Okeanın o tayından uzanan "əl" İllərdir dəyişməz siyasət,


Siyasət 16 Sen 2023 21:48:00 255 0

Okeanın o tayından uzanan "əl"  İllərdir dəyişməz siyasət,

Ali təhsillisindən, alimindən tutmuş ən ucqar kənddə yaşayan birinə qədər kimə "Azadlıq heykəli"nin şəklini göstərsən ABŞ-də olduğunu bilər. Çünki, Amerika hər kəsin ağlında dünyanın ən demokratik, ən düzgün, ən humanitar, ən ədalətli ölkəsi kimi təəssürat formalaşdırmağı bacarıb. Bəlkə də elə bu azadlıq simvolu olan 47 metrlik, Manhettendəki heykələ görə kimsə düşünə bilər ki, bu ölkədə azadlıq hüquqları yüksək şəkildə qorunur, insan haqları müdafiə olunur və sair. Təəssüf ki, ABŞ ilə bağlı reallıq tam başqadır.

ABŞ illərlə üzdə özünü sülhsevər, problem həll edən, münaqişə sevməyən tərəf kimi göstərsə də, tarix boyu bunun əksini müşahidə etmişik. İraq, Liviya, Suriya, Əfqanıstanda baş verənlər bunu deməyə əsas verir. ABŞ üçün nə demokratiya, nə insan hüquqları, nə sülh, nə də sabitlik maraqlıdır. Onların məqsədi dünyada müəyyən gərginlik nöqtələri yaradaraq siyasi oyunlar oynamaqdır. Onların oyun "meydança"ları isə Cənubi Amerika, Afrika, Asiyada yerləşir.

Dünyada elə bir ölkə yoxdur ki, ABŞ-nin ora mənfi təsiri olmasın. Bu ölkənin "əli" hara uzanırsa orada ara qarışır. Qonşu ölkələrdən Gürcüstan və Türkiyə də ABŞ-nin ikiüzlü siyasətindən əziyyət çəkən ölkələrdəndir. Türkiyədə FETÖ vasitəsi ilə çevriliş cəhdi edən, Saakaşvilinin vaxtında Gürcüstanı Rusiya ilə münaqişəyə təhrik edib sonra geri çəkilən ABŞ indi də əsas rəqiblərindən olan Rusiyanı zəiflətmək üçün Ukraynadan istifadə edir.

Son aylarda baş verən proseslər onu göstərir ki, ABŞ-nin yeni qurbanı Ermənistandır. Belə ki, Vaşinqtonda son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi. Lakin, ABŞ bir qrup separatçını razı sala bilmədi, mövqeyindən geri çəkildi. Əslində, "razı salmaq istəmədi" desək daha doğru olar. Çünki, Azərbaycandan başqa bütün ölkələrə bu məsələni uzatmaq daha sərfəlidir.

Bu ölkədəki erməni lobbisinin aktiv fəalliyyəti hər saniyə özünü büruzə verir. Qarabağda keçirilmiş "seçkilər"ə münasibət və ya münasibətsizlik də ABŞ riyakarlığının nümunələrindən biridir. 9 sentyabrda "keçirilmiş seçkilər"dən sonra aparıcı dövlətlər və təşkilatlar qanunsuz rejimi və onun "seçkilərini" tanımadığını bəyan etdiyi halda, Vaşinqton susmağı seçdi. ABŞ mövqeyini dəyişməklə separatçılara dəstəyini göstərmiş oldu. Burada təəccüblənməli nəsə yoxdur, çünki, bu ölkə illərdir ikili siyasət yürüdür, dovşana qaç, tazıya tut deyir. 

Əvvəllər terrorçu elan etdiyi, əslində isə özü yaratdığı Talibanı Əfqanıstanda hakimiyyətə qaytaran ABŞ-dən digər ölkələrə qarşı ədalətli siyasət gözləmək də sadəlövhlük olar. Ölkəmiz ABŞ-nin geosiyasi oyunlarından əziyyət çəkib və bu hələ də davam edir. Son günlər baş verən proseslərlə yanaşı, müxalif qüvvələrin maliyyələşdirilməsi, təlimatlandırılması, QHT sektorunun, medianın siyasi oyunlara cəlb edilməsini və başqa bu tipli cəhdləri buna misal çəkmək olar.

Bəxtiyar Umarlı Son.az

Aparıcı SOYUNDU, efirdə buzla dolu çəlləyə girdi  VİDEO like
  • 16 Sen 21:45  
Şou-biznes Aparıcı SOYUNDU, efirdə buzla dolu çəlləyə girdi VİDEO

Türkiyəli model-aparıcı Çağla Şikel efirdə etdiyi hərəkətlə diqqət

arrow Ətraflı
Komitə sədri: "Azərbaycanda vaksinasiya prosesini aktivləşdirməyə ehtiyac var" like
  • 16 Sen 21:37  
Digərləri Komitə sədri: "Azərbaycanda vaksinasiya prosesini aktivləşdirməyə ehtiyac var"

"Dünyanın bir sıra ölkələri, o cümlədən Türkiyədə koronavirusun

arrow Ətraflı
Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir like
  • 16 Sen 21:23  
Digərləri Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir

Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir.

arrow Ətraflı
Bu, İranın azərbaycanlılara düşmən münasibətidir like
  • 16 Sen 21:15  
Dünya Bu, İranın azərbaycanlılara düşmən münasibətidir

Son.az kult.az-a istinadən tanınmış yazıçı-publisist Etibar Muradxanlın�

arrow Ətraflı
TƏCİLİ: Gədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu like
  • 16 Sen 21:09  
Siyasət TƏCİLİ: Gədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu

Sentyabrın 16-si saat 19:50 radələrində Ermənistan silahlı qüvvələrinin

arrow Ətraflı
90 yaşlı anasını çəkiclə öldürüb intihar etdi like
  • 16 Sen 21:08  
Digərləri 90 yaşlı anasını çəkiclə öldürüb intihar etdi

Petropavlovsk-Kamçatskidə 60 yaşlı qadın 90 yaşlı anasını çəkiclə d�

arrow Ətraflı
Alimlər Parkinson xəstəliyinin ilkin əlamətlərini müəyyən ediblər like
  • 16 Sen 21:00  
Digərləri Alimlər Parkinson xəstəliyinin ilkin əlamətlərini müəyyən ediblər

ABŞ-dən olan neyrofizioloqlar aşkar ediblər ki, Parkinson xəstəliyi özün

arrow Ətraflı
NASA naməlum anomal hadisələrlə bağlı hesabat verdi like
  • 16 Sen 20:51  
Dünya NASA naməlum anomal hadisələrlə bağlı hesabat verdi

ABŞ Aerokosmik Agentliyi bir il ərzində naməlum anomal fenomenlər (NAF, age

arrow Ətraflı
Həkiminfeksionistdən ŞOK AÇIQLAMA: "Yoluxma artarsa, karantin..." like
  • 16 Sen 20:42  
Digərləri Həkiminfeksionistdən ŞOK AÇIQLAMA: "Yoluxma artarsa, karantin..."

Son dövrlər dünyanın bir sıra ölkələrində, eləcə də qonşu Türkiyə

arrow Ətraflı
Tanınmış aktyor vəfat etdi  FOTO like
  • 16 Sen 20:33  
Kriminal Tanınmış aktyor vəfat etdi FOTO

Rusiyalı aktyor Vyaçeslav Qrişeçkin vəfat edib.

arrow Ətraflı
Almaniya ABŞnin Ay proqramına qoşuldu like
  • 16 Sen 20:24  
Dünya Almaniya ABŞnin Ay proqramına qoşuldu

Almaniya NASA-nın Ayın kəşfiyyatı proqramına qoşulub.

arrow Ətraflı
Həkimlər infarkt keçirtdiyini açıqladı like
  • 16 Sen 20:16  
Şou-biznes Həkimlər infarkt keçirtdiyini açıqladı

Rusiyalı müğənni və bəstəkar İqor Nikolaev xəstəxanalıq olub.

arrow Ətraflı
Putinin tərifləri Trampın xoşuna gəldi like
  • 16 Sen 20:09  
Dünya Putinin tərifləri Trampın xoşuna gəldi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin son

arrow Ətraflı
Bu müğənni 65 milyon qazandı like
  • 16 Sen 20:00  
Şou-biznes Bu müğənni 65 milyon qazandı

Amerikalı müğənni Teylor Sviftin "Eras Tour" musiqili filmi bilet

arrow Ətraflı
Rusiyada COVİD19 TƏHLÜKƏSİ like
  • 16 Sen 19:52  
Dünya Rusiyada COVİD19 TƏHLÜKƏSİ

Rusiyada kəskin respirator infeksiya virusu, qrip və COVID-19-a yoluxma hallar

arrow Ətraflı