Sevinc Fətəliyeva: ABŞ öz cəsarətsizliyinin günahını Azərbaycanda görür
Siyasət 17 Sen 2023 12:37:00 407 0
Vaşinqtonda son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi. Antoni Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı həm Laçın, həm də Ağdam yolunun açılmasını xahiş etsə də, ABŞ razılaşmaya müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq etmək əvəzinə, öz mövqeyindən geri çəkildi və bu gün istər Dövlət Departamenti, istərsə də Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, bir qrup separatçını razı salmağı bacarmayan və ya istəməyən ABŞ bu gün öz cəsarətsizliyinə və riyakarlığına görə günahı Azərbaycanın üzərinə atmağa cəhd göstərir.
Qarabağda keçirilmiş "seçkilər"ə münasibətdə də ABŞ-ın riyakarlığının şahidi olduq. Sentyabrın 9-da "keçirilmiş seçkilər"dən sonra aparıcı dövlətlər və təşkilatlar qanunsuz rejimi və onun "seçkiləri"ni tanımadığını bəyan etdiyi halda, Vaşinqton susmağa üstünlük verdi. Yalnız Azərbaycanın təzyiqlərindən sonra ABŞ Dövlət Departamenti sıravi təmsilçisi səviyyəsində şifahi şəkildə "seçki"ni tanımadığını bildirmək məcburiyyətində qaldı.
S.Fətəliyevanın sözlərinə görə, ABŞ Dövlət Departamentinin təmsilçisi Lui Bononun regiona səfəri bölgədə problemlərin həllinə heç bir töhfə vermədi və nəticəsiz qaldı. Çünki ABŞ öz niyyətində səmimi deyil - onu sülh maraqlandırmır. Əks təqdirdə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Yuri Kim Konqresdəki çıxışında mövcud olmayan "Dağlıq Qarabağ xalqının hüquqları"ndan danışmazdı. ABŞ bugünkü reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır.
"Faktiki olaraq bu gün ABŞ Fransa ilə birlikdə Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan verməyən və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində çıxış edir. Fransanın belə açıq ermənipərəst siyasəti nəticəsində bu gün Paris regional proseslərdən tam təcrid olunub və vasitəçilik ümidlərini itirib. Belə getsə, eyni aqibət özünü bölgədə xristian missioner kimi aparan ABŞ-ı da gözləyir", - deyə Sevinc Fətəliyeva vurğulayıb.
Braziliyanın şimalındakı ekvatorial Amazon tropik meşələrində baş verə
ABŞ-ın yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarının dayand
"Məlum olduğu kimi ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsl
Gələn il NATO Soyuq Müharibə bitdikdən sonra 40 mindən çox hərbçinin i�
ABŞ sentyabrın 1-dən bölgədə yolların açılması və Ağdam-Xankəndi ma
ABŞ dövlət katibi Antoni Blinken və BMT-nin baş katibi Antonio Quterreş ş
"Ermənistan və Azərbaycan oktyabrda İspaniyanın Qranada şəhərində
Azərbaycan müxtəlif dövlətlərlə əlaqələrini bərabərhüquqlu tərəfd
Aktrisa Çimnaz Sultanova son paylaşımı ilə gündəmə səs salıb.
Yaxşı yumor hissi insanın xarakterinin qeyri-adi cazibəsidir. Astroloqlar yu