Separatçılar Bakının şərtlərini QƏBUL ETDİLƏR
Siyasət 17 Sen 2023 17:15:00 399 0
Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün göndərilən 40 ton un yüklü karvanın Ağdam-Əsgəran-Xankəndi yolu ilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı ermənilərə çatdırılcağı barədə sentyabrın 1-də razılıq əldə olunsa da separatçılar vədlərinə xilaf çıxdılar və Azərbaycanın humanist addımını bloklamağa çalışdılar.
Bu xəbəri də oxu: “COP29 yaxınlaşdıqca, ölkəmizə qarşı təzyiqlər güclənir”
Lakin avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyən AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyirdilər. Onlar ərzaq yüklərinin Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlarını bildirməklə əslində Azərbaycanın mövqeyində qəti olduğunu və geri addım atmayacağını növbəti dəfə ermənilərə və onların havadarlarına isbat etdilər.
Rəsmi Bakının qətiyyətli mövqeyi, təzyiqlərə sinə gərməsi, beynəlxalq ictimaiyyətdən, təşkilatlardan, insan haqlarından dəm vuran aidiyyatı qurum və dövlətlərdən, siyasətçilərdən lazımı dəstəyi almamsına rəğmən Azərbaycan bu dəfə də istəyinə nail olmağı bacardı.
Qondarma rejim Qarabağdakı humanitar vəziyyət və təhlükəsizliklə bağlı Azərbaycan hökuməti ilə danışıqlara hazır olduqlarını bildirməklə hamilərindən xeyli dəstək almalarına rəğmən rəsmi Bakının qarşısında duruş gətirməyin mümkün olmadığı ilə barışdıqlarını göstərdilər. Ən əsası isə separatçılar humanitar yardımların Ağdam-Xankəndi yolundan gətirilməsinə razı oldular. Məlumatda qeyd olunur ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və sülhməramlılarının təklifini qəbul edərək, Qızıl Xaç Komitəsi vasitəsilə həm Laçın, həm Ağdam yoldundan qəbul edəcəklər, buraxılmağına razıdırlar.
Bəli, Qarabağda vəziyyətin hər ötən gün Bakının planlarına uyğun şəkildə dəyişməsi qondarma xunta rejiminə də başqa seçim imkanı qoymur. Separatçılar artıq yaxşı anlamağa başlayırlar ki, Azərbaycanın təklif və istəkləri tərəflərindən nəzərə alınmasa daha ağır şərtlərlə qarşı-qarşıya qalacaqları qaçılmaz ola bilər.
Elə bu səbəbdən də separatçılar Azərbaycanın şərtlərinə boyun əydilər. Nəzərə alsaq ki, rəsmi Bakı da məhz Laçın yolunun yalnız Ağdam-Xankəndi yolu ilə eyni vaxtda açılmasının mümkünlüyündən bəhs edirdi, bu şərti qoymuşdu, heç tərəddüd etmədən ona görə də qondarma rejim qalıqlarının məcburiyyətdən Azərbaycanın şərtləri ilə razılaşdığını deməyə bir xeyli əsasımız var.
Azərbaycanın prinsipisal mövqeyi yenidan təmin olunur. Bunun üçün Azərbaycanı tənqid edən ABŞ kimi dövlətlər və Qərb siyasi dairləri indi görəsən heç xəcalət çəkirlərmi?! İnanmıram, çünki xəcalət çəkmək üçün də gərək bir abır-həya olsun. Dünyada terrorzimlə mübarizə aparmaq, insan haqları və hüquqlarının təminatçısı adı altında pərdələnən qüvvələrin əsl simasını belə məsələlərdə daha aydın şəkildə ortaya qoyur.
Ermənistan hakimiyyəti Rusiyaya qarşı mövqe sərgilədiyi üçün məhz Vaşinqton son günlər "xallarını" İrəvana verir, onu dəstəkləmək niyyətini gizlətmir. Belə bir situasiyada rəsmi Bakını masadan silib atmağı belə gözə alan ABŞ Ermənistanı qazanmaq üçün Qarabağ məsələsində ermənilərin mövqeyinə üstünlük verməsinə baxmayaraq Azərbaycan regionun əsas aktoru olduğunu bu hadisə ilə növbəti dəfə isbatladı və nümayiş etdirdi ki, Azərbaycanın razılığı və maraqları nəzərə alınmadan xüsusi ilə indiki postkonflik mərhələsində bölgədə heç bir proses müsbət sonluqla yekunlaşa bilməz.
Təhməz Əsədov TREND
Əməkdar artist Nigar Şabanovanın sosial şəbəkədə yayılan arxiv videosu
Soyuqdəymə və qripi evdə özbaşına araq, sirkə və antibiotiklə müalic�
Bakıda yaşayan 17 yaşlı Zəhra Nəsirli Türkiyənin Xarici Tələbə Qəbul
Sentyabrın 16-da Qərbi Azərbaycan İcmasında Böyük Qarakilsə rayon icmas�
Qarabağdakı separatçılar nəhayət, Azərbaycanın şərtlərinə tabe olub,
Yalan danışmaq vərdişi münasibətlərdə böyük problemlərə yol açır.
Mərkəzi Afrika Respublikasının Prezidenti Fosten-Arkanj Tuadera fransalı h�
Sentyabrın 17-si saat 15:10 radələrində erməni qeyri-qanuni silahlı dəst�
Bir ay əvvəl göz nahiyyəsində "blefaroplastika" əməliyyatı ke�
Sentyabrın 17-si saat 13:55 radələrində Rusiya sülhməramlılarının müv�
Yeni tədris ilinin ilk günündə valideynlərdən birinin ali məktəbə daxil
Boğaz ağrılarında istifadə etdiyimiz ən mühüm müalicə üsullarından b
Son.az Kulis.az-a istinadən şairə haqqında maraqlı faktları təqdim edir.
Finlandiya, Litva, Latviya, Estoniya və Polşa Rusiyadan avtomobillərin ərazi
Təəssüf ki, Ermənistanın əsir, girov götürülmüş, itkin düşmüş ş�