Azərbaycan istehsalı olan minatəmizləmə maşını ANAMAya təqdim olundu
Digərləri 04 Sen 2023 15:15:00 349 0
Xəbər verildiyi kimi, sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna "İmprotex" Şirkətlər Qrupunun istehsalı olan "Revival P" minatəmizləmə maşını ianə olunub.
Bu xəbəri də oxu: Zurabişvili Gürcüstan hakimiyyətinə bir həftə vaxt verdi
Son.az Trend-ə istinadən xəbər verir ki, sentyabrın 4-də QDF tərəfindən həmin maşının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) verilməsinə həsr olunan təqdimat mərasimi keçirilib.
Mərasimdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, "İmprotex" Şirkətlər Qrupunun rəhbərliyi, QDF-in Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Fatma Yıldırım, Fondun tərəfdaşları və donorları, eləcə də media nümayəndələri iştirak ediblər.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev müzəffər Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı qələbənin regionda yeni reallıqla yanaşı, ölkəmizin tarixində yeni quruculuq dövrünün başlamasına şərait yaratdığını qeyd edib.
Fondun fəaliyyətindən və həyata keçirdiyi layihələrdən danışan İdarə Heyətinin sədri QDF-in donor və tərəfdaşları ilə əlaqələrinin günü-gündən inkişaf etdiyini və bu əməkdaşlıq çərçivəsində Fonda pul vəsaiti ilə yanaşı texniki vasitələrin də ianə edildiyini diqqətə çatdırıb. Rəhman Hacıyev "Revival P" minatəmizləmə maşınının Laçın şəhəri günündə QDF-ə ianə edilməsinin xüsusilə əlamətdar bir hadisə olduğunu vurğulayıb.
İdarə Heyətinin sədri əminliklə bildirib ki, QDF-ə ianə olunan minatəmizləmə maşını işğaldan azad olunan ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə, bununla da orada məskunlaşacaq soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verəcək.
R.Hacıyev Fonda minatəmizləmə maşınının ianə edilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək bunu təqdirəlayiq və örnək addım adlandırıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov işğaldan azad edilən ərazilərdə aparılan minatəmizləmə əməliyyatları ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.
Çıxışlardan sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinə, eləcə də "Revival P" minatəmizləmə maşınına həsr olunan videoçarxlar nümayiş olunub.
Daha sonra "Revival P" minatəmizləmə maşınının sertifikatı ANAMA-nın İdarə Heyətinin sədrinə təqdim edilib.
Sonra tədbir iştirakçıları "Revival P" minatəmizləmə maşını ilə tanış olublar.
Xatırladaq ki, daha öncə də Qarabağ Dirçəliş Fonduna donorlar tərəfindən müxtəlif təyinatlı texnikalar ianə edilib. Hazırda həmin texnikalar işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işlərində geniş istifadə olunur.
Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərin bərpası üçün həm pul vəsaiti, həm də texnikalar ianə edən bütün tərəfdaşlarına təşəkkür edir və hər kəsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin təşkili və sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarını
Çeçenistanda bir neçə bahalı avtomobilin toy korteji lentə alınıb.
Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə təntənəli tədbir keçi
Bu ilin fevral ayında koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantı
"Telefondan çantaya" konsepti moda sənayesi üçün texnologiyaları
Şuşada seysmik stansiyanın quraşdırılması ilə bağlı işlər davam edir
Venesiyadakı qayıq icarəsi şirkətlərindən biri dünyaca məşhur reper Ka
Brend "Honor V Purse" yeni ecazkar "telefondan çantaya" kon
İstanbulda toy karvanı magistral yolu kəsərək, sürücülərin hərəkətin
Prezident İlham Əliyev "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mə
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2023-2024-cü tədris ilinin b
Sentyabrın 4-ü saat 11:20-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respubli
"WhatsApp"ın Android üçün beta versiyasında "Parametrlər&qu
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
İran İslam Respublikasının gələcək rəhbərinin kim olacağı haqda vaxta