacağı fikrini irəli sürmək, yaxud qarşıdakı günlərdə bunun baş verəcəyini demək mümkündür.

BQXK-nın hər iki yoldan yük daşınmasını həyata keçirməsinin əhəmiyyətli tərəfləri var:

Birincisi, Ağdam-Xankəndi marşrutundan təkcə Rusiyanın keçidi Qərb dairələrinə bu yolun legitimliyinə şübhə etmək imkanı verirdi, indi BQXK-nın prosesə qoşulması Bakının istədiyi marşrutun beynəlxalq müstəvidə qəbul edilməsi deməkdir;

İkincisi, BQXK Laçın yolundan daşımaları Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirəcək: sərhəd qaydalarına əməl ediləcək, gömrük rüsumu ödəniləcək - XİN-in açıqlamasında qaydalar yenidən vurğulanıb; bu, ilk növbədə Laçın yolu ilə bağlı iddiaları-planları sıradan çıxarır, eyni zamanda, növbəti mərhələdə Ağdam-Xankəndi yolunun daşımalarda daha səmərəli olacağı reallığı yaranacaq və əsas marşrut bu yol olacaq;

Üçüncüsü, BQXK-nın Xankəndiyə Ağdamdan daxil olması bu təşkilatın İrəvandakı ofisinin Azərbaycan ərazisinə müdaxiləsini aradan qalxması perspektivini də önə çıxarır: komitənin Xankəndidəki nümayəndəliyi hələ də Ermənistandakı ofisə tabedir və bu, həm beynəlxalq hüquqa, həm də Azərbaycan qanunlarına ziddir; gözləniləndir ki, komitənin Ağdam marşrutundan istifadəyə başlamasından sonra Xankəndidə nümayəndəliyin fəaliyyətinin Bakıdakı ofis tərəfindən yönləndirilməsi aktuallaşacaq; bu, erməni əhalisinin reinteqrasiyası prosesinin tərkib hissəsi olmalıdır.

Separatçların geri çəkilməsi Bakını Xankəndi hədəfinə doğru daha da yaxınlaşdırır. Lakin bu geriçəkilmə separatçı qurumun ləğv edilməsi, erməni silahlı dəstələrin ərazimizdən çıxarılması və tərki-silah edilməsi gündəliyini dəyişdirmir.

XƏBƏRDARLIQ! Binalarda yerləşən klinikalar RADİASİYA VERƏ BİLƏR  VİDEO like
  • 18 Sen 14:20  
Digərləri XƏBƏRDARLIQ! Binalarda yerləşən klinikalar RADİASİYA VERƏ BİLƏR VİDEO

Azərbaycanda radiasiya yayan qurğulara nəzarət məsələsi gündəmə gəlib

arrow Ətraflı
Azad edilmiş ərazilərdə 508 nəfərə aid meyit qalıqları tapılıb  Xanlar Vəliyev like
  • 18 Sen 14:18  
Siyasət Azad edilmiş ərazilərdə 508 nəfərə aid meyit qalıqları tapılıb Xanlar Vəliyev

Ermənistan tərəfindən 3890 nəfər itkindən sadəcə 120 nəfər şəxsin m

arrow Ətraflı
Ərdoğanın Maska sualı maraq doğurdu  "Arvadın haradadır?" like
  • 18 Sen 14:09  
Dünya Ərdoğanın Maska sualı maraq doğurdu "Arvadın haradadır?"

Xəbər verdiyimiz kimi ABŞ-da səfərdə olan Türkiyə prezidenti Rəcəb Tay

arrow Ətraflı
Təyyarələr toqquşdu: Pilotlar həlak oldu  VİDEO like
  • 18 Sen 13:58  
Dünya Təyyarələr toqquşdu: Pilotlar həlak oldu VİDEO

ABŞ-ın Nevada ştatında iki təyyarənin toqquşması nəticəsində pilotlar

arrow Ətraflı
Ümidvarıq ki, Azərbaycan Tehrandakı səfirliyin fəaliyyətini bərpa edəcək  İran XİN like
  • 18 Sen 13:57  
Siyasət Ümidvarıq ki, Azərbaycan Tehrandakı səfirliyin fəaliyyətini bərpa edəcək İran XİN

İran Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcəyin�

arrow Ətraflı
Hədəfə aparan yol açıldı  Separatçılar like
  • 18 Sen 13:50  
Siyasət Hədəfə aparan yol açıldı Separatçılar

Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 1 yük, 2 minik maşını a

arrow Ətraflı
Bədəninin çürüdüyünü deyən Leyla yenidən əməliyyat olunur like
  • 18 Sen 13:47  
Şou-biznes Bədəninin çürüdüyünü deyən Leyla yenidən əməliyyat olunur

Plastik əməliyyatlar nəticəsində ağır fəsadlarla qarşılaşan azərbayc

arrow Ətraflı
Ermənistan əsir və girovlar barədə bizə heç bir məlumat vermir like
  • 18 Sen 13:44  
Digərləri Ermənistan əsir və girovlar barədə bizə heç bir məlumat vermir

Biz güman edirik ki, müharibə zamanı əsir və girov götürülən şəxslə

arrow Ətraflı
COVİDin yeni növü “Eris” Azərbaycana RİSK YARADIRMI?  VİDEO like
  • 18 Sen 13:36  
Digərləri COVİDin yeni növü “Eris” Azərbaycana RİSK YARADIRMI? VİDEO

3 ildir həyatımıza daxil olan və çıxmaq bilməyən koronavirus yenə mutas

arrow Ətraflı
"Yuqoslaviya kimi, Azərbaycan da bu əzabı yaşayan dövlətdir" like
  • 18 Sen 13:28  
Digərləri "Yuqoslaviya kimi, Azərbaycan da bu əzabı yaşayan dövlətdir"

Yuqoslaviya kimi, Azərbaycan da müharibədə itkin düşən şəxslərin əzab

arrow Ətraflı
Sülhün əldə olunmaması beynəlxalq ictimaiyyətin uğursuzluğudur  Devid Merkel like
  • 18 Sen 13:20  
Siyasət Sülhün əldə olunmaması beynəlxalq ictimaiyyətin uğursuzluğudur Devid Merkel

Mən Azərbaycana 25 ildən çoxdur səfər edirəm. Xocalı soyqırımı haqqı

arrow Ətraflı
Erməni lobbisi uduzdu, Bakı prosesə başladı like
  • 18 Sen 13:14  
Dünya Erməni lobbisi uduzdu, Bakı prosesə başladı

Xeyir şərə qalib gəlir. Separatçılar və onların lobbiçiləri Ağdam-Xan

arrow Ətraflı
“Xınalıq kəndi və Köç yolu” UNESCOnun İrs Siyahısına salındı like
  • 18 Sen 13:08  
Digərləri “Xınalıq kəndi və Köç yolu” UNESCOnun İrs Siyahısına salındı

"Xınalıq kəndi və Köç yolu" UNESCO-nun Ümumdünya İrs Siyahıs

arrow Ətraflı