İran ordunu sərhədimizə yığır: “müdaxilə” edə bilər?
Digərləri 09 Sen 2023 08:53:00 346 0
İranın dövlət mediası, SEPAH-a bağlı informasiya resursları ordunun hazır vəziyyətə gətirilməsi ilə bağlı xəbərlər tirajlayır. Bildirilir ki, Azərbaycan və Ermənistanın sərhəd bölgələrində PUA-lar kəşfiyyat uçuşları aparır. Tehranın Ermənistanın ərazi bütünlüyünə qarşı atılan hər hansı addıma səssiz qalmayacağı və reaksiya verəcəyi vurğulanır.
Bu xəbəri də oxu: "Şəfəq" günəş elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib
Bu sözləri axar.az-a Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi İran ordusunun hazır vəziyyətə gətirilməsi ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.
O bildirib ki, Tehran hökumətinin bu məsələdə ciddi addımlar atacağı real görünmür:
"Bununla bağlı iki məsələyə diqqət çəkmək istəyirəm. Birincisi odur ki, İran Güney Azərbaycan məsələsindən və orada əhalinin 40 faizindən çoxunu təşkil edən türklərdən dolayı, antitürk siyasəti aparır. Çalışır ki, Türkiyə və Azərbaycanın Zəngəzur üzərindən birləşməsinə mane olsun. Bunun İranın daxilində gələcək "tarazlığa", yəni fars millətçilik axınına zərər vura biləcəyini anlayır. Amma düşünmürəm ki, İran Azərbaycana qarşı ciddi bir təxribata əl atsın. Burada daxili məsələlərlə yanaşı, xarici ölkələr faktoru da var. Sadəcə, psixoloji hərbi təbliğatla məşğuldur".
Onun sözlərinə görə, İran belə bir fikir formalaşdırmaqla daxildəki problemlərdən diqqəti yayındırmaq istəyir:
"Ötənilki sentyabr etirazlarının ildönümü yaxınlaşır. Rejim etirazların təkrar ola biləcəyindən çox qorxur. Odur ki, fərqli işlərə əl atır. İstər Güney Azərbaycanda, istər ölkənin başqa bölgələrində etirazları zəiflətmək üçün əlindən gələni edir. Böyük ehtimalla, xarici düşmən və təhdid bəhanəsi uyduraraq, ictimaiyyətin diqqətini əsas məsələdən yayındırmağa çalışır".
Sentyabrın 6-sı Gorusda saxlanılan rusiyayönümlü erməni bloqqer Mika Bada
"Azərbaycan dilindəki Quran tərcüməsində səhvlər var. Biabırçıl�
Yunanıstanda leysan yağış səbəbindən ölənlərin sayı artıb.
Kim Kardaşyan ABŞ prezidenti Co Baydenə müraciət edib.
Sentyabrın 9-u saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri
İstanbulda evinin qarşısında yolda oturan və pişiklərlə oynayan 2 yaşl
Aparıcı Elgiz Əkbər müğənni Sevda Kazımovanın paylaşımını ələ sal
Ləğv edilmiş BNA-nın sabiq mətbuat katibi Mais Ağayevin yeni iş yeri mü�
Fransada keçirilən reqbi üzrə Dünya Kubokunun açılış mərasimində işt
İngiltərədə 53 yaşlı nənə dirək rəqsi ilə məşğuldur. Son.az xar
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Astrologiyaya görə, bürclər insanın həyatına bir çox cəhətdən təsir
Məşhur müğənni Şakiranın eks-sevgilisi, "Barselona"nın keçmi�