9 virtual “dost”u olan təqaüdçünü paylaşımına görə edam edəcəklər
Dünya 01 Sen 2023 17:35:00 360 0
Səudiyyə Ərəbistanında sosial şəbəkələrdə hökuməti və ölkədəki vəziyyəti tənqid edən şəxs ölüm cəzasına məhkum edilib.
Bu xəbəri də oxu: "ABŞ iflas edə bilər"
Son.az musavat.com-a istinadən bildirir ki, onun cəmi doqquz abunəçisi olub.
Məhəmməd əl-Qəmdi 2008-ci ildə terrorizmlə bağlı işlərə baxılması üçün yaradılmış xüsusi cinayət məhkəməsi tərəfindən məhkum edilib. Hüquq müdafiəçiləri onun ədalətsiz qərarları, xüsusən də ölüm hökmləri barədə dəfələrlə məlumat veriblər.
Həmin şəxs ölkə rəhbərliyinə qarşı sui-qəsddə, dövlət institutlarına zərbə vurmaqda və terror ideologiyasını dəstəkləməkdə ittiham olunub. Hüquq müdafiəçiləri bildiriblər ki, bu iş istifadəçinin az sayda izləyicisi olsa belə, sosial mediada yazılan tənqidlərə qarşı güclü repressiya olduğunu göstərir.
Hazırda Səudiyyə Ərəbistanından kənarda yaşayan Məhəmmədin qardaşı iddiaların qismən Twitter (X) yazılarına əsaslandığını iddia edir.
Hüquq müdafiəçisi Lina əl-Xatlul deyib ki, məhkəmələr repressiyalarını gücləndirir və ictimaiyyətə islahatla bağlı vədlərin boş olduğunu açıqlayır.
"10-dan az izləyicisi olan anonim hesabın tvitləri üzündən vətəndaşın başını kəsmək üzrə olduğu halda, dünya bir ölkənin islahat apardığına necə inana bilər?" Lina əl-Xatlul əlavə edib.
İnsan haqları fəalları Səudiyyə Ərəbistanını ölüm hökmünün kütləvi tətbiqinə görə tez-tez tənqid edirlər. Bildirilir ki, ötən il orada 147 nəfər, bu il isə 94 nəfər edam edilib.
Dövlət mediasında yayılan xəbərlərdə edam üsulu göstərilməsə də, keçmişdə başkəsmə halları çox olub.
"Təxribatlara davam edərsə, Ermənistanı yenidən ağır məğlubiyyət
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının
Son dövrün ən çox danışılan adlarından biri olan türkiyəli müğənni�
Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat ka
Qırğızıstan prezidenti Sadır Japarov onu futbol oynadığı üçün tənqid
Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək məşhur "İmagine Dragons&
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin
Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizli
Ermənistan Müdafiə Nazirliyi təxribat zamanı məhv edilən hərbçilərinin
Türkiyənin tanınmış aktyoru Caner Cindoruk rol aldığı serialda qızını
Masallı rayonunda 1986-cı il təvəllüdlü Məmməd qısqanclıq zəminində
Rüşvət müqabilində gömrük sərhədindən malların keçirilməsinə şər
Xəbər verdiyimiz kimi, plastik əməliyyatlar nəticəsində ağır fəsadlarl