Salam Beynəlxalq Yeniyetmə Film Festivalınının bağlanış mərasimi keçirilib


Kriminal 01 Sen 2023 18:15:00 269 0

Salam Beynəlxalq Yeniyetmə Film Festivalınının bağlanış mərasimi keçirilib

Salam Beynəlxalq Yeniyetmə Film Festivalının ikinci buraxılışının sonuncu günündə rejissor Mirbala Səlimlinin "Qırmızı bağ" (2016, Azərbaycan) filmi iştirakçılara nümayiş etdirildi. Nümayişdə həm rejissor özü, həm də baş rolların ifaçıları aktyorlar Maqsud Məmmədov və Gülzar Qurbanova iştirak edirdilər. Filmə baxdıqdan sonra yeniyetmələr yaradıcı heyətlə çox maraqlı müzakirələr etdilər, film haqqında təəssüratlarını bölüşdülər.

Daha sonra festival iştirakçıları Leyla və Məryəm Məmmədovalar öz "Qarabağ çiçəkləri" adlı kitablarının yaradılma prosesindən danışdılar.

Yuxarıda adı çəkilən proqramdan sonra yeniyetmələr kinomarafon zamanı çəkdikləri qısa filmləri böyük ekranda izlədilər. Bu filmlərin nümayişi böyük canlanmaya səbəb oldu, dərin təəssüratlar buraxdı.

Bağlanış Mərasimində Festivalın Art direktoru Leyla Dostəlizadə bütün iştirakçılara, qonaqlara və festivala dəstək olmuş təskilatlara təşəkkür bildirdi. Xarici iştirakçılara sertifikatlar təqdim olundu. Proqram direktoru Nərgiz Bağırzadə festival iştirakçılarının - jürinin səsverməsi nəticəsində müəyyən olunmuş qalibləri səsləndirdi. "Ən yaxşı bədii film" mükafatını "Dancing Queen " (Norvec, rej.: Aurora Gossé  ) filmi qazandı. "Jurinin xüsusi mükafatı"na Mirbala Səlimlinin "Qırmızı bağ" filmi layiq görüldü. "Delegation" (Polşa, İsrail, Almaniya, rej.: Asaf Saban) filminə isə "İnsan ləyaqətinin təsdiq olunması və xatirəyə görə " xüsusi mükafatı təqdim olundu. Mərasimin sonunda təsisçi- prezidenti Nəriman Məmmədov Festivalın bağlanmasını elan edərək 2-ci buraxılışın 350 iştirakçısına və qonaqlara bir daha təşəkkür etdi və uğurlar dilədi.

"Narimanfilm" kinostudiyası "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalını Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, həmçinin "PAŞA Holdinq"in baş sponsorluğu ilə keçirir.

"Salam" BYFF - nın əsas məqsədi Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, Vətənimizin mədəniyyətinin təbliği, gəncliyimizin ümumdünya mənəvi dəyərlərinə uyğun tərbiyə olunması, həmçinin, festivalda  keyfiyyətli, professional bədii filmlərin nümayişi sayəsində yeniyetmələrdə yüksək bədii zövqün inkişaf etdirilməsinə zəmin yaradılmasıdır.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Hindistan Günəşə peyk göndərir like
  • 01 Sen 18:08  
Dünya Hindistan Günəşə peyk göndərir

Hindistanın Kosmik Agentliyi ISRO bu həftə, Chandrayaan-3 missiyası çərçi

arrow Ətraflı
Telefonda fərdi məlumatları qorumaq üçün bunları edin like
  • 01 Sen 17:57  
Digərləri Telefonda fərdi məlumatları qorumaq üçün bunları edin

Telefonlarda olan fərdi məlumatları qoruma yolları açıqlanıb.

arrow Ətraflı
Vüsalənin yeni iş yeri bəlli oldu like
  • 01 Sen 17:46  
Şou-biznes Vüsalənin yeni iş yeri bəlli oldu

Xəbər verdiyimiz kimi, aparıcı Vüsalə Əlizadə 20 il çalışdığı ATV

arrow Ətraflı
9 virtual “dost”u olan təqaüdçünü paylaşımına görə edam edəcəklər like
  • 01 Sen 17:35  
Dünya 9 virtual “dost”u olan təqaüdçünü paylaşımına görə edam edəcəklər

Səudiyyə Ərəbistanında sosial şəbəkələrdə hökuməti və ölkədəki

arrow Ətraflı
"Erməni silahlı qüvvələri çox gərgin bir vəziyyətə düşüb” like
  • 01 Sen 17:32  
Siyasət "Erməni silahlı qüvvələri çox gərgin bir vəziyyətə düşüb”

"Təxribatlara davam edərsə, Ermənistanı yenidən ağır məğlubiyyət

arrow Ətraflı
Yuxarı Gövhər Ağa məscidinə imam təyin edildi like
  • 01 Sen 17:29  
Digərləri Yuxarı Gövhər Ağa məscidinə imam təyin edildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının

arrow Ətraflı
Məşhur kişi müğənni "təpədən dırnağa" çəhrayı geyindi – Ələ saldılar  like
  • 01 Sen 17:23  
Şou-biznes Məşhur kişi müğənni "təpədən dırnağa" çəhrayı geyindi – Ələ saldılar

Son dövrün ən çox danışılan adlarından biri olan türkiyəli müğənni�

arrow Ətraflı
XİNdən Şarl Mişelin bəyanatına münasibət like
  • 01 Sen 17:16  
Siyasət XİNdən Şarl Mişelin bəyanatına münasibət

Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat ka

arrow Ətraflı
Qırğız Respublikasının Prezidenti tənqidlərə cavab verdi like
  • 01 Sen 17:15  
Dünya Qırğız Respublikasının Prezidenti tənqidlərə cavab verdi

Qırğızıstan prezidenti Sadır Japarov onu futbol oynadığı üçün tənqid

arrow Ətraflı
Metrodan istifadə edənlərin nəzərinə!  Bu like
  • 01 Sen 17:11  
Digərləri Metrodan istifadə edənlərin nəzərinə! Bu

Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək məşhur "İmagine Dragons&

arrow Ətraflı
Ərdoğanla Putin Soçidə görüşəcək like
  • 01 Sen 17:09  
Dünya Ərdoğanla Putin Soçidə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin

arrow Ətraflı
Akif Çovdarovun 30 milyon manatlıq əmlakları yenidən müsadirə edildi like
  • 01 Sen 17:02  
Kriminal Akif Çovdarovun 30 milyon manatlıq əmlakları yenidən müsadirə edildi

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizli

arrow Ətraflı
Kəndiri kəssə də, qızını xilas edə bilmədi like
  • 01 Sen 16:26  
Digərləri Kəndiri kəssə də, qızını xilas edə bilmədi

Goranboy rayonunda intihar hadisəsi baş verib.

arrow Ətraflı
Məhv edilən erməni hərbçilərin adları açıqlandı like
  • 01 Sen 16:25  
Digərləri Məhv edilən erməni hərbçilərin adları açıqlandı

Ermənistan Müdafiə Nazirliyi təxribat zamanı məhv edilən hərbçilərinin

arrow Ətraflı
Yollar bağlandı, like
  • 01 Sen 16:15  
Dünya Yollar bağlandı,

Fransada pələng ağcaqanadları ilə bağlı həyəcan siqnalı verilib. Məlu

arrow Ətraflı