"Azərbaycandan danışarkən Holokostu nə iləsə müqayisə etmək cəhdi təhqirdir"
Digərləri 01 Sen 2023 18:42:00 363 0
Son.az Trend-in BİA-nın Azərbaycanın aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqalla müsahibəsini təqdim edir.
Bu xəbəri də oxu: Dollar bahalaşıb?
- Azərbaycanda yəhudi icmasının hansı inkişaf xüsusiyyətlərini qeyd edə bilərsiniz?
- Çox tezliklə yəhudi yeni ilini qeyd edəcəyik. Azərbaycan yəhudi icması üçün il olduqca uğurlu keçdi. Azərbaycanda hökm sürən tolerantlıq ab-havasını da qeyd etməliyəm. Bu reallıqdır, Azərbaycanda bu, real həyatdır. Bu ab-hava burada Prezident İlham Əliyevin sayəsində mövcuddur, inkişaf edir, dərinləşir və mən təkcə yəhudi icmasından deyil, buradakı bütün insanlardan bəhs edirəm.
Azərbaycanda yaşayan hər kəs üçün bura çox rahat və yaxşıdır. Çox şadam ki, sinaqoqda yeni Mikvamız tikilir. Növbəti ilə böyük hazırlıq gedir, bu yay burada böyük yəhudi uşaq düşərgəsi fəaliyyət göstərib. Tanrının köməyilə biz dua edir və çalışırıq ki, növbəti il daha da yaxşı olsun.
- Azərbaycanın yəhudi icmasına dəstək və müdafiəsi üçün tədbirlərini necə qiymətləndirirsiniz?
- Mən bir çox ravvinlərlə ünsiyyətdə oluram və hamıya qürurla deyirəm ki, Azərbaycanda mükəmməl yəhudi həyatı təmin olunub. Bizim istənilən müraciətimizə açıq ürəklə cavab verirlər, dinləyirlər və yəhudi icması ilə bağlı istənilən məsələnin həllini tapmağa çalışırlar. Burada hər zaman güzəştə gedirlər. Biz yalnız dua edə bilərik ki, bu, dünyanın digər ölkələrində də belə olsun.
- Azərbaycandakı tolerant mühiti və multikulturalizm xüsusiyyətlərini necə qiymətləndirirsiniz?
- Tanrı görəndə ki, Azərbaycanda hamı necə dostcasına və dinc şəraitdə yaşayır, bizə xeyir-dua verir. Bilirsiniz, dünyanın bir çox ölkəsi inkişaf etməyə çalışır. Bir çox dünya ölkəsi hətta Azərbaycandan da çox resurslara malikdir. Lakin bu heç də hamısında alınmır. Molla ilə ravvinin görüşməsi Azərbaycanda anekdot deyil, real həyatdır.
- Xalqlar arasında münasibətlər dövlətlərarası münasibətlərdə necə əks olunur?
- Mən buraya gələndə düşünürdüm ki, Azərbaycanla İsrail arasında münasibətlər maksimal səviyyədədir. Bu münasibətlər getdikcə daha da yaxşılaşır. Mən hər dəfə bu münasibətlərin zirvəyə çatdığını düşünəndə onlar daha da yaxşılaşır.
- Hörmətli ravvin, Siz necə hesab edirsiniz, Azərbaycanda aktiv fəaliyyət göstərən HABAD kimi dünya miqyasında etibarlı və nüfuzlu hərəkat iudaizmin müxtəlif cərəyanlarını təmsil edən, Azərbaycanın demonizasiyasına və erməni təbliğatının Holokost mövzusundan istifadəsinə qarşı çıxan müxtəlif ölkələrin ravvinlərini dəstəkləməlidir?
- Düşünürəm ki, hər bir yəhudi bunu açıq şəkildə deyir. Biz bu barədə, insanların yəhudi xalqının faciəsi olan Holokost mövzusunu müqayisə etmək və hər hansı səviyyəyə qoymaq cəhdlərindən, bundan hər hansı siyasi ehtiyaclar üçün istifadə etməyə çalışmasından imkan olduqca müxtəlif səviyyələrdə danışırıq. Hələ müqayisənin özünün tamamilə yanlış olduğunu demirəm. Düşünürəm ki, bu mövzuya toxunmaq, üstəlik, bu kontekstdə Azərbaycandan danışmaq olmaz.
Azərbaycan və Holokost ağ və qara kimidir. Hamının burada dostca yaşaması bunun cavabıdır. Bundan başqa, hesab edirəm ki, Holokost mövzusuna toxunaraq, onu nə iləsə müqayisə etməyə çalışmaq, üstəlik, yəhudilərin və digər xalqların sülh və əmin-amanlıq içərisində yaşadığı Azərbaycandan danışırıqsa, təhqirdir. Mən hamıya deyirəm: hansı dinə etiqad etməyiniz, milliyyətiniz mühüm deyil, küçədə gedirsiniz və insanların sizə necə münasibət göstərdiyini, reaksiyasını görəcəksiniz.
İstənilən şəxs, istənilən qonaq bunu sınaqdan keçirə bilər, belə kiçik bir təcrübə aparıb görəcəksiniz ki, burada hər şey necə realdır. Buna görə də, bu, əlbəttə ki, yersizdir, bu təhqirdir, yanlışdır və fikrimcə, istənilən yəhudi bu cür düşünür. Vəziyyəti rasional olaraq qiymətləndirən hər bir yəhudi bilir ki, bu yanlışdır.
- Yəni, HABAD da bu təbliğata qarşı çıxan ravvinləri dəstəkləməlidir...
- Əlbəttə. Biz hamımız buna çalışırıq, hamımız bununla məşğuluq. Burada çalışan hər bir yəhudi, burada çalışan ravvinlərimizin hər biri bununla məşğuldur. Sadəcə, fəaliyyətin müxtəlif səviyyələri, fəaliyyətə müxtəlif yanaşmalar mövcuddur. Hərə öz işini görür və hər kəs bunu dəstəkləyir.
- Fürsətdən istifadə edərək, ermənilərin Qarabağda "soyqırımı" uydurmalarını rədd edən və erməni xadimlərin, o cümlədən, Ermənistanın baş naziri tərəfindən Xankəndidəki vəziyyətin Holokostla müqayisəsini qınayan digər ravvinlərin açıqlamalarına şəxsən qoşulmaq istərdinizmi?
- Mən buna qoşulmuşam və qoşuluram. Mən bunu həmişə demişəm və deyəcəyəm və bu təkcə qeyd etdiyim məsələ ilə bağlı deyil. Onların indi dedikləri eyni işin müxtəlif istiqamətlərdə davamıdır. Azərbaycan barədə bu cür şeylər demək... Üstəlik, Holokost mövzusu... Sadəcə vəziyyətə, burada insanlara necə yanaşıldığına real baxın. Bu cür yalan danışmaq demaqoqluqdur.
İstənilən normal insan dərk edir ki, bu sadəcə yanlışdır. Mən İsraildə doğulmuş yəhudiyəm və təəssüf ki, çox şey yaşamışam. Mən hiss edirəm ki, burada hər şey təkrarlanır. Reallıqlar var, gəlin baxın, Azərbaycanda necə dinclik hökm sürür, necə dostluq var. Azərbaycan daima sülhün tərəfində olub. Azərbaycan bu gün tolerantlığın, müxtəlif milliyyətlərə, müxtəlif dini etiqadlara malik insanların birgə mövcudluğunun modelidir. Bütün bu yalanlar sadəcə demaqoqluqdur, sadəcə hərəkət edərək irəliyə getmək lazımdır.
3 uşaq anası olan məşhur aktrisa Bergüzar Korel uzun müddətdir ekranlarda
Bir müddət öncə dənizkənarında avtomobillə iti vuran şəxslə bağlı q
Türkiyənin Adana şəhərində morqda qəribə hadisə yaşanıb.
Salam Beynəlxalq Yeniyetmə Film Festivalının ikinci buraxılışının sonun
Hindistanın Kosmik Agentliyi ISRO bu həftə, Chandrayaan-3 missiyası çərçi
Telefonlarda olan fərdi məlumatları qoruma yolları açıqlanıb.
Xəbər verdiyimiz kimi, aparıcı Vüsalə Əlizadə 20 il çalışdığı ATV
Səudiyyə Ərəbistanında sosial şəbəkələrdə hökuməti və ölkədəki
"Təxribatlara davam edərsə, Ermənistanı yenidən ağır məğlubiyyət
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının
Son dövrün ən çox danışılan adlarından biri olan türkiyəli müğənni�
Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat ka
Qırğızıstan prezidenti Sadır Japarov onu futbol oynadığı üçün tənqid
Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək məşhur "İmagine Dragons&
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin