İmmunitet üçün PAYIZ SİYAHISI


Digərləri 15 Sen 2023 22:04:00 265 0

İmmunitet üçün PAYIZ SİYAHISI

Payız-qış mövsümündə xəstəliklərə qarşı təbii immunomodulyator rolu oynayan müalicəvi ədviyyatlar haqqında yazını oxuculara təqdim edirik.

Son.az medicina.az-a istinadən xəbər verir ki, ədviyyatlar bitkilərin təzə, qurudulmuş və üyüdülmüş müəyyən hissəsidir. Ədviyyat bitkiləri ədviyyat və ətirli otlar olmaqla 2 qrupa ayrılır.

Ətir və dadı daha da artırmaq üçün təzə və ya qurudulmuş halda şüyüd, reyhan, tərxun, nanə, cəfəri, keşniş, kəvər, turşəng, kərəviz, kəklikotu və digər otlardan istifadə edilir. Ədviyyatlar isə qida məhsullarının ləzzətini artırır. Təbabətdə və mətbəximizdə geniş istifadə edilən əsas ədviyyatlara mixək, darçın, qara istiot, zəfəran, sumaq, sarıkök, zəncəfil, cirə, razyana və digərləri daxildir. Ədviyyatlar tərkibində olan efir yağları, üzvi turşular, qlükozidlər və bir çox vitaminlər iştahanı artırır, maddәlәr mübadilәsini sürәtlәndirir, həzm sistemini normaya salır və qidanın yaxşı mənimsənilməsini təmin edir. Bitkinin toxumundan (xardal, cövüz), meyvəsindən (qara və qırmızı istiot, hil, cirə, razyana), çiçəyindən (zəfəran, mixək), yarpağından (dəfnə yarpağı və müxtəlif ətirli bitkilərin yarpaqları), qabığından (darçın), kökündən (zəncəfil, sarıkök) alınan ədviyyatlar vardır. Xüsusiyyətlərinə diqqət yetirin! Ədviyyat alarkən istehlakçılar onların qablaşdırılmasına, etiketindəki məlumatlara, saxlanma şəraitinə xüsusilə diqqət etməlidirlər. Etiketdə məhsul haqqında zəruri məlumatlar - istehsalçının adı və ünvanı, malın adı, istehsal tarixi, xalis çəkisi, tərkibi, istehlak xassələri, saxlanma müddəti və s. mütləq əks olunmalıdır. Ədviyyatların quru, sərin, təmiz və yaxşı havalandırılan yerdə saxlanması şərtdir. Bu tip məhsullar daşınarkən, saxlanarkən sanitar-gigiyenik qaydalara, mal qonşuluğu prinsipinə ciddi riayət edilməlidir. Ədviyyat növləri rəflərdə kimyəvi maddələrin, kəskin qoxulu mal və məhsulların yanında saxlanılmamalıdır. "Medicina" xəbər verir ki, ədviyyatlar müalicəvi xüsusiyyətlərinə görə də geniş istifadə edilir. Ədviyyatların antioksidant və immun sistemini gücləndirmək xüsusiyyəti var. Onların hər biri ayrı-ayrılıqda orqanizmin sağlamlığında mühüm rol oynayır. Çili, qara istiotun tərkibində kapsoisin, piperin və allisin olduğuna görə burun-udlaq və ağıza daxil olmuş viruslar və zərərli mikroorqanizmlərlə mübarizdə effektiv təsirə malikdir. Qara istiotun tərkibindəki zəngin mineral maddələr və vitaminlər immun sistemini gücləndirir, soyuqdəyməyə qarşı qoruyucu maneə yaradır. Həmçinin qara istiot orqanizmdə yağların parçalanmasını sürətləndirərək maddələr mübadiləsini yaxşılaşdırır, qanın laxtalanmasını tənzimləyir, xroniki yorğunluq əlamətlərini aradan qaldırmağa kömək edir. Təzə sarımsaq güclü antibakterial və virusəleyhinə vasitə olmaqla yanaşı, qanda xolesterinin miqdarını normallaşdırır, orqanizmdə maddələr mübadiləsini tənzimləyir. Sarımsaq orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırmaq üçün olduqca faydalıdır. Qara zirə isə qısa zamanda müxtəlif infeksion xəstəliklərin qarşısını alan təbii immungücləndiricidir. İmmun sistemin fəaliyyətini gücləndirməkdə sarıkökün mühüm rolu var. Sarıkök nəinki orqanizmi toksin və şlaklardan təmizləyir, həm də təbii antibiotik kimi iltihabi prosesləri dayandırmağa kömək edir. Zəngin tərkibə malik xardal antiseptik, antimikrob, göbələkəleyhinə, iltihabəleyhinə təsirə malikdir. Mədə-bağırsaq sistemi üçün, soyuqdəymə zamanı, oynaq xəstəliklərində olduqca faydalıdır. Həmçinin xardal beyində qan dövranını stimullaşdırır, yaddaşı və zəkanı gücləndirir. Darçının da bir çox xeyirli xüsusiyyətləri var. Darçın müxtəlif xəstəliklərə qarşı antiseptik, antimikrob və antiparazit vasitə kimi istifadə olunur. Həmçinin bədənin ümumi tonusunu artırır və immun sistemini gücləndirir. Ədviyyatların normadan artıq istifadəsi orqanizm üçün zərərlidir. Tərkibində yüksək təsir qabiliyyətinə malik olan alkaloidlər və qlükozidlər xüsusən də uşaqların və bir çox xəstəlikdən əziyyət çəkənlərin orqanizmində fəsadlar yarada bilər. Bundan başqa, ədviyyat növlərini bütöv halda saxlayıb, lazım olduğu zamanda üyüdüb istifadə etmək daha xeyirlidir. Ədviyyatları evdə hermetik qablarda isti, rütubət və gün işığından uzaq yerlərdə saxlamaq tövsiyə olunur. Bu tip məhsullar isti və rütubətə məruz qaldıqda ətrini, ləzzətini daha tez itirir. Xüsusən də sobanın yaxınlığında saxlamaq məsləhət görülmür. Çünki normadan artıq temperatur nəticəsində ədviyyatların tərkibində olan efir yağları itirilir. Unutmayın ki, istehsal müddətindən və saxlanma şəraitindən asılı olaraq ədviyyatların istifadə müddəti bir il hesab edilir.

ACI XƏBƏR: 15 ayın əsgəri həlak oldu like
  • 15 Sen 21:55  
Digərləri ACI XƏBƏR: 15 ayın əsgəri həlak oldu

Azərbaycan ordusunun hərbçisi həlak olub.

arrow Ətraflı
Gədəbəy sakini kimyəvi maddə içib intihar etdi like
  • 15 Sen 21:48  
Digərləri Gədəbəy sakini kimyəvi maddə içib intihar etdi

Gədəbəydə 47 yaşlı kişi kimyəvi maddə içərək intihar edib.

arrow Ətraflı
Qayıq dənizdə üzən qızın üzərindən keçib və onun bədən üzvlərini qoparıb like
  • 15 Sen 21:40  
Dünya Qayıq dənizdə üzən qızın üzərindən keçib və onun bədən üzvlərini qoparıb

Kiçik qayığın kapitanı ailəsi ilə birlikdə dənizdə üzən qızın üst

arrow Ətraflı
Şəhidin nişanlısından duyğulu sözlər: Hələ də onunla danışıram like
  • 15 Sen 21:32  
Digərləri Şəhidin nişanlısından duyğulu sözlər: Hələ də onunla danışıram

"Nə olsun ki, toyumuz olmayıb. Bizim nikahımız var axı. Onsuz da 21 g�

arrow Ətraflı
Xaçmazda çaya düşmüş avtomobil belə çıxarıldı  VİDEO like
  • 15 Sen 21:25  
Digərləri Xaçmazda çaya düşmüş avtomobil belə çıxarıldı VİDEO

Məlumat verildiyi kimi, bu gün səhər saatlarında Xaçmaz rayonu, Köhnə Xa

arrow Ətraflı
Daha bir tanınmış jurnalistə yeni vəfizə verildi  FOTO like
  • 15 Sen 21:17  
Digərləri Daha bir tanınmış jurnalistə yeni vəfizə verildi FOTO

Tanınmış jurnalist Günay Malikqızına yeni vəzifə verilib.

arrow Ətraflı
Dağılan körpü ilə bağlı like
  • 15 Sen 21:10  
Digərləri Dağılan körpü ilə bağlı

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz şəhərinin mərkəzindən ke�

arrow Ətraflı
Köhnə məktəblərə yeni nəfəs verildi like
  • 15 Sen 21:04  
Digərləri Köhnə məktəblərə yeni nəfəs verildi

Bu gün Heydər Əliyev Fondunun Ağcabədi, Göyçay, İsmayıllı, Qəbələ,

arrow Ətraflı
Ərarvad evlərini satıb nudist otel açdılar  FOTO like
  • 15 Sen 20:57  
Dünya Ərarvad evlərini satıb nudist otel açdılar FOTO

50 yaşlı cütlük evlərini sataraq, 21 Kv m-lik qayıq alıb. Son.az xaric

arrow Ətraflı
Kılıçdaroğlunu "o" əvəz edəcək like
  • 15 Sen 20:48  
Digərləri Kılıçdaroğlunu "o" əvəz edəcək

Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrli

arrow Ətraflı
KİV: "Ermənistan ABŞla hərbi təlimləri çoxdan planlaşdırırdı, Paşinyan qumar oynayır" like
  • 15 Sen 20:39  
Digərləri KİV: "Ermənistan ABŞla hərbi təlimləri çoxdan planlaşdırırdı, Paşinyan qumar oynayır"

"Ermənistan-ABŞ birgə hərbi təlimlərinin gündəm olması təsadüfi

arrow Ətraflı
Uzaq bir planetdə həyatın olduğuna dair sübutlar tapıldı like
  • 15 Sen 20:21  
Digərləri Uzaq bir planetdə həyatın olduğuna dair sübutlar tapıldı

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ceyms Uebb Kosmi

arrow Ətraflı
İran XİN rəhbəri ABŞErmənistan birgə təlimlərini tənqid etdi like
  • 15 Sen 20:13  
Digərləri İran XİN rəhbəri ABŞErmənistan birgə təlimlərini tənqid etdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistanın xarici i

arrow Ətraflı
Ququş səhnədən getdi like
  • 15 Sen 20:05  
Şou-biznes Ququş səhnədən getdi

İran estradasının ulduzu, məşhur aktrisa, müğənni Ququş böyük səhnə

arrow Ətraflı
ABŞ bu ölkəyə qarşı sanksiyalar siyahısını yenilədi like
  • 15 Sen 20:00  
Dünya ABŞ bu ölkəyə qarşı sanksiyalar siyahısını yenilədi

ABŞ İrana qarşı sanksiyalar siyahısını yeniləyib.

arrow Ətraflı