"Deyirdilər ki, güya atam başqa qadınla görüşür"
Kriminal 05 Sen 2023 23:46:00 380 0
"Atam ad gününü keçirtməyi xoşlamazdı. Yalnız yubileyi olanda tədbir edərdi. Mən də atama oxşamışam, ad günü keçirtməyi sevmirəm. Atam səhnədə elə bir obraz yaratdı ki, səsi gələn kimi hamının üzündə təbəssüm yaranır. Həyatda, evdə, ailədə ciddi idi. Tam fərqli bir insan idi. Atamı evdə deyib-gülən görməzdik. Amma onun sözlərinə biz gülürdük. O, ciddi bir söz deyirdi, biz isə gülürdük".
Bu xəbəri də oxu: 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçidən xəbər var FOTO
Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Eldar Aslan "Sabahın xeyr, Azərbaycan!" verilişində deyib. O, atası ilə bağlı xatirələrindən danışıb:
"Atam məni uşaqlıq illərində çox qoruyurdu. Onunla bütün qastrol səfərlərində iştirak etmişəm. Atam hara gedirdisə, məni də özü ilə aparırdı. Mənim ikinci atam Yaşar Nuri idi. Çünki atam məni çox zaman Yaşar müəllimə tapşırırdı ki, ona bax. Yaşar müəllim də məni bulvara aparıb, gəzdirirdi. Üzərimdə onun zəhməti böyükdür. Qrim otağında çox zaman otururdum. Orada hamı atamın başına dolanırdı. Mən də fəxrlə oturub, "Siyavuşun oğluyam" deyirdim".
Anası, aktrisa Ofeliya Aslanla atasının münasibətlərindən bəhs edən E.Aslan bildirib ki, valideynlərinin ayrılmasına səbəb dedi-qodular olub:
"Atamla-anamın məhəbbəti hər insana örnək idi. Onların arasında olan sevgiyə hamı qibtə və paxıllıq edirdi. Atam və anam teatra gələndə qol-qola girib, gələrdilər. Maraqlı geyim tərzləri vardı. Bir-birinə qarşı böyük məhəbbət və qayğı hiss edirdilər. Çox yaraşıqlı insanlar idi. Hamı onlara baxıb, barmaqla göstərirdi.
Sonra da yayılan şayiələr və dedi-qodular böyük problemlər yaratdı. Deyirdilər ki, güya atam başqa qadınla görüşür, sağa-sola gedir. Onlar haqda qeybət edirdilər. Arxasınca danışırdılar. Anam atamı çox qısqanırdı. O, bu söhbətlərə dözə bilmirdi. Ona görə də aləm qarışdı bir-birinə. Valideynlərim elə bu söz-söhbətlərə görə, ayrıldılar.
Ayrılsalar da onlar son nəfəslərinə qədər bir-birilərini sevirdilər. Son nəfəslərinə qədər də bir yerdə idilər. Sənətdə ayrıldılar, amma həyatda deyil. Valideynlərimin üstümdə çox böyük zəhmətləri var. İstəyirdilər ki, mən düz yolda olum, ali təhsil alım. Ona görə də, onlar ayrılmalarını çox ehtiyatla söylədilər".
Qeyd edək ki, O.Aslan 2010, S.Aslan isə 2013-cü ildə vəfat edib.
Orqanizmi tütün qalığı nikotindən təmizləyən 3 super qida var.
Sevgi münasibətləri üzrə ekspert Emi Çan romantik partnyordan ayrıldıqda
Azərbaycanda teatr, aktyor sözü işlənəndə ilk növbədə yada düşənlə
Moskva vilayətində məktəb adı ilə evdən çıxan 16 yaşlı qız itkin dü
Bir sıra xəstəliklər var ki, onlar daxildən orqanizmi zədələsə də, öz
Sentyabrın 5-i saat 21:35-dən 22:00-dək Ermənistan silahlı qüvvələrinin
Prezident İlham Əliyev "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mə
Rejissor Kristofer Nolan son 25 ilin ən yaxşı rejissoru seçilib.
Oğlu xəbərdarlıq etdi! Özündən 47 yaş kiçik misirli ilə evlənən 84 y
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici
"Azərbaycanın ərazi bütövlüyünü tanıyıram".
Türkiyəli məşhur kinoaktyor Çağatay Ulusoyun sosial şəbəkədə paylaş�
Astroloqların fikrincə, payızın ilk ayında üç bürcün həyatlarında yax
Xəbər verdiyimiz kimi, ötən ayın sonunda aparıcı-prodüser Tarix Əliyev