Əməliyyat masasında ölən gənclik
Digərləri 07 Sen 2023 18:43:00 330 0
Burun əməliyyatına girib sağ çıxmayanlar kimlərdir?
Bu xəbəri də oxu: Keyfiyyətli çayı necə müəyyən edə bilərik?
Son.az musavat.com-a istinadən bildirir ki, gənclər arasında evdə estetik əməliyyat etdirmək təhlükəli hal alıb. Bəzisi plastik şüşələr, şüşə stəkanlarla vacuum effekti yaradıb dodaqlarını botoks etdirmiş kimi böyüdür, bəzisi də üst dodağına yapışdırıcı vasitəsilə "fransız dodağı" şəkli verir. Həkimlər bu cür özfəaliyyətin ağır nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edir. Təhlükə var. Təhlükəni artıran həm də gənclərin ev şəraitində etdikləri ağlasığmaz "əməliyyatları" videoya çəkib paylaşmalarıdır.
Türkiyənin Şişli Hamidiyə Tədris və Araşdırma Xəstəxanasının Plastik rekonstruktiv və estetik cərrahiyyə üzrə mütəxəssisi, doktor Perçin Caşkan bu barədə danışaraq qeyd edib ki, bu cür özbaşına əməliyyatların nəticəsi çox ağır olur: "Dodaqlar dar şüşə ağzı ilə sıxıldığı zaman 24-72 saat ərzində orada şiş əmələ gəlir, 72 saat ərzində şişin aradan qaldırılması gerçəkləşməzsə, bütün damarların girişi qapanır, dodaqların ətrafında qan dövranı bir damara bağlı olduğundan bu bir damarın qapanması ilə ətrafdakı bütün damarlarda da tıxanma əmələ gələcək. Hazırda gənclər arasında yayılmış bu axın çox təhlükəlidir. Nekroza (toxuma və hüceyrələrin ölümü) səbəb ola bilər. Çünki həmin hissəyə qanın axını dayanır. Bəzi gənclər güzgü önünə keçir və qaşıqla burnunu sıxaraq necə "incəltdiyini", çənə altını deformasiyaya uğratdıqlarını nümayiş etdirir. Bu cür yanlış davranışlar hər keçən gün artır. Halbuki gənclərin bu davranışları orqanizmə ciddi ziyan vurur. Toxumalara ziyan vuran hər cür əməliyyat zərərli və təhlükəlidir". P.Caşkan deyib ki, bu cür davranışlar xüsusən mobil telefonlarda "zoom" proqramı vasitəsilə üz cizgilərinin dəyişilməsi sonrası çoxalıb. "Zoom" proqramında özünü "gözəlləşdirən"lər real həyatda da o cür olmağa can atır, həvəslənir və zərərli əməliyyatlara meyl edirlər: "Evdə "botox" etdirməyin, canınızdan olarsınız. Burnunuzu "sivri" şəklə salmayın, nəfəs ala bilməyəcəksiniz". P.Caşkan bu cür əməliyyatların yalnız mütəxəssislərin rəyi ilə həyata keçirilə biləcəyini söyləyib.
Son illər Azərbaycanda da gənclər arasında plastik əməliyyatlara meyllilik artıb. Psixoloqlar hesab edir ki, bu sayaq əməliyyatların psixoloji tərəfləri də var. Şəxsiyyətin formalaşdığı dövrdə insan müəyyən travmalarla üzləşir. Bu travmaların fonunda onun xarakteri üzə çıxır. Əgər problem psixoloji yox, tibbidirsə, əməliyyatla aradan qaldırılır və həmin insan normal həyata komplekssiz dönə bilir. Bəzi insanlarda özgüvən problemi yaşanır və o, daha yaxşı olmaq üçün can atır. Əgər bir adam problemli şəkildə idealistdirsə, heç bir plastik cərrahiyyə probleminin qarşısını ala bilməz. O adam, sadəcə, plastik cərrahiyyədən asılı olacaq. Burada maraqlı bir nüans da var ki, belə insanlar bir əməliyyatdan sonra yeni bir əməliyyat istəyirlər və bu hal təkrarlanır. Hər kəsə məlumdur ki, plastik cərrahiyyə insanı dəyişdirir. Psixoloji problemli adamlarda bu dəyişiklik asılılıq yaradır. Bir adamın hər hansı psixoloji problemi varsa, o problem aradan qalxmayınca əməliyyatların da sayı artacaq. Ümumiyyətlə, insan plastik cərrahiyyəyə getməzdən əvvəl mütləq psixoloji seanslardan keçməlidir. Elə hallar var ki, fiziki olaraq görünüşündə problem olan insan onu kompleks eləmir, normal qarşılayır. Hər şey baxışdan asılıdır. Elə hallar da olur ki, psixoloq müalicəsi alandan sonra özündə gördüyü fiziki qüsuru artıq bir problem kimi görmür və cərrahiyyədən imtina edir. Əməliyyatdan öncə cərrah pasiyentdən bu əməliyyatı psixoloji, yoxsa fiziki hal olaraq istədiyini soruşmalıdır.
Məsələn, mütəxəssislər burun əməliyyatının 18 yaşdan sonra aparılmasını məsləhət görürlər. Həkimlər xüsusən də yetkinlik yaşına çatmayanların burunun estetik əməliyyatına müraciət etməsinin təhlükəli olduğunu bildirirlər. Erkən yaşdan burunun estetik əməliyyatının ciddi fəsad vermə təhlükəsi daha çoxdur. Buna səbəb isə yeniyetməlik dövründə digər orqanlar kimi burunun da formalaşmasının tam başa çatmamasıdır. Yalnız 18-19 yaşdan sonra bu proses yekunlaşır. 18 yaşdan əvvəl burun əməliyyatı edilərsə, gələcəkdə mütləq tənəffüsdə problemlər ortaya çıxarır.
"Rinoplastik" burun əməliyyatları isə artıq adiləşməyə başlayıb. Bu əməliyyat zamanı burun kiçildilib, böyüdülür, yenidən formalaşdırılır, kiçik donqar götürülür, burun ucu incəldilir və s. Burun plastikasının Hindistan növü artıq 5 min ildir ki, mövcuddur.
Digər sırada isə silikondan istifadə ilə süd vəzilərinin böyüdülməsi, ayaqların kökəldilməsi, sağrı nahiyəsinin böyüdülməsidir. Bu əməliyyat plastik əməliyyatlar içərisində ən bahalı olanıdır.
Araşdırmalara görə, ölkəmizdə burun əməliyyatının qurbanı olanlar daha çox 18-25 yaşlı gənclərdir. Nəticədə bəzən gənclər nəinki mövcud olan gözəlliklərini, hətta həyatlarını itirirlər. Ekspertlər hesab edir ki, burun əməliyyatlarının bəzilərinin ölümlə nəticələnməsi həkim səhlənkarlığı səbəbindən baş verir. Çəpər əyriliyi əməliyyatı zamanı baş verən ölüm halları isə burunda əyriliyin kəskin olması və sümüyün çıxarılması zamanı arteriyaların zədələnməsi nəticəsində baş verən qanaxmalar səbəbindən olur. Çəpər əyriliyi ilə bağlı edilən əməliyyatlarda ölüm hallarının olma ehtimalı çoxdur. Bu əməliyyat zamanı xəstə əksər hallarda qanaxmadan ölür. Plastik burun əməliyyatlarında isə çox az hallarda ölüm faktı baş verir. Bunun səbəbi də, qeyd etdiyim kimi, həkim səhlənkarlığı olur. Bəzi həkimlər hətta çəpər əyriliyi zamanı xəstəni plastik əməliyyat olmağa meylləndirir. Onlar xəstələrə lazım olan diqqəti göstərmirlər. Plastik burun əməliyyatları normalda 4 saat çəkməlidir. Lakin bizim həkimlər eyni gündə bir neçə əməliyyata daxil olurlar və 2 saata işlərini tamamlayırlar. Bəziləri özlərini peşəkar hesab edərək bu addımı atırlar, bəziləri də çox pul qazanmaq üçün. Normalda həkim bir həftədə ən çoxu 4 burun əməliyyatı icra etməlidir. Bu, hobbi deyil, insan həyatıdır.
Bununla paralel, son vaxtlarda dərialtı piylərin xaric edilməsi əməliyyatları dəb halını almağa başlayıb. Botoks əməliyyatına gəldikdə isə təəssüflə qeyd etmək lazımdır ki, bu əməliyyat dünyada 45-50 yaşlı insanlar arasında aparılsa da, ölkəmizdə daha çox gənclər bu əməliyyata müraciət edir. Ən təhlükəsi isə bu əməliyyatın daha çox gözəllik salonlarında, qeyri-peşəkarlar tərəfindən aparılmasıdır. Bunun üçün də tez-tez botoks əməliyyatından həyatı təhlükəyə düşən insanlar haqqında məlumatlara rast gəlirik.
Son illərdə ölkəmizdə gənc qızlar deyil, gənc oğlanların da plastik əməliyyatlara müraciəti artıb. Həkimlər qeyd edir ki, qızlar qədər gənc oğlanlar da daha çox burun əməliyyatları üçün müraciət edir. Sonrakı sırada isə göz qapaqlarının və qırışların dartılması, dərialtı piylərin götürülməsidir. Amma ümumilikdə gənc oğlanlar plastik əməliyyat etməkdən daha çox çəkinir, nəinki gənc qızlar. Yuxarıda da qeyd etdiyimiz kimi, ölkəmizdə gənc qızlar ölüm riskini bilə-bilə bu cür əməliyyatlardan çəkinmirlər.
ABŞ kibertəhlükəsizliklə bağlı sanksiyalar siyahısını genişləndirib.
Sentyabrın 7-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ölk�
Sentyabrın 3-də keçirilən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxıl
Azərbaycanda avtosığorta üzrə qiymətləndirməni süni intellekt apara bil
Ölkəmizdə fəaliyyət göstərən müxtəlif teatr və sərgilərə bilet sat
Böyük Britaniyanın "Challenger 2" tankı super silah deyil.
Sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar Arif
Məşhur aparıcı Kseniya Sobçak sosial şəbəkə hesabında ard-arda iki gü
Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sa
Yeni tədris ilinin başlamasına 10 gün qalıb, amma indidən paytaxtın əsas
"Venesiya" kinofestivalının qala gecəsinə qatılan dünya futbolun
Bu gün bizim aramızda ilk dəfə olaraq Şimali Kiprin nümayəndəsi də işt
Lənkəranda 26 mənzildən yaşayış binası qəzalı vəziyyətdədir və hə
Azərbaycan üçün türk dövlətləri ilə əlaqələr xarici siyasətdə biri