Türkiyə mediası bu azərbaycanlı tələbədən yazdı:
Digərləri 17 Sen 2023 16:51:00 381 0
Bakıda yaşayan 17 yaşlı Zəhra Nəsirli Türkiyənin Xarici Tələbə Qəbulu İmtahanından 500 bal toplayıb.
Bu xəbəri də oxu: Bu peşə və sahələrdə çalışanların da maaşı artacaq
Bununla da o, Ankara Universitetinin Tibb Fakültəsində təhsil almaq hüququ qazanıb. Bildirilir ki, 17 yaşlı Zəhranın istəyi də Ankara Universitetində təhsil almaq olub.
Son.az mətbuat.az-a istinadən xəbər verir ki, uşaqlıqdan həkim olmaq istəyən azərbaycanlı Zəhra Nəsirli apardığı araşdırmalar nəticəsində Türkiyədə universitetdə tibb təhsilinin yaxşı tədris edildiyini müəyyən edib. Bundan sonra o, Türkiyədə universitetə daxil olmaq qərarına gəlib. Bu məqsədə çatmaq üçün 29 yanvar 2023-cü ildə Ali Təhsil Şurası (YÖK) tərəfindən 13 ildən sonra ilk dəfə keçirilən Türkiyə Xarici Tələbə Qəbulu İmtahanında (TR-YÖS) iştirak edən Nəsirli Ədədi Qabiliyyət Testindən 19 min 222 namizəd arasından 40 bal toplayıb. Riyaziyyat testindən də 40 bal toplayan Zəhra Nəsirli ümumilikdə 80 suala düzgün cavab verərək birinci yerə layiq görülüb. İmtahandakı uğuru ilə uşaqlıq arzusuna daha da yaxınlaşan azərbaycanlı istedad, Ankara Universitetinin (AU) Tibb Fakültəsinə müraciət edib.
AU rektoru Prof. Dr. Necdet Ünüvar avqustun 23-də son qeydiyyat üçün ailəsi ilə birlikdə Türkiyəyə gələcək Zəhra Nəsirli ilə onlayn görüşüb. Anadolu Agentliyinə açıqlama verən Zəhra bildirib ki, o, Türkiyədə təhsil almağa qərar verdikdən sonra məktəbdəki dostları ilə 2 il hazırlaşıb. Ardınca o imtaha daxil olaraq tam bal toplaya bildiyini bildirib:
"Ankara mənim üçün tam olaraq tələbə şəhəridir. Bakıya bənzədiyi üçün özümü yad hiss etməyəcəyimi bilirdim. "Orada özümü tək hiss etməməliyəm, vətənimdəki kimi daha rahat olmalıyam" deyə düşündüm. Ankara Universitetinin professorlarının nə qədər mehriban olduqlarını öyrəndim. Tədris sistemi və bir çox məsələlərə görə Ankara Universitetində oxumağa qərar verdim. Əvvəllər arzum Ankara Universitetində oxumaq idi. Universitetə son qeydiyyat üçün sənədlərimi toplayıram. Qeydiyyata ailəmlə birlikdə gələcəm".
Zəhranın anasından Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür
Zəhra Nəsirlinin anası Fidan Nəsirli iki ölkə arasında qarşılıqlı təhsil imkanının yaradılmasında əməyi olan hər kəsə və başda Qarabağ zəfərini dəstəkləyən prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Görüşdə AU rektoru Ünüvar deyib:
"Zəhra həqiqətən çox savadlı uşaqdır. O, 80 sualın hamısına cavab verən çox savadlı qızdır. Bakıda oxuyub, araşdıraraq Ankara Universitetinin Tibb Fakültəsini tapıb. TR-YÖS-dən tam qiymət aldığı və bizi seçdiyi üçün onunla əlaqə saxladıq.YTB Zəhranı təqaüd proqramına qəbul etdi. Zəhra isə Ankara Universiteti Tibb Fakültəsini seçdi".
Ünüvar ötən il Azərbaycanda keçirilən imtahanda birinci yeri tutan azərbaycanlı Nigar Ağazanın da YTB təqaüdü ilə Ankara Universitetində oxuduğunu bildirib.
Sentyabrın 16-da Qərbi Azərbaycan İcmasında Böyük Qarakilsə rayon icmas�
Qarabağdakı separatçılar nəhayət, Azərbaycanın şərtlərinə tabe olub,
Yalan danışmaq vərdişi münasibətlərdə böyük problemlərə yol açır.
Mərkəzi Afrika Respublikasının Prezidenti Fosten-Arkanj Tuadera fransalı h�
Sentyabrın 17-si saat 15:10 radələrində erməni qeyri-qanuni silahlı dəst�
Bir ay əvvəl göz nahiyyəsində "blefaroplastika" əməliyyatı ke�
Sentyabrın 17-si saat 13:55 radələrində Rusiya sülhməramlılarının müv�
Yeni tədris ilinin ilk günündə valideynlərdən birinin ali məktəbə daxil
Boğaz ağrılarında istifadə etdiyimiz ən mühüm müalicə üsullarından b
Son.az Kulis.az-a istinadən şairə haqqında maraqlı faktları təqdim edir.
Finlandiya, Litva, Latviya, Estoniya və Polşa Rusiyadan avtomobillərin ərazi
Təəssüf ki, Ermənistanın əsir, girov götürülmüş, itkin düşmüş ş�
Almaniyanın Ştutqart şəhərində (Baden-Vürtemberq federal əyaləti) Eritr
Son zaman ifaları ilə adından söz etdirən müğənni Semicenk rəqəmsal pl
Ermənistan tərəfi əsir, girov və itkin düşmüş şəxslırlə bağlı əm