BBC erməni separatizminin təbliğinə son qoymalıdır


Digərləri 03 Sen 2023 11:48:00 390 0

BBC erməni separatizminin təbliğinə son qoymalıdır

Son vaxtlar BBC telekanalı, o cümlədən, bu media qurumunun Azərbaycan xidməti tərəfindən Azərbaycanla Ermənistan arasında münasibətər, Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilərin yaşadığı ərazidə mövcud vəziyyətlə bağlı qeyri-obyektiv materiallar yayımlanır və qərəzli iddialar irəli sürülür. Bu materiallarda suveren ərazimiz olan Qarabağ bölgəsindəki erməni separatçıları təbliğ edilir, onların "fəaliyyətlərinin" leqallaşdırılmasına cəhdlər göstərilir. Bütün bunlar Azərbaycan xalqında haqlı narahatlıq və narazılıq, qəzəb və hiddət doğurur.

Bu xəbəri də oxu: Sürücülərin nəzərinə

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunub.

BBC-nin belə dəst-xətti jurnalistika prinsiplərinə aşkar sayğısızlıqdır, sivil media dəyərlərinə həqarətdir. Azərbaycan cəmiyyəti hesab edir ki, jurnalistika manipulyativ missiya daşımamalı, azad sözün imkanlarından sui-istifadə yolu tutmamalıdır. BBC və onun Azərbaycan xidməti bu tələbə əhəmiyyətsiz yanaşır, Qarabağdakı separatçılardan qalma tör-töküntülərə tribuna verir, onların söylədiklərini böyük canfəşanlıqla yayımlayır, nəticə etibarilə qeyri-obyektiv davranaraq, əsil həqiqətləri arxa plana keçirir.

BBC telekanalının Azərbaycanla Ermənistan arasında sülh prosesinə, Qarabağ erməniləri üçün ərzaq göndərməsi ilə bağlı məsələlərə birtərəfli və əsl həqiqəti təhrif edən münasibəti yolverilməzdir. Bu yanaşma xalqımızın iradəsinə və mövqeyinə kökündən ziddir. Qətiyyətlə bildiririk ki, BBC-nin Qarabağdakı separatçı qüvvələrin təmsilçilərinə efir şansı tanıması, mövcud xüsusda reallığa zidd olan saxta sentimentallıq səhnələrinə yer ayırması dünya ictimaiyyətini çaşdırmaq və onda yanlış rəy formalaşdırmaq cəhdidir.

BBC-nin yolverilməz fəaliyyəti dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə təhdidi adiləşdirir, normaya çevirir, dünyanın müxtəlif bölgələri üçün də son dərəcə təhlükəli presedent yaradır. Bu, sülhə və əminamanlığa, asayişə və firavanlığa yad təmayüldür. Dünyada məşhur, jurnalist etikası sahəsində örnək sayılan media qurumunun avantürist siyasətin alətinə çevrilməsi böyük təəssüf hissi doğurur.   

Cəmiyyətimiz, habelə media ictimaiyyətimiz BBC-nin və onun Azərbaycan xidmətinin jurnalist etikasına son dərəcə laqeyd dəst-xəttini, bu dəst-xətdən irəli gələn ayrı-ayrı məqamları pisləyir, belə hallara qarşı tədbirlərin görülməsini zəruri sayır. Mətbuat Şurası ölkəmizin media cameəsinin baxışlarını, ümumən xalqımızın maraq və mənafelərini ifadə edərək, bu qənaətə gəlir ki, BBC-nin müstəqil Azərbaycanın reallıqlarına hazırkı yanaşması arzuolunmazdır. Ya bu media qurumu üzr istəyərək ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağı öyrənməli, səmimi niyyətini əməli fəaliyyəti ilə sübuta yetirməyi bacarmalı, ya da onun Azərbaycan xidmətinin fəaliyyəti dayandırılmalı və akkreditasiyası ləğv olunmalıdır.

Məşhur Hollivud ulduzu xanımına qarşı məhkəmədə qalib gəldi  FOTO like
  • 03 Sen 11:36  
Şou-biznes Məşhur Hollivud ulduzu xanımına qarşı məhkəmədə qalib gəldi FOTO

Kevin Kostner keçmiş həyat yoldaşı Kristin Baumqartnerə qarşı məhkəmə

arrow Ətraflı
Fransa polisi ermənilərin aksiyasını belə dağıtdı like
  • 03 Sen 11:24  
Dünya Fransa polisi ermənilərin aksiyasını belə dağıtdı

Xarici ölkələrdə yaşayan ermənilərin qondarma Qarabağ respublikası reji

arrow Ətraflı
Şəhid ailəsinin evindən oğurluq edən şəxs tutuldu  FOTO like
  • 03 Sen 11:12  
Kriminal Şəhid ailəsinin evindən oğurluq edən şəxs tutuldu FOTO

Şəhərin Nizami küçəsində yaşayan şəhid ailəsi Vəfa Aslanova polis ş

arrow Ətraflı
Prezident İlham Əliyev SanMarinonun Regent Kapitanlarını təbrik edib like
  • 03 Sen 11:01  
Siyasət Prezident İlham Əliyev SanMarinonun Regent Kapitanlarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Marino Respublikası

arrow Ətraflı
Tayvan aviaşirkətinin təyyarəsi təcili Bakıya eniş etdi like
  • 03 Sen 10:49  
Digərləri Tayvan aviaşirkətinin təyyarəsi təcili Bakıya eniş etdi

Tayvanın "EVA Air" aviaşirkətinin Taypey-Milan marşrutu üzrə uç

arrow Ətraflı
Azərbaycanda ilk dəfə “Kibermüharibə” yarışı keçiriləcək like
  • 03 Sen 10:37  
Digərləri Azərbaycanda ilk dəfə “Kibermüharibə” yarışı keçiriləcək

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dö

arrow Ətraflı
Türkiyəyə meteorit düşdü like
  • 03 Sen 10:25  
Digərləri Türkiyəyə meteorit düşdü

Türkiyənin şərq vilayətlərində - Diyarbəkir, Malatya, Elazığ, Tunceli,

arrow Ətraflı
Mərkəzi Klinik Xəstəxananın işçiləri qəzaya düşdü, like
  • 03 Sen 10:01  
Digərləri Mərkəzi Klinik Xəstəxananın işçiləri qəzaya düşdü,

Gəncədə minik maşını darvazaya çırpılıb.

arrow Ətraflı
QAİ Paşinyanın təxribatını şiddətlə qınayıb like
  • 03 Sen 10:00  
Digərləri QAİ Paşinyanın təxribatını şiddətlə qınayıb

"Biz, Qərbi Azərbaycan İcması olaraq, Ermənistanın Baş naziri Nikol

arrow Ətraflı
Bədəni çürüyən azərbaycanlı modelin like
  • 03 Sen 09:48  
Şou-biznes Bədəni çürüyən azərbaycanlı modelin

Depressiyadayam, danışmağa halım yoxdur. Neyləyək, qismətim belə imiş..

arrow Ətraflı
"İnstagram"da vacib yenilik  FOTO like
  • 03 Sen 09:36  
Digərləri "İnstagram"da vacib yenilik FOTO

"Instagram" reels videolarının uzunluğunu 90 saniyədən 10 dəqiq�

arrow Ətraflı
Nigerdə Fransa əleyhinə aksiya keçirildi like
  • 03 Sen 09:24  
Dünya Nigerdə Fransa əleyhinə aksiya keçirildi

Nigerin paytaxt Niameydə Fransanın hərbi mövcudluğuna qarşı yeni etiraz a

arrow Ətraflı
Maqnit qasırğası zamanı baş ağrısından xilas olmağın yolu like
  • 03 Sen 09:12  
Digərləri Maqnit qasırğası zamanı baş ağrısından xilas olmağın yolu

Maqnit qasırğası zamanı çox vaxt insanlar halsızlıqdan, başağrısından

arrow Ətraflı
Göndərdiyimiz 40 ton un yüklü karvan 6 gündür AğdamXankəndi yolunda gözləyir  FOTO like
  • 03 Sen 09:00  
Digərləri Göndərdiyimiz 40 ton un yüklü karvan 6 gündür AğdamXankəndi yolunda gözləyir FOTO

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan

arrow Ətraflı