Zəngəzur dəhlizi Cənubi Qafqazda yeni imkanlar yaradacaq – Türkiyəli nazir
Digərləri 14 Sen 2023 14:25:00 377 0
Zəngəzur dəhlizi Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaq - Türkiyəli nazir
Bu xəbəri də oxu: Abşeronda narkotik tədarükçüsü 30 kq marixuana ilə tutulub
Dünya xəbərləri Materials 14 Sentyabr 2023 13:32 (UTC +04:00)[]
Zəngəzur dəhlizi Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaq. Onun fəaliyyətə başlaması ilə Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq ki, bu da Pekindən Londona qədər uzanan Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək.
Son.az xəbər verir ki, bu barədə TurkicWorld-ə müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
O qeyd edib ki, Orta Dəhlizin səmərəliliyinin artması ilə həm Azərbaycanla Xəzər dənizində işlənə biləcək layihələr, həm də Naxçıvan və Rusiya ilə nəqliyyat və enerji sahəsində əldə edilə biləcək əməkdaşlıqlarla Türkiyənin regionda strateji mövqeyinin əhəmiyyəti artacaq.
"Zəngəzur dəhlizinin Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malik olması və Rusiya, Azərbaycan, Türkiyə və Ermənistan arasında dəmir yolu şəbəkəsinin genişləndirilməsi regional ticarətə müsbət təsir göstərəcək.
Regionda artacaq yükdaşımaların Türkiyənin Qafqaz sərhədindəki əyalətlərinin iqtisadi cəhətdən güclənməsinə, eləcə də, logistika sektorunda çalışan şirkətlərin sayının artmasına müsbət təsir göstərəcəyi gözlənilir", - deyə nazir bildirib.
Uraloğlu onu da vurğulayıb ki, dəmiryolu xəttinə paralel olaraq avtomobil yolunun da istifadəyə verilməsi mümkündür.
Bakı-Tibilisi-Qars (BTQ) dəmiryolundan danışan nazir qeyd edib ki, BTQ Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsini təmin edəcək.
"Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ dəmiryolu stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan başqa, dəmiryolu xətti Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq. BTQ-yə alternativ olaraq, Türkiyədəki Qars-Dilucu dəmiryolu vasitəsilə Naxçıvana gedərək, Zəngəzur dəhlizinə çıxmaq mümkün olacaq", - deyə nazir vurğulayıb. Son.az
Aktyor Ziya Ağa çalışdığı Akademik Milli Dram Teatrından ayrılıb.
Rusiya Ermənistanı tərk etməyəcək, bu faktdır. Ona görə də onu Erməni
8-15 sentyabr tarixlərində Türkiyə-Azərbaycan İkitərəfli SAT-SAS Təlimi
Paytaxt ərazisində torpaq sürüşmələri aktivləşib...
Naim Cahidzadə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini tə
Aktyor və aparıcı Elcan Rəsul son paylaşımı ilə diqqət çəkib.
Sabahdan yeni tədris ili başlayır. Bu səbəbdən tələbələrin bölgələr
Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir.
Müğənni Xatirə İslamın sosial şəbəkə paylaşımına yazdığı şərh
Azərbaycanla sülh danışıqları prosesində ciddi hadisələr baş verib.
Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin müdiri işdən azad olunub.
Meksika Konqresində iki qeyri-adi fosilləşmiş (daşlaşmış) cəsəd təqdi
Sentyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Azərbaycanlılar sülh istəyir. Biz bərpa, barışıq və nə vaxtsa mümkün