İƏT nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanına gəlib
Digərləri 03 Sen 2023 14:30:00 367 0
Ombudsman aparatın əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti Füzuli rayonuda yeni inşa edilən beynəlxalq hava limanında olublar.
Bu xəbəri də oxu: Gəncədə "Qazel" "Hundai"ı çaya "atdı" Xəsarət alan var
Trend-in Qarabağ bürosu xəbər verir ki, qonaqlara hava limanı və onun texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.
Hava limanı xarici ölkələrdən təyyarələr qəbul edir.
xxx
14:02
İƏT MDİHK nümayəndə heyətinin işğaldan azad edilmiş Füzuli rayonunda dağıdılmış məsciddə olublar.
Trend-in Qarabağ bürosu xəbər verir ki, Ombudsman aparatın əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti Füzuli rayonun Merdinli kəndindəki məsciddə olublar.
Qonaqlara məlumat verilib ki, Merdinli kəndindəki məsciddən düşmən mal-qara tövləsi kimi istifadə edib. Erməni vandalları işğal dövründə kəndi talayıb, yer üzündən siliblər.
Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib.
xxx
13:52
Trend-in Qarabağ bürosu xəbər verir ki, Ombudsman aparatının əməkdaşlar və İƏT MDİHK nümayəndə heyəti Füzulinin Qaraxanbəyli məzarlığında olublar. Qonaqlara məzarlıq barədə məlumat verilib.
Bildirilib ki, İşğal müddətində qəbirlər erməni vandallığının qurbanı olub. Qəbir daşları buradan daşınıb.
xxx
13:05
Ombudsman və İƏT MDİHK nümayəndə heyəti ilk olaraq işğaldan azad edilmiş Füzuli şəhərinə səfər ediblər.
Son.az Trend-ə istinadən bildirir ki, səfərdə Ombudsman aparatının əməkdaşları və ölkəmizə səfər edən İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) nümayəndə heyəti iştirak edir. Səfər zamanı işğaldan azad edilmiş Füzuli rayonunda dağıdılmış dini obyektlərin və qəbiristanlıqların monitorinqi, yenidənqurma işləri ilə tanış olacaqlar və keçmiş məcburi köçkünlərlə görüş keçirilməsi nəzərdə tutulub.
Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.
Faktaraşdırıcı missiya həyata keçirəcək İƏT MDİHK nümayəndə heyətinin üzvləri İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə) İƏT MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamaradır (Qvineya).
Qeyd edək ki, sentyabrın 6-na kimi ölkəmizdə səfərdə olacaq nümayəndə heyəti Ağdam, Füzuli rayonlarında və Gəncə şəhərində faktaraşdırıcı missiya keçirəcəklər.
Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edən vətəndaşlar qəbul
Artıq 6-cı gündür ki, AzQAC-ın nümayəndələri, könüllüləri humanitar
Ermənistan növbəti avantüraya əl ataraq Azərbaycanla sərhəddən uzaq ər
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvə
Hər bürcün özünə xas olan hansısa bir özəlliyi mütləq vardır.
İsrail hökumətinə və onun məhkəmə islahatları planına qarşı şənbə
Son vaxtlar BBC telekanalı, o cümlədən, bu media qurumunun Azərbaycan xidm�
Kevin Kostner keçmiş həyat yoldaşı Kristin Baumqartnerə qarşı məhkəmə
Xarici ölkələrdə yaşayan ermənilərin qondarma Qarabağ respublikası reji
Şəhərin Nizami küçəsində yaşayan şəhid ailəsi Vəfa Aslanova polis ş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Marino Respublikası
"Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş K
Tayvanın "EVA Air" aviaşirkətinin Taypey-Milan marşrutu üzrə uç