Ermənistan itkin düşən şəxslərlə bağlı təşəbbüsümüzə cavab vermir Fariz Rzayev
Siyasət 18 Sen 2023 12:50:00 397 0
Biz itkin düşən şəxslərlə bağlı məsələni kökündən həll etməyə çalışırıq.
Bu xəbəri də oxu: Denis Beçiroviç İlham Əliyevə başsağlığı verdi
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda çıxışında xarici işlər nazirinin müavini Fariz Rzayev deyib.
O qeyd edib ki, bu problemdən 30 ildən artıqdır əziyyət çəkən ölkə kimi Azərbaycan itkin düşən şəxslərlə bağlı işlərə öz töhfəsini verməkdədir.
"İnsanların qeyri-qanuni girov götürülməsi insan hüquqlarına ziddir. Ailələrinin, qohumlarının itkin düşən şəxslərin taleyi barədə məlumat almaq hüququ var. Amma təəssüf ki, Ermənistan tərəfi bu məsələdə əməkdaşlıqdan yayınır. İtkin düşən şəxslərin yerinin müəyyən edilməsi üçün bir neçə dəfə təşəbbüs göstərsək də, Ermənistan cavab verməyib. Beynəlxalq təşkilatlar itkin düşən şəxslərlə bağlı üzərinə düşən öhdəlikləri icra etməlidir", - deyə F.Razyev əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfrans keçirilir. Son.az
"Kazbegi-Yuxarı Lars" keçid məntəqəsi ilə yüklərin daşınmas�
Məlum olduğu kimi, son günlər sosial şəbəkələrdə və teleqram kanallar
Sentyabrın 19-da gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanı
Astroloqlar dəyişikliyə can atanların nələrə diqqət etməli olduqların�
Xaçmazın Həsənqala kəndi ərazisində yerləşən "Həsənqala" t
Aylar əvvəl ziyarət üçün Mədinəyə gedən aktyor və aparıcı Sərxan K
Xaçmazda Qudyalçay üzərindəki dağılmış körpünün yerində yenisinin i
Öz suveren torpağında yeganə qərar qəbul edən ölkə olan Azərbaycan uzu
Azərbaycanda "Energetika haqqında" yeni qanununun layihəsi müzakir
Sentyabrın 17-də Brüsselin mərkəzində keçirilən etiraz aksiyasında 1500
"28 Mall" ticarət mərkəzində yerləşən "CinemaPlus" pr
Ölkənin birinci bankı Kapital Bank-dan neft və qaz sahəsində çalışanlar
BMT sistemində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yarad�
2020-ci ildə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi Birinci Q