Qudyalçay üzərində yeni körpünün tikintisinə başlanılır
Digərləri 18 Sen 2023 12:18:00 443 0
Xaçmazda Qudyalçay üzərindəki dağılmış körpünün yerində yenisinin inşasına başlanılır.
Bu xəbəri də oxu: Hökümənin toyundan görüntülər yayıldı VİDEO
Son.az xəbər verir ki, yeni körpünün inşası üçün əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub.
Hazırda köhnə körpünün qalıqlarının ərazidən daşınması işləri aparılır. Paralel olaraq bu gündən yeni körpünün svaylarının vurulmasına başlanılacaq.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz Rayon İcra Hakimiyyətinin birinci müavini Anar Oruclu bildirib ki, yeni körpü tikilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə müvəqqəti piyada körpüsü inşa olunur. Həmin piyada keçidi köhnə körpüdən təxminən 50 metr qərb istiqamətdə olacaq.
"Bu barədə qərar verilib. Əraziyə də baxış keçirmişik. Günün sonuna kimi piyadalar üçün çayın hər iki istiqamətinə keçid təmin olunacaq. Bunun üçün, çayın münasib hissəsində suyun boruların içərisindən axması təmin olunacaq. Həmin boruların üzərindən isə piyadalar üçün müvəqqəti yol salınacaq", - deyə Anar Oruclu bildirib.
Qudyalçay üzərində yeni avtomobil körpüsünün inşasının 2-3 ay ərzində tamamlanması nəzərdə tutulur.
Hazırda sakinlər rayonun Qımılqışlaq kəndindən keçən alternativ yoldan istifadə edirlər. Həmin yolda hərəkətlə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb. Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı yol nişanları qoyulub.
Qeyd edək ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub. Son.az
Öz suveren torpağında yeganə qərar qəbul edən ölkə olan Azərbaycan uzu
Azərbaycanda "Energetika haqqında" yeni qanununun layihəsi müzakir
Sentyabrın 17-də Brüsselin mərkəzində keçirilən etiraz aksiyasında 1500
"28 Mall" ticarət mərkəzində yerləşən "CinemaPlus" pr
Ölkənin birinci bankı Kapital Bank-dan neft və qaz sahəsində çalışanlar
BMT sistemində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yarad�
2020-ci ildə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi Birinci Q
Fövqəladə Hallar Nazirliyi ölkədə müşahidə edilən qeyri-sabit hava ş�
İtkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz q
"Mən taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə dər
Prezident İlham Əliyev "İtkin düşmüş şəxslərin taleyinin aydınla
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərli
SSRİ xalq artisti, bəstəkar Aleksandra Paxmutovanın həyat yoldaşı, rusiya