İƏT nümayəndə heyəti Füzulidə birgə faktaraşdırıcı missiya həyata keçirdi
Digərləri 03 Sen 2023 15:42:00 363 0
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Füzulidə Ombudsman Aparatının əməkdaşları ilə birgə faktaraşdırıcı missiya həyata keçirib.
Bu xəbəri də oxu: Bu həftə sonu bu bürclər nağıl kimi gün yaşayacaq
Son.az Trend-ə istinadən xəbər verir ki, faktaraşdırıcı missiyanın əsas məqsədi işğaldan azad edilmiş və raket hücumlarına məruz qalmış Azərbaycan ərazilərində dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsidir.
Nümayəndə heyəti Füzulidə Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə baxış keçirib. Qaraxanbəyli məzarlıqları, Merdinli məscidi, eyni zamanda, şəhərin tarixi mərkəzində dağıntılara məruz qalmış sosial və mədəni obyektlərin yerində monitorinqi aparılıb. Qonaqlar, həmçinin Füzuli Hava Limanı, Füzuli şəhərindəki yeni yaşayış məhəlləsi və Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə də olublar.
Nümayəndə heyəti Ermənistanın işğalı nəticəsində zərərçəkmiş Füzuli şəhərinin sakinləri ilə görüşüb, Birinci və İkinci Qarabağ müharibəsi dövründə mülki əhaliyə qarşı törədilmiş müharibə cinayətləri barədə məlumatlandırılıb.
Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFES
"Əgər insan təkəbbürlü olarsa, bu o deməkdir ki, sən hələ heç n�
Həkim Sujit Çatterje dilin təmizləməyin səbəblərini açıqlayıb.
Yeni tədris ili ərəfəsində Gəncənin kirayə mənzil bazarında canlanma m
Ombudsman aparatın əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti Füzul
Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edən vətəndaşlar qəbul
Artıq 6-cı gündür ki, AzQAC-ın nümayəndələri, könüllüləri humanitar
Ermənistan növbəti avantüraya əl ataraq Azərbaycanla sərhəddən uzaq ər
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvə
Hər bürcün özünə xas olan hansısa bir özəlliyi mütləq vardır.
İsrail hökumətinə və onun məhkəmə islahatları planına qarşı şənbə
Son vaxtlar BBC telekanalı, o cümlədən, bu media qurumunun Azərbaycan xidm�
Kevin Kostner keçmiş həyat yoldaşı Kristin Baumqartnerə qarşı məhkəmə