Prezident taleyi müəyyən olunmuş itkin şəhidlərin ailələrinə başsağlığı verib
Siyasət 18 Sen 2023 11:39:00 454 0
"Mən taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirəm".
Bu xəbəri də oxu: Qazaxıstan Parlamentinin sədri Azərbaycana başsağlığı verib
Son.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib.
Müraciətdə qeyd olunub ki, 30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir: "Mən itkin ailələrini əmin edirəm ki, Vətən uğrunda döyüşlərdə itkin düşmüş bütün şəxslərin taleyinin aydınlaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik.
İtkin düşmüş şəxslər məsələsi post-münaqişə dövründə bütün aidiyyəti görüşlərdə, Ermənistanla aparılan danışıqlarda, xüsusilə Brüssel və Vaşinqton platformalarında tərəfimizdən xüsusi qabardılır. Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Bunun səbəbləri aydındır. Ermənistan hesab edir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir. Bu sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir.
İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, barışıq baxımından da vacibdir. Bu sahədə əməkdaşlıq effektiv etimad quruculuğu tədbirlərindən biri ola bilər". Son.az
Prezident İlham Əliyev "İtkin düşmüş şəxslərin taleyinin aydınla
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərli
SSRİ xalq artisti, bəstəkar Aleksandra Paxmutovanın həyat yoldaşı, rusiya
Məşhur narkobaron Cozef Cohannes Leijdekkersin sağ əli Türkiyədə saxl
Hazırda bəzi erməni ideoloqları tarixə istinad edərək ermənilərlə azə
Gələcəkdə Çin "yaşıl" enerjinin inkişafı və enerjinin saxlan
Hərbi təcavüz nəticəsində ölkəmiz xeyli sayda insan itkisinə, yüzlərl
Ümid edirik ki, dəqiq mina xəritələri, həmçinin, itkin düşmüş şəxsl
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapş�
Müğənni Elnarə Xəlilova həyat yoldaşı Rövşən Cahangirovla bağlı pay
Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) İrəvanın Ağsaqqallar Şur
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat olub
Hazırda paytaxt Bakının müxtəlif ərazilərində dəhşətli tıxac müşah