İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi
Siyasət 14 Sen 2023 14:33:00 424 0
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib.
Bu xəbəri də oxu: “Qəzadan 10 gün əvvəl oxşar hadisə baş vermişdi”
Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda qeyd olunub:
"Hörmətli həmvətənlər!
Sizi - Azərbaycanın yəhudi icmasını yeni il bayramınız Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda tarixən olduğu kimi, bu gün də yüksək birgəyaşayış mədəniyyəti, ayrı-ayrı xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür. Müasir demokratik prinsiplər əsasında insan hüquq və azadlıqlarının təminatı, etnik azlıqların dil və mədəniyyətinin qorunub saxlanılması, multikultural dəyərlərin və tolerantlıq ənənələrinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca istiqamətlərindəndir.
Etnomədəni rəngarəngliyi ilə seçilən ölkəmizdə yüz illərdir məskunlaşan və Azərbaycanı özünə doğma vətən bilən yəhudi icması sülh, əmin-amanlıq şəraitində yaşayaraq heç vaxt antisemitizmə, ayrı-seçkiliyə məruz qalmamış, cəmiyyətimizin ayrılmaz hissəsinə və bərabərhüquqlu üzvünə çevrilmişdir. Əlamətdar haldır ki, yəhudi əsilli vətəndaşlarımız respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edir, ümumi evimiz olan Azərbaycanın inkişafı və tərəqqisi naminə səylərini əsirgəmirlər.
Əziz dostlar!
Roş ha-Şana yeniləşmə, xoş müjdələr, mənəvi saflıq bayramıdır. Bu əziz gün münasibətilə bir daha hamınıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!"
Sumqayıt şəhərində məşq zamanı 7 yaşlı uşağın ölümündə təqsirl
Avropalı komissar İlva Yohansson Avropa Komissiyasının rəhbəri Ursula von
Prezident İlham Əliyev Tacikistanda böyük nüfuza malikdir.
Zəngəzur dəhlizi Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üç
Aktyor Ziya Ağa çalışdığı Akademik Milli Dram Teatrından ayrılıb.
Rusiya Ermənistanı tərk etməyəcək, bu faktdır. Ona görə də onu Erməni
8-15 sentyabr tarixlərində Türkiyə-Azərbaycan İkitərəfli SAT-SAS Təlimi
Paytaxt ərazisində torpaq sürüşmələri aktivləşib...
Naim Cahidzadə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini tə
Aktyor və aparıcı Elcan Rəsul son paylaşımı ilə diqqət çəkib.
Sabahdan yeni tədris ili başlayır. Bu səbəbdən tələbələrin bölgələr
Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir.
Müğənni Xatirə İslamın sosial şəbəkə paylaşımına yazdığı şərh
Azərbaycanla sülh danışıqları prosesində ciddi hadisələr baş verib.
Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin müdiri işdən azad olunub.