QAİ Paşinyanın təxribatını şiddətlə qınayıb


Digərləri 03 Sen 2023 10:00:00 325 0

QAİ Paşinyanın təxribatını şiddətlə qınayıb

"Biz, Qərbi Azərbaycan İcması olaraq, Ermənistanın Baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 2-də "Dağlıq Qarabağın müstəqillik bəyannaməsi"nin ildönümü ilə əlaqədar təbrik müraciəti ünvanlayaraq Azərbaycan Respublikasına qarşı ərazi iddiası ifadə etməsini şiddətlə qınayırıq".

Son.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, Baş nazirin bu mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik olmaqla yanaşı, bu ölkənin siyasətində ölçüyəgəlməz səviyyədə olan riyakarlığı göstərir:

"Öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan torpaqlarından azərbaycanlıların hamısını qovmuş, bədnam mono-etnik siyasət yürüdən Ermənistanın Azərbaycanı etnik təmizləmə niyyətində olmaqda ittiham etməsi ikrah hissi doğurur. Ermənistanın humanitar məsələlərdən və insan hüquqlarından danışmağa heç bir mənəvi haqqı yoxdur.

Xatırladaq ki, işğalçı Ermənistan ordusu 2020-ci ildə məğlub edilərək Azərbaycan ərazilərindən çıxarılana qədər, Ermənistan 30 il ərzində azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan verməmişdir. Bundan əlavə, Ermənistan öz ərazisindən qovduğu azərbaycanlıların qayıtmalarına hələ də imkan vermir. Eləcə də, Azərbaycanın Qarabağ iqtisadi rayonunun Xankəndi, Xocalı, Kərkicahan, Meşəli, Qaradağlı kimi yaşayış məskənlərindən qovulmuş azərbaycanlı məcburi köçkünlər hələ də öz evlərinə qayıda bilmirlər".

Vurğulanıb ki, Azərbaycan 2020-ci il müharibəsindən dərhal sonra ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə təhlükəsiz şəkildə qayıtmasına imkan yaradıb və hazırda onları re-inteqrasiya etməyə çalışır. Bundan əlavə, Qarabağ bölgəsindən kənar Azərbaycan ərazilərində ermənilər tamhüquqlu Azərbaycan vətəndaşı kimi yaşamaqdadır.

"Vurğulamaq istərdik ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasına şərait yaratmaq Ermənistanın beynəlxalq hüquqdan və Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyidir.

Azərbaycanın 23 aprel 2023-cü ildə öz sərhədləri üzərində nəzarəti tam bərpa etməsi ilə Ermənistanın əsl siması üzə çıxmışdır. Baş nazir Paşinyanın separatçılığı açıq dəstəkləyən son bəyanatı onu göstərir ki, onun Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatları sadəcə Ermənistanın hazırda apardığı irimiqyaslı silahlanma proqramını başa çatdırmaq və Azərbaycanın Qarabağ bölgəsində hərbi mövcudluğunu maksimum gücləndirmək üçün vaxt udmaq məqsədi daşıyırmış.

Bir sıra fransız şəhərlərinin təşkil etdiyi "humanitar yardım" şousundan, məsələlərə dini təəssübkeşlik prizmasından yanaşan Luis Okampo kimilərinin qondarma hesabatlarından, rəyindən vəcdə gələn Ermənistanın baş naziri bu bəyanatla bölgədə vəziyyəti daha da gərginləşdirdi və faktiki olaraq sülh danışıqları prosesini məhv etdi. Bu mənada, N.Paşinyanın son açıqlaması onun təxminən 4 il əvvəl "Qarabağ Ermənistandır və nöqtə" bəyanatını xatırladır.

Biz Ermənistan hökumətindən qanunsuz, destruktiv və təhlükəli əməllərinə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsdlərinə son qoymağı tələb edirik. Beynəlxalq ictimaiyyət Ermənistanın baş nazirinin son bəyanatını pisləməlidir.

Ermənistan hökuməti əmin ola bilər ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq mexanizmlər çərçivəsində, müvafiq zəmanətlər altında təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını, qayıtdıqdan sonra isə onların fərdi və kollektiv hüquqlarını təmin etmək üçün bütün siyasi və hüquqi vasitələrdən istifadə edəcək".

Son.az 

Bədəni çürüyən azərbaycanlı modelin like
  • 03 Sen 09:48  
Şou-biznes Bədəni çürüyən azərbaycanlı modelin

Depressiyadayam, danışmağa halım yoxdur. Neyləyək, qismətim belə imiş..

arrow Ətraflı
"İnstagram"da vacib yenilik  FOTO like
  • 03 Sen 09:36  
Digərləri "İnstagram"da vacib yenilik FOTO

"Instagram" reels videolarının uzunluğunu 90 saniyədən 10 dəqiq�

arrow Ətraflı
Nigerdə Fransa əleyhinə aksiya keçirildi like
  • 03 Sen 09:24  
Dünya Nigerdə Fransa əleyhinə aksiya keçirildi

Nigerin paytaxt Niameydə Fransanın hərbi mövcudluğuna qarşı yeni etiraz a

arrow Ətraflı
Maqnit qasırğası zamanı baş ağrısından xilas olmağın yolu like
  • 03 Sen 09:12  
Digərləri Maqnit qasırğası zamanı baş ağrısından xilas olmağın yolu

Maqnit qasırğası zamanı çox vaxt insanlar halsızlıqdan, başağrısından

arrow Ətraflı
Göndərdiyimiz 40 ton un yüklü karvan 6 gündür AğdamXankəndi yolunda gözləyir  FOTO like
  • 03 Sen 09:00  
Digərləri Göndərdiyimiz 40 ton un yüklü karvan 6 gündür AğdamXankəndi yolunda gözləyir FOTO

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan

arrow Ətraflı
Mövqelərimiz yenə atəşə tutuldu like
  • 03 Sen 08:50  
Digərləri Mövqelərimiz yenə atəşə tutuldu

Sentyabrın 2-si saat 21:15-dən sentyabrın 3-ü saat 01:45-dək Ermənistan si

arrow Ətraflı
Kirkorov oğluna görə məktəbinə 14 min ödəyəcək like
  • 03 Sen 06:07  
Şou-biznes Kirkorov oğluna görə məktəbinə 14 min ödəyəcək

Rusiyalı ulduz Filipp Kirkorov oğlu Martini regional texnoliseyə göndərmə

arrow Ətraflı
Bu qidalar uşaqlarda piyləndirir like
  • 03 Sen 05:20  
Digərləri Bu qidalar uşaqlarda piyləndirir

Son illərdə uşaqlarda qeyri-sağlam qidalanma, hərəkətsizlik, piylənmə,

arrow Ətraflı
Maykl Ceksonun qızı məhkəməyə müraciət etdi: Naməlum şəxs onu izləyir like
  • 03 Sen 04:33  
Şou-biznes Maykl Ceksonun qızı məhkəməyə müraciət etdi: Naməlum şəxs onu izləyir

Maykl Ceksonun qızı, aktrisa və müğənni Peris Cekson etiraf edib ki, uzun

arrow Ətraflı
Yeni rolu üçün imicini dəyişdi like
  • 03 Sen 03:10  
Şou-biznes Yeni rolu üçün imicini dəyişdi

Türkiyəli aktrisa Nursel Kösenin yeni rolu üçün dişi qızılla boyanıb

arrow Ətraflı
Saçınızı qurudarkən bu səhvlərə yol verməyin like
  • 03 Sen 02:32  
Digərləri Saçınızı qurudarkən bu səhvlərə yol verməyin

Mütəxəssislər saçı qurudarkən yol verilən səhvləri açıqlayıblar.

arrow Ətraflı
900 minlik avtomobilini hədiyyə verən azərbaycanlı bloqer özünə “Gelandewagen” aldı like
  • 03 Sen 01:55  
Şou-biznes 900 minlik avtomobilini hədiyyə verən azərbaycanlı bloqer özünə “Gelandewagen” aldı

Xəbər verdiyimiz kimi, Rusiya və MDB ölkələrində məşhurlaşan azərbayc

arrow Ətraflı