Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlandı


Digərləri 11 Sen 2023 18:48:00 213 0

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlandı

Sentyabrın 12-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı "Abituriyent" jurnalının 9-cu sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent" jurnalının 10-cu sayında elektron formada təqdim olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.

Bu barədə Son.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 15 580 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 395 nəfər (o cümlədən 207 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 12 464 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 97.26% dolub. Cəmi 351 yer (2.74%) boş qalıb.

Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:

  Qəbul planı Qəbul olunub Qəbulolma faizi Vakant yerlərin sayı (faizi) Azərbaycan bölməsi Rus bölməsi Bölmələr üzrə cəmi Xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar 12073 11318 609 11927 98.78 147 (1.22) Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar 741 520 17 537 72.47 204 (27.53) Cəmi 12814 11838 626 12464 97.26 351 (2.74)

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 14 sentyabr saat 11:00-dan 20 sentyabr saat 18:00-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 14 sentyabr saat 11:00-dan 25 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.

Əhaliyə XƏBƏRDARLIQ like
  • 11 Sen 18:43  
Digərləri Əhaliyə XƏBƏRDARLIQ

Kosmik hava durumuna görə, hesabat dövrü ərzində Günəşdə fəallıq ort

arrow Ətraflı
BQXK Ermənistanda əsir saxlanılan iki Azərbaycan hərbçisinə baş çəkdi like
  • 11 Sen 18:34  
Digərləri BQXK Ermənistanda əsir saxlanılan iki Azərbaycan hərbçisinə baş çəkdi

Sentyabr ayında BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbayca

arrow Ətraflı
Obama ABŞ prezidentliyinə namizəd ola bilər like
  • 11 Sen 18:32  
Dünya Obama ABŞ prezidentliyinə namizəd ola bilər

Bir çox demokratlar ABŞ-nin keçmiş prezidenti Barak Obamanın həyat yoldaş

arrow Ətraflı
BQXK saxlanılan Ermənistan vətəndaşlarına baş çəkdi like
  • 11 Sen 18:27  
Digərləri BQXK saxlanılan Ermənistan vətəndaşlarına baş çəkdi

Avqust ayının sonu və sentyabr ayının əvvəllərində BQXK əməkdaşları

arrow Ətraflı
Türkiyənin milli müdafiə naziri Kərim Vəliyevi qəbul etdi like
  • 11 Sen 18:25  
Digərləri Türkiyənin milli müdafiə naziri Kərim Vəliyevi qəbul etdi

Türkiyənin milli müdafiə naziri ordu generalı Yaşar Gülər qardaş ölkə

arrow Ətraflı
Bu ölkədə tələbə adını qazanan azərbaycanlıların sayı artır like
  • 11 Sen 18:21  
Digərləri Bu ölkədə tələbə adını qazanan azərbaycanlıların sayı artır

Qonşu Gürcüstanda tələbə adını qazanan azərbaycanlı gənclərin sayı

arrow Ətraflı
"Baykar"ın ixracatı Çinin ümumi hərbi ixracatından çoxdur like
  • 11 Sen 18:14  
Digərləri "Baykar"ın ixracatı Çinin ümumi hərbi ixracatından çoxdur

Türkiyənin Baykar şirkətinin ixracatı Çinin ümumi hərbi ixracatından ç

arrow Ətraflı
"Arxamdan danışıb qeyrətimi çəkənlər..." like
  • 11 Sen 18:12  
Şou-biznes "Arxamdan danışıb qeyrətimi çəkənlər..."

Bloger Nagehan Abdullayeva növbəti dəfə arxasınca danışanlara səslənib.

arrow Ətraflı
"Qorxurlar ki, Elnarənin işi partladar, tez onu məişət mövzusu ilə örtbasdır edək" like
  • 11 Sen 18:10  
Şou-biznes "Qorxurlar ki, Elnarənin işi partladar, tez onu məişət mövzusu ilə örtbasdır edək"

"Mərkəzimdə işlər əla gedir. Mərkəzimizin üzvlərinin bir çox kli

arrow Ətraflı
Marşrut xətlərinə əlavə 112 avtobus verildi like
  • 11 Sen 18:02  
Digərləri Marşrut xətlərinə əlavə 112 avtobus verildi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın mobillik imkanları

arrow Ətraflı
Separatçılar ərzaq qıtlığı çəkmir, siyasi oyunların acıdır like
  • 11 Sen 17:59  
Dünya Separatçılar ərzaq qıtlığı çəkmir, siyasi oyunların acıdır

Rusiyadan gələn humanitar yükün qarşısını Qərb dairələri  kəsir. B�

arrow Ətraflı
İranda kosmetoloji klinikalara müraciət edən kişilərin sayı artır like
  • 11 Sen 17:48  
Dünya İranda kosmetoloji klinikalara müraciət edən kişilərin sayı artır

İranda kosmetoloji klinikalara müraciət edən kişilərin sayı sürətlə ar

arrow Ətraflı
Rusiyadan göndərilən ərzaq dolu yük avtomobili Xankəndiyə keçidi hələ də gözləyir like
  • 11 Sen 17:47  
Digərləri Rusiyadan göndərilən ərzaq dolu yük avtomobili Xankəndiyə keçidi hələ də gözləyir

Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin Xankəndiyə k

arrow Ətraflı