XİNdən AğdamXankəndi yolunun açılmasına dair AÇIQLAMA
Siyasət 12 Sen 2023 10:56:00 396 0
Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə RQXC-nın yük avtomobilinin Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndinə keçidi təmin olundu. Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejimi tərəfindən problem və təxribatların törədilməsinə baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndiririk.
Bu xəbəri də oxu: Prezident: Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır
Son.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Ağdam-Xankəndi yolu ilə keçidi, habelə Ağdam-Xankəndi və Laçın yollarının eyni zamanda açılması məsələsi ilə bağlı yerli medianın suallarına cavabında bildirib.
"Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəldikdə isə, Azərbaycanın ABŞ və digər tərəfdaşlarla yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəmiz bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib. Təəssüf ki, bu razılığın da həyata keçirilməsinə mane olan tərəf Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimdir.
Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır", - deyə qeyd edilib. Son.az
Bu gün səhər saat 7 radələrində Rusiya sülhməramlılarının blok postun
Bakı şəhərinin Xəzər rayonu ərazisində hərbi sursat aşkarlanıb.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi.
Rusiyalı bloger Dani Miloxinin övladlığa götürən atası Dmitri Tyulenev o
Siyasət Materials 12 Sentyabr 2023 09:19 (UTC +04:00)[Ermənistan minaları &
Yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatmas�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 14-dək davam edəcə
Dünyaca məşhur müğənni Beyonsun konserti zamanı fanatı doğum sancısı
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli
Astroloqlar ilin sonuna doğru iş və sevgi həyatında uğur qazanacaq 3 bürc
Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
ABŞ İranla əsir mübadiləsini həyata keçirmək məqsədilə 6 milyard doll