Azərbaycanda ilk dəfə “Kibermüharibə” yarışı keçiriləcək
Digərləri 03 Sen 2023 10:37:00 463 0
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə bu il oktyabrın 26-27-də Bakı Konqres Mərkəzində "Critical Infrastructure Defence Challenge 2023" ("CIDC-2023") tədbiri keçiriləcək.
Bu xəbəri də oxu: Zaqatalada 8 otaqlı yaşayış evi yanıb
XRİTDX-dən Son.az-a bildirilib ki, "CIDC-2023" sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorları, tələbə və ekspertləri bir araya toplayacaq.
Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə "Kibermüharibə" yarışı keçiriləcək. İştirak edən komandalar kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək yarışda virtual informasiya sistemlərinin təhlükəsizliyini təmin etməli olacaqlar.
Təşkilatçılar tərəfindən informasiya təhlükəsizliyi üzrə təqdimat və panel müzakirələr, eləcə də ödənişsiz ixtisasartırma təlimləri təşkil olunacaq. Tədbir iştirakçıları 2 gün ərzində sözügedən təlimləri dinləmək, kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək, keçiriləcək yarış və virtual "quiz"lərdə iştirak etmək imkanı qazanacaqlar.
Tədbir dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlar arası netvorkinqin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunur.
Türkiyənin şərq vilayətlərində - Diyarbəkir, Malatya, Elazığ, Tunceli,
Gəncədə minik maşını darvazaya çırpılıb.
"Biz, Qərbi Azərbaycan İcması olaraq, Ermənistanın Baş naziri Nikol
Depressiyadayam, danışmağa halım yoxdur. Neyləyək, qismətim belə imiş..
"Instagram" reels videolarının uzunluğunu 90 saniyədən 10 dəqiq�
Nigerin paytaxt Niameydə Fransanın hərbi mövcudluğuna qarşı yeni etiraz a
Maqnit qasırğası zamanı çox vaxt insanlar halsızlıqdan, başağrısından
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan
Sentyabrın 2-si saat 21:15-dən sentyabrın 3-ü saat 01:45-dək Ermənistan si
Rusiyalı ulduz Filipp Kirkorov oğlu Martini regional texnoliseyə göndərmə
Son illərdə uşaqlarda qeyri-sağlam qidalanma, hərəkətsizlik, piylənmə,
Maykl Ceksonun qızı, aktrisa və müğənni Peris Cekson etiraf edib ki, uzun