İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb


Siyasət 18 Sen 2023 11:32:00 372 0

İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş beynəlxalq konfransda salamlayıram.

İtkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir və konfransın mövzusu ölkəmiz üçün xüsusi aktuallıq kəsb edir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 3890 vətəndaşımız itkin düşmüşdür. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin əsir-girov götürülməsi və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar mövcuddur.

Etibarlı məlumatlara əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalmış, qətlə yetirilmiş və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılmışdır.

İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi daim Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. 1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılmış və bu illər ərzində səmərəli fəaliyyət göstərmişdir.

2020-ci ildə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün yeni imkanlar açdı. Lakin Ermənistan tərəfindən ərazilərimizin minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunması, ekshumasiya işlərinin aparılması prosesinə ciddi maneələr yaradır.

Vətən müharibəsindən dərhal sonra Dövlət Komissiyasının imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmış, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılmasına başlanılmışdır. Son iki ildə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar nəticəsində 10 kütləvi məzarlıq aşkar edilmişdir. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində itkin düşmüş 15 nəfərin eyniləşdirilməsi mümkün olmuş və bu barədə ictimaiyyətə məlumat verilmişdir. Bu gün daha 10 nəfərlə bağlı əlavə məlumat təqdim ediləcək.

Mən taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirəm. 30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir. Mən itkin ailələrini əmin edirəm ki, Vətən uğrunda döyüşlərdə itkin düşmüş bütün şəxslərin taleyinin aydınlaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik.

İtkin düşmüş şəxslər məsələsi post-münaqişə dövründə bütün aidiyyəti görüşlərdə, Ermənistanla aparılan danışıqlarda, xüsusilə Brüssel və Vaşinqton platformalarında tərəfimizdən xüsusi qabardılır. Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Bunun səbəbləri aydındır. Ermənistan hesab edir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir. Bu sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir.

İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, barışıq baxımından da vacibdir. Bu sahədə əməkdaşlıq effektiv etimad quruculuğu tədbirlərindən biri ola bilər.

Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsi qlobal problemdir. Azərbaycan bu məsələyə beynəlxalq müstəvidə diqqətin artırılması istiqamətində ciddi addımlar atmışdır. Ölkəmiz iki ildən bir BMT Baş Assambleyasında itkin düşmüş şəxslər mövzusunda qətnamə irəli sürür. Hesab edirik ki, BMT sistemində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyac var.

Əminəm ki, konfrans beynəlxalq ictimaiyyətin diqqətinin itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması kimi ağrılı məsələyə cəlb olunmasına öz töhfəsini verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm". Son.az 

Ceyhun Bayramov ABŞa getdi like
  • 18 Sen 11:25  
Siyasət Ceyhun Bayramov ABŞa getdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərli

arrow Ətraflı
Xalq artisti vəfat etdi like
  • 18 Sen 11:24  
Şou-biznes Xalq artisti vəfat etdi

SSRİ xalq artisti, bəstəkar Aleksandra Paxmutovanın həyat yoldaşı, rusiya

arrow Ətraflı
“Qara Mamba” İstanbulda tutuldu like
  • 18 Sen 11:13  
Digərləri “Qara Mamba” İstanbulda tutuldu

Məşhur narkobaron Cozef Cohannes Leijdekkersin sağ əli Türkiyədə saxl

arrow Ətraflı
Azərbaycanın erməni əhalisini də bizimlə birlikdə yaşamağa dəvət edirik  DTX rəisi like
  • 18 Sen 11:10  
Siyasət Azərbaycanın erməni əhalisini də bizimlə birlikdə yaşamağa dəvət edirik DTX rəisi

Hazırda bəzi erməni ideoloqları tarixə istinad edərək ermənilərlə azə

arrow Ətraflı
"Çin Azərbaycanla sıx əməkdaşlıq etmək istəyir" like
  • 18 Sen 11:02  
Digərləri "Çin Azərbaycanla sıx əməkdaşlıq etmək istəyir"

Gələcəkdə Çin "yaşıl" enerjinin inkişafı və enerjinin saxlan

arrow Ətraflı
"İtkin düşmüş hərbçilərimizin xeyli hissəsi əsir düşərgələrində qətlə yetiriliblər" like
  • 18 Sen 11:00  
Siyasət "İtkin düşmüş hərbçilərimizin xeyli hissəsi əsir düşərgələrində qətlə yetiriliblər"

Hərbi təcavüz nəticəsində ölkəmiz xeyli sayda insan itkisinə, yüzlərl

arrow Ətraflı
DTX rəisi rəsmi İrəvana çağırış etdi like
  • 18 Sen 10:59  
Siyasət DTX rəisi rəsmi İrəvana çağırış etdi

Ümid edirik ki, dəqiq mina xəritələri, həmçinin, itkin düşmüş şəxsl

arrow Ətraflı
13 nəfərin şəxsiyyəti DTXnin laboratoriyasında eyniləşdirilib  Əli Nağıyev like
  • 18 Sen 10:57  
Siyasət 13 nəfərin şəxsiyyəti DTXnin laboratoriyasında eyniləşdirilib Əli Nağıyev

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapş�

arrow Ətraflı
Elnarə onu belə vəsf etdi: "Arxalana biləcəyim yeganə dayağım" like
  • 18 Sen 10:51  
Şou-biznes Elnarə onu belə vəsf etdi: "Arxalana biləcəyim yeganə dayağım"

Müğənni Elnarə Xəlilova həyat yoldaşı Rövşən Cahangirovla bağlı pay

arrow Ətraflı
Paşinyanın partiyası seçicilərin böyük hissəsini itirərək, "Pirr qələbəsi" qazanıb like
  • 18 Sen 10:40  
Siyasət Paşinyanın partiyası seçicilərin böyük hissəsini itirərək, "Pirr qələbəsi" qazanıb

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) İrəvanın Ağsaqqallar Şur

arrow Ətraflı
Nazir Aygün Bayramovaya yüksək vəzifə verdi like
  • 18 Sen 10:36  
Digərləri Nazir Aygün Bayramovaya yüksək vəzifə verdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat olub

arrow Ətraflı
Bakı səhəri dəhşətli tıxacla açdı – Yollarda XAOS like
  • 18 Sen 10:35  
Digərləri Bakı səhəri dəhşətli tıxacla açdı – Yollarda XAOS

Hazırda paytaxt Bakının müxtəlif ərazilərində dəhşətli tıxac müşah

arrow Ətraflı
"Nisə Qasımovaya haqqımı halal etmirəm" like
  • 18 Sen 10:29  
Şou-biznes "Nisə Qasımovaya haqqımı halal etmirəm"

"Nisə Qasımovanı Zeynəb Xanlarovanın yanına mən aparmışam. Ələkb

arrow Ətraflı
Bakı itkin düşmüş şəxslərlə bağlı beynəlxalq tədbirə ev sahibliyi edir like
  • 18 Sen 10:28  
Digərləri Bakı itkin düşmüş şəxslərlə bağlı beynəlxalq tədbirə ev sahibliyi edir

Bakıda "İtkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək ü�

arrow Ətraflı